Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-1677/2023 23.06.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi Cavadova Kəklik Mirəziz qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair mülki işə Tovuz şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq evə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək ərizəsində göstərmişdir ki, Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia qaldırmışdır. O, Cavabdeh ilə razılaşmışdır və mübahisəni məhkəmədən kənarda həll etmək istəyir. İddiadan imtina edir. Ona görə də hazırkı işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. İşdə olan ərizədən məlum olur ki, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair məhkəmədə qaldırdığı iddiadan imtina etmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. İşdən göründüyü kimi İddiaçı məhkəməyə ərizə verərək, iddiadan imtina etmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçının iddiadan imtina etməsi üçüncü şəxslərin mənafeyinə toxunmur. Ona görə də, İddiaçı iddiadan imtinası qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən, ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə qaytarılır. Ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.4, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-1677/2023
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-1677/2023
23.06.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver