Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1698/2024 17.07.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, Ərizəç Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Tovuz regional “Asan Xidmət” mərkəzinin Notariat Ofisinə qarşı «qohumluq faktının müəyyən olunması» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəmədə maraqlı şəxs Tovuz rayon Notariat Ofisinə qarşı ərizə ilə müraciət edərək onun X4nın doğma qardaşı oğlu olması, yəni onunla qohumluq münasibətində olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi iddianı müdafiə edərək izahatında göstərdi ki, doğma bibisi X4nın Tovuz rayonu Çatax kəndində 5695 kv.m torpaq sahəsi və fərdi yaşayış evi vardır. Bibisi X4 ailə qurmamış və öz övladı olmamışdır. Atası mərhum X15 bibisi X4nın doğma qardaşıdır. Öz övladı olmadığına görə azyaşlı vaxtından bibisi tərəfindən övladlığa götürülmüş və onunla birlikdə ana-bala kimi yaşamaqla, ona övladı kimi baxıb qulluq etmişlər. X3 05 aprel 2008-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra başqa vərəsəsi olmadığına görə o yeganə qohumu və vərəsəsi kimi ondan qalan mirası qəbul etmişdir. Hal-hazırda da bibisindən miras qalmış Tovuz rayonu Çatax kəndində yerləşən 5695 kv. m. həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi onun istifasində və sahibliyindədir. Miras əmlaka dair vərəsəlik şəhadətnaməsi üçün Maraqlı şəxs Notariat ofisinə müraciət etmiş, lakin mərhum bibisi X14 ilə qohumluğunu təsdiq edən sənəd təqdim edə bilmədiyi üçün ona vərəsəlik şəhadətnaməsi verməkdən imtina edilmişdir. X4 onun atası mərhum X8 doğma qardaşıdır. Lakin onların doğum haqqında şəhadətnaməsi olmadığına görə qardaşı-bacı olmalarını təsdiqləmək mümkün olmamışdır. Odur ki, onun X4nın doğma qardaşı oğlu olması, yəni onunla qohumluq münasibətində olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxs Tovuz rayon Notariat Ofisinə rəsmi məhkəmə bildirişi göndərilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X9 ifadəsində göstərdi ki, Ərizəçi ilə qonşudurlar. X12 və X15 bacı-qardaş olmuşlar. Təlafın Səkinə və Anaş adlı bacıları olubr. Ərizəçi X7 qardaşı oğludur. Aydın Telafın evində yaşayır. Telafın sağ qalmış qardaşı və bacısı yoxur. X1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, ərizəçi ilə həmkəndlidilər. X12 və X15 bacı- qardaş olmuşlar. Telaf ya 2006-cı ildə, ya da 2008-ci ildə vəfat edib. Ərizəçi X7 qardaşı oğludur. Aydın hazırda Telafın evində yaşayır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, ərizə qanuni və əsaslıdır və aşağıdakı əsaslara əsasən təmin edilməlidir. İşə əlavə olunmuş ölüm haqqında arayışdan görünür ki, X12 05 aprel 2008-ci ildə vəfat etmişdir. İşə əlavə olunmuş ölüm haqqında arayışdan görünür ki, X15 03 fevral 1984-cü ildə vəfat etmişdir. İşə əlavə olunmuş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X11 məxsus doğum haqqında məlumat aşkar edilməmişdir. İşə əlavə olunmuş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış və ölümdən başqa heç bir akt qeydi aşkar edilməmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1962-ci ildə anadan olmuş və ata qrafasında X5 qeyd edilmişdir. İşə əlavə olunmuş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X7 xx.xx.2008-ci ilədək nikah haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, X4 Ərizəçi bibisidir. X12 05 aprel 2008-ci ildə, X15 isə 03 fevral 1984-cü ildə vəfat etmişdir. Ərizəçi miras qalmış torpaq sahəsinə və fədi yaşayış evinə mirasın qəbul edilməsi üçün müraciət etdikdə, onların qohum olmasını təsdiq edən heç bir hüquqi sənəd aşkarlanmamışdır. Ona görə də mərhum X2 Aydın Həmid oğlunun qohumluq münasibətində olması, yəni doğma qardaşı oğlu olması olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən şəxslərin qohumluq münasibətləri faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi X7 qardaşı oğlu olmasına dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu faktın müəyən edilməsi ərizəçiyə bibisindən miras qalmış torpaq sahəsinin vərəsəliklə qəbul edilməsi üçün lazımdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli Qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, Azərbaycan RespublikasıMPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Mülki Məcəllənin 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. İşdə olan Çataxkənd Bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, X10 məxsus torpaq sahəsi qardaşı oğlu Ərizəçi istifadəsindədir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Çataxkənd Bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, X7 digər vərəsələrinin olub-olmaması barədə notariat ofisində heç bir məlumat yoxdur. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, X2 Aydın Həmid oğlunun bibisidir və bu faktın müəyyəmn edilməsinə dair qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2 maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üçün toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 05 aprel 2008-ci il tarixdə vəfat etmiş X4 ilə xx.xx.1962-ci il tarixdə anadan olmuş Ərizəçi qohumluq münasibətində olması, yəni Ərizəçi X7 qardaşı oğlu olması faktı müəyyən olunsun. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1698/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1698/2024
17.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver