Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1617/2025 23.06.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X3, Maraqlı şəxsin nümayəndəsi X2 Ərizəçi “daşınar əşyanın sahibsiz hesab edilməsi faktının müəyyən olunması” tələbi barədə ərizəsinə dair (maraqlı şəxs Azərbaycan Respublikası Su X1 Su Meliorasiya xidməti publik hüquqi şəxsin X6 Sistemlərinin İstismarı İdarəsi) mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Tovuz rayon polis şöbəsində aparılmış müvafiq araşdırmalar zamanı saxlanılması üçün Azərbaycan Respublikası Su X1 Su Meliorasiya Xidməti Publik hüquqi şəxsin X8 Sistemlərinin İstismarı İdarəsinə təhvil verilmiş 157 ədəd, 300 mm diametrli, hər biri 4 metr uzunluğunda istismara yararlı, azbes boruların sahibsiz hesab edilməsi, üzərində dövlət mülkiyyəti hüququnun tanınması və Azərbaycan Respublikası Su X1 Su Meliorasiya Xidməti Publik hüquqi şəxsin X6 Sistemlərinin İstismarı İdarəsinin mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Tovuz rayon polis şöbəsinin İctimai təhlükəsizlik bölməsinin əməkdaşları tərəfindən 04 fevral 2025-ci il tarixdə xidmət zamanı Tovuz rayonu Aşağı Quşçu kəndində “Əsrik” çayını sahilində yerqazan yük maşınını torpaq sahəsini qazaraq azbes borularını çıxardığını aşkar etmiş və müvafiq raport əsasında Tovuz rayon polis şöbəsinin Təhqiqat bölməsində araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, aşkar olunmuş 157 ədəd çuğun materiallı, 300 mm diametrli, hər biri 4 metr uzunluğunda istismara yararlı borular çıxarılaraq saxlanılmışdır. Araşdırma zamanı cinayət hadisəsi müəyyən edilmədiyindən Tovuz rayon polis şöbəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru X4 tərəfindən cinayət işinin başlanmasının rədd olunması haqqında 14 fevral 2025-ci il tarixli qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Su X1 Su Melforasiya Xidməti Publik hüquqi şəxsin X6 Sistemlərinin İstismarı İdarəsi 10 aprel 2025-ci il tarixli məktubla Ərizəçina müraciət edərək yuxarıda qeyd olunan 157 ədəd, 300 mm diametrli, hər biri 4 metr uzunluğunda istismara yararlı, azbes boruların sahibsiz hesab edilməsi və idarənin mülkiyyətinə verilməsi üçün məhkəməyə müraciət olunması xahiş olunmuşdur. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi, ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şıxsin nümayəndəsi ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Tovuz RPŞ-nin PPXB-nin komandiri, polis kapitanı Pərvin Nağıyevin yazmış olduğu raport ilə əlaqədar toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və işdə olan sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, 157 ədəd, 300 mm diametrli, hər biri 4 metr uzunluğunda istismara yararlı, azbes boruları sahibsiz hesab edilməklə onlar üzərində dövlətin mülkiyyət hüququ tanınmalıdır. MPM-nin 324.1-ci madədsinə görə daşınar əşyanın sahibsiz hesab edilməsi haqqında ərizədə hansı əşyanın sahibsiz hesab edilməli olması göstərilməli, onun əsas fərqləndirici əlamətləri təsvir edilməli, habelə mülkiyyətçi tərəfindən əşyanın üzərində mülkiyyət hüququnu saxlamaq niyyətinin olmaması və ərizəçinin əşyaya sahiblik etməyə başlaması barədə sübutlar göstərilməlidir. Qeyd edilən Məcəllənin 324.2-ci maddəsinə əsasən daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında dövlət əmlakını idarə etməyə vəkil edilmiş orqanın ərizəsində daşınmaz əmlakın kim tərəfindən və nə vaxt sahibsiz kimi uçota götürüldüyü göstərilməli, habelə mülkiyyətçi tərəfindən həmin əşya üzərində mülkiyyət hüququnu saxlamaq niyyətinin olmaması barədə sübutlar göstərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Su X1 Su Meliorasiya Xidməti Publik hüquqi şəxsin X8 Sistemlərinin İstismarı İdarəsinə təhvil verilmiş 157 ədəd, 300 mm diametrli, hər biri 4 metr uzunluğunda istismara yararlı, azbes boruları sahibsiz hesab edilsin və Azərbaycan Respublikası Su X1 Su Meliorasiya Xidməti Publik hüquqi şəxsin X6 Sistemlərinin İstismarı İdarəsinin mülkiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1617/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1617/2025
23.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver