Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-16/2024 25.12.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclas katibi Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “torpaqdan çıxarılma, əkilmiş ağacların torpaq sahəsindən cavabdehin hesabına çıxarılması, həmin əraziyə gedən yolun cavabdehlərin hesabına açılması və manenin aradan qaldırılması qanunsuz müdaxiliyə son qoyulması və vurulmuş zərərə görə kompensasiya” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı xx.xx.2024-cü il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin torpağa mülkiyyət sahiblik və daimi istifadə hüququna dair Daşınmaz Əmlakın 531A JN nömrəli və 50302028 saylı reyestr nömrəsi ilə ona məxsus olan torpaq sahəsindən çıxarılması, həmin ərazidə qanunsuz olaraq tikdiyi obyektin torpaq sahəsindən cavabdehin hesabına sökülməsi, qanunsuz müdaxiləyə son qoyulması və vurulmuş mənəvi zərərə 8000 manat dəyərində kompensasiyanın və ödənilmiş 100 manat dövlət rüsumu və 115 manat vəkil xərcinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Təyin olunmuş məhkəmə iclasının vaxtı barədə tərəflərə qanunla müəyyən edilmiş qaydada məlumayt verilməsinə baxmayaraq tərəflər heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iş üzrə tərəflər məhkəməyə gəlmədiklərindən və işə onların iştirakı olmadan baxmağı xahiş etmədiklərindən, habelə, işin başqa vaxta keçirilməsi barədə məhkəməyə vəsatət vermədiklərindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264cü maddələrini rəhbər turaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “torpaqdan çıxarılma, əkilmiş ağacların torpaq sahəsindən cavabdehin hesabına çıxarılması, həmin əraziyə gedən yolun cavabdehlərin hesabına açılması və manenin aradan qaldırılması qanunsuz müdaxiliyə son qoyulması və vurulmuş zərərə görə kompensasiya” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-16/2024
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-16/2024
25.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver