Məhkəmə qərarları › İş №2(062)-171/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-171/2025

10.02.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-171/2025 10.02.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Tovuz Dövlət Sosial İqtisad kollecinə qarşı “əmrin ləğv olunması və işə bərpa” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Tovuz Dövlət Sosial İqtisad kollecinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz Dövlət Sosial İqtisad kollecinin xx.xx.2024-cü il tarixli 85 saylı əmrinin ləğv edilməsi və onunla cavabdeh təşkilat arasında yenidən əmək müqaviləsinin bağlanmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Tovuz Dövlət Sosial İqtisad kolleci arasında 12 sentyabr 2023-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinin şərtlərinə əsasən o, bir il müddətində cavabdeh təşkilatda müəllim kimi işə qəbul olinmuşdur. Ali təhsillidir, Azərbaycan Dövlət Aqrar Universitetinin Yer Quruluşu torpaq və şəhər kadastrı ixtisasını tam kursunu əla qiymətlərlə bitirmişdir. Bundan başqa fərqlənmə diplomu ilə Tovuz Dövlət Sosial İqtisad kollecini bitirmişdir. Cavabdeh Tovuz Dövlət Sosial İqtisad kollecində Torpaq kadastrı, yer quruluşu layihə və smeta sənədlərinin tərtibi, torpaq münasibətləri və torpaqdan istifadə hüququ, torpaq fondu və ondan səmərli istifadə fənlərini tədris etmişdir. Kollecdə ixtisas müəllimi yalnız o olmuşdur. Müqavilə müddəti başa çatdığına görə işdən azad olmuşdur. Yenidən müqqavilə əsasında və ya daimi olaraq kollecdə müəlllim kimi fəaliyyət göstərmək istəyir. Cavabdeh təşkilat isə heç bir əsas gətirmədən onunla müqavilə bağlamır və tədris etdiyi fənləri qeyri-ixtisas müəllimlərinə vermişdir. Həmin şəxslərin ixtisası Torpaq kadastrı, yer qurluşu layihə və smeta sənədlərinin tərtibi, torpaq münasibətləri və torpaqdan istifadə hüququ, torpaq fondu və ondan səmərli istifadə fənlərinə heç bir uyğunluğu yoxdur. O, yenidən müqavilə bağlanması ilə bağlı kollecin direktoruna müraciət etsə də, sonuncu dəfə ona bildirmişdir ki, dərs saatı yoxdur. Qeyd etdiyi kimi tədris etdiyi fənnin kollecdə yeganə mütəxəssisi o olmuşdur. Tədris etdiyi fənləri kollecin direktoru qeyri ixtisas müəllimlərinə verməklə onu kollecdən uzaqlaşdırmaq məqsədi olmuşdur. Bundan başqa həmin fənnin qeyri ixtisas müəllimlərinə verilməsi həm tədrisin keyfiyyətini, həm də tələbələrin yaxsı təhsil almasına böyük manelər yaradır. Onun yenidən müqavilə əsasında müəllim kimi işə qəbul olunmağı cavabdeh təşkilatın diskrision səlahiyyəti olsa da, kollecdə işləmək hüququ pozulmamalıdır. Əmək fəaliyyəti ilə məşğul olmaq onun konstutision hüququdur. Bundan başqa kollecin direktoru qərəzli olaraq yenidən onunla müqavilə bağalamaq istəmir. Belə ki, həmin təşklatda bacısı da işləyir di. Kollecin direktoru həm onu, həm də bacısını işdən çıxarınışdır. Hesab edir ki, kollecin direktoru səlahiyyətindən sui istifadə edərək onunla təkrar əmək müqaviləsi bağlamamqla onun əmək hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi ərizənin məzmununa uyğun izahat verərək, tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının mümayəndəsini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Tovuz Dövlət Sosial İqtisad Kolleci üzrə xx.xx.2024-cü il tarixli 85 nömrəli əmrdən çıxarışdan görünür ki, müəssisədə müəllim vəzifəsində (peşəsində) çalışan İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Tovuz Dövlət Sosial İqtisad Kolleci üzrə xx.xx.2023-cü il tarixli 28/3 nömrəli əmrdən çıxarışdan görünür ki, Tovuz rayonu Məşədilər kənd sakini İddiaçı öz ərizəsinə və direktorun dərkənarına əsasən 3 (üç) ay sınaq müddəti olmaqla xx.xx.2023-cü il tarixindən kollecə ixtisasına uyğun 250 saat dərs yükü ilə təmin edilməklə 1 il müddətinə “müəllim” təyin edilmiş və əmək haqqının 2023/2024-cü tədris ilinin tarifkasiya cədvəlinə uyğun hesablanması müəyyən edilmişdir. İş materiallarında olan Tovuz Dövlət Sosial İqtisad Kolleci üzrə xx.xx.2024-cü il tarixli 85 nömrəli əmrdən çıxarışdan görünür ki, müəssisədə müəllim vəzifəsində (peşəsində) çalışan İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilsin. Son haqq-hesabın hesablanıb ödənilməsi mühasibatlığa həvalə edilsin. İş materiallarında olan müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsinin bildirişinin surətindən görünür ki, xx.xx.1994-cü ildə doğulmuş İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müəllim vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan əmək müqaviləsinin xitam verilməsi ilə bağlı bildirişinin surətindən görünür ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali təhsil üzrə X10 Dövlət Sosial-İqtisadi kollecinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə bitir. Əmək müqaviləsinin müddətinin bitməsi İlə əlaqədar olaraq xx.xx.2024-cü il tarixdə sizinlə bağlanılmış əmək müqaviləsinə xitam veriləcək. Tovuz Dövlət Sosial-İqtisadi Kolleci ilə əməkdaşlığınız üçün sizə təşəkkür edir, işlərinizdə uğurlar arzulayırıq. İş materiallarında olan Əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə X2 arasında müqavilə bağlanmış Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə müəllim vəzifəsinə işə götürülmüşdür. İş materiallarında olan Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, yer quruluşu ixtisası üzrə heçbir müəllim işə qəbul edilməmişdir. Həmin ixtisasdan olan fənlər kollecin müəllimləri X5, X6, X3 və X7 verilmişdir. Azərbаycаn Respublikаsı Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda digər hüquq və azadlıqların təminatı kimi də qəbul olunur. Konstitusiya Məhkəməsinin qərarlarında dəfələrlə bəyan edildiyi kimi hər hansı bir məhkəmə işinə mahiyyəti üzrə baxılarkən maddi və prosessual qaydalara riayət edilməməsi Konstitusiyanın maddələrinin pozulmasına gətirib çıxaran hal kimi qiymətləndirilməlidir («Xəyal» kəndli fermer təsərrüfatının başçısı Ə.Cəfərovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin 01 fevral 2005-ci il tarixli qərarı). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, bu hüquq həmçinin pozulmuş hüquq və azadlıqlara qanunvericilikdə nizamlanmış hədlər çərçivəsində səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (Ə.M.Həsənovanın şikayəti Konstitusiya Məhkəməsinin 30 dekabr 2008-ci il tarixli qərarı). Ədalət mühakiməsinin müvafiq məhkəmə tərəfindən qüvvədə olan hüquqi prosedurlar üzrə məhkəmə müdafiə hüququ (ədalətli məhkəmə araşdırılması hüququ) məcburi təmin edilməklə həyata keçirilməsi qanunun aliliyi baxımından mühüm şərtlərdən biridir (X.Ə.Qasımovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin 13 dekabr 2005-ci il tarixli qərarı). Hüququn aliliyi hüquqi dövlətin təməl prinsiplərindən biridir. Bu prinsipə riayət olunması demokratik cəmiyyətdə ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə dair hüquq kimi qəbul edilmiş ədalətli məhkəmə araşdırılması hüququnun həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Hüququn aliliyi və ədalət mühakiməsinin lazimi qaydada həyata keçirilməsi müasir məhkəmə icraatının iki qarşılıqlı və bir-birini tamamlayan şərtləridir (L.Binnətovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarı). Məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutlara, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarı). Məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri, iddia tələbinin hüquqi əsası ilə əmək münasibətlərini tənzimləyən Əmək Məcəlləsinin müvafiq maddələrinin dispozisiya şərtlərini əlaqəli şəkildə araşdıraraq müəyyən etdi ki, İddiaçı ilə Tovuz Dövlət Sosial İqtisad Kollecinin rəhbəri arasında 12 sentyabr 2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış, əmək müqaviləsinin şərtlərinə əsasən Abdulla bir il müddətində cavabdeh təşkilatda müəllim kimi işə qəbul olunmuşdur. O, Azərbaycan Dövlət Aqrar Universitetinin Yer Quruluşu, torpaq və şəhər kadastrı ixtisası üzrə bakalavr təhsili almış, bundan başqa fərqlənmə diplomu ilə Tovuz Dövlət Sosial İqtisad kollecini bitirmişdir. O Tovuz Dövlət Sosial İqtisad kollecində Torpaq kadastrı, yer quruluşu layihə və smeta sənədlərinin tərtibi, torpaq münasibətləri və torpaqdan istifadə hüququ, torpaq fondu və ondan səmərli istifadə fənlərini tədris etmişdir. Bir illik müqavilə müddəti başa çatdığına görə işdən azad olmuşdur. Yəni, müəssisədə müəllim vəzifəsində (peşəsində) çalışan İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. İddiaçı həmin əmrin ləğv edilərək, onun əvvəlki işinə bərpa edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, işçilərlə işəgötürüənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçiişə götürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Həmin Məcəllənin 5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Məhkəmə qeyd edir ki, əmək müqaviləsi əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini müəyyənləşdirən əsas sənəd olduğundan, işçi əmək hüquq münasibətlərində işə götürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəf olduğundan, işəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olduğundan əmək müqaviləsinin səlis şəkildə tərtib edilməsi, müqavilənin şərtlərinin işçi üçün aydın şəkildə tərtib edilməsi vacibdir ki, gələcəkdə işə götürənlər müqavilədə yaranmış boşluqlardan sui istifadə etmək imkanlarından məhrum olsunlar. İşçi ilə işə götürən arasında bağlanılmış əmək müqaviləsindən görünür ki, əmək müqaviləsi müddətli bağlanılmışdır. Əmək Məcəlləsinin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 45.4-cü maddəsinə görə isə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Tovuz Dövlət Sosial-İqtisadi Kolleci təhsil müəssisəsi olmaqla orada işin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olmuş, işə götürən işçi ilə müqavilə bağlamaqda sərbəst olması hüququndan istifadə edərək tərəflərin hüquq bərabərliyi prinsipinə əməl etməmişdir. Halbuki Əmək Məcəlləsinin 47-ci maddəsinin f)bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinspinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsi bağlanıla bilər. Yəni, o halda qarşılıqlı razılıq əsasında müddətli əmək müqaviləsi bağlanmalıdır ki. bu halda tərəflərin hüquq bərabərliyinə riayət edilsin. Hazırki işdə isə işə götürənin yeganə ixtisasa malik həmin işçi ilə müddətsiz əmək müqaviləsi bağlamaq imkanı olduğu halda belə bir müqavilə bağlanılmamış, nəticədə işçinin hüquqları pozulmuşdur. Məhkəmə qeyd edir ki, Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin xx.xx.2025-ci il tarixli məktubundan da görünür ki, yer quruluşu ixtisası üzrə heçbir müəllim işə qəbul edilməmişdir. Həmin ixtisasdan olan fənlər kollecin qeyri-ixtisas fənn müəllimləri X5, X6, X3 və X7 verilmişdir. Dərs dediyi kolleci fərqlənmə ilə bitirmiş, eyni zamanda yer quruluşu ixtisası üzrə ali təhsilə malik olan bir müəllimlə müddətsiz əmək müqaviləsi bağlanmayaraq, qeyri-ixtisas müəllimləri ilə həmin fənnin tədrisi ilə bağlı müqavilənin bağlanması həm işçinin hüquqlarının pozulmasına gətirib çıxarır, həm də təhsilin keyifiyyətinə də təsirsiz ötüşməyə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli Qərarında sərgilənmişdir ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur. Odur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər. İşçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab edir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar. Məhkəmə əmək müqaviləsinə xitam veriməsi ilə bağlı əmrlə bağlı onu qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Məhkəmə qeyd edir ki, işəgötürənin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli, K-120 nömrəli əmri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.1-ci maddəsində nəzərdə tutulmuş qaydada əsaslandırılmamışdır. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Əmək Məcəlləsinin 84.1-ci maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. İşəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda əmək müqaviləsinin ləğv edilməsi qaydası öz əksini tapmamışdır. Əmək Məcəlləsinin 84.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsasən bu qənaətə gəlir ki, X15-İqtisad Kolleci üzrə direltor H.V.Əyyubovanın 12 sentyabr 2024-cü il tarixli əmri ləğv edilməli, İddiaçı ilə yeni əmək müqaviləsi bağlanılması məsələsi işə götürənlə müzakirə edilməklə o əvvəlki vəzifəsinə işə bərpa edilməlidir. Əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Konstitusiyanın 35-ci maddəsinin İ hissəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Buna mьüvafiq olaraq əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməklə xarakterizə olunur. Əmək insanın ləyaqətini alçatmamalı, insanların əsas hüquqlarına hörmət və əməyin mühafizəsini təmin edən şəraitdə işləməklə işçilərin əmək haqqının ədalətli ödənilməsində ifadə olunmalıdır.(Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarı) Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı- seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin giriş hissəsində qeyd olunduğu kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsində Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, X1 konvensiyalarına və digər beynəlxalq hüquq normalarına uyğun olaraq əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi və bu münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işçilərin, işəgötürənlərin, habelə müvafiq dövlət hakimiyyəti orqanlarının hüquqlarını, vəzifələrini tənzim edən normalar təsbit edilir. Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 2-ci mаddəsinin 3-cü hisəsinə əsasən Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsаsən əmək müqаviləsi üzrə öhdəliklərin icrаsınа hüquqi təminаt yаrаdılmаsı prinsipinə əsаslаnır. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Hər bir işləyən şəxs, əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələrilə tamamlanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir. “İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynalxalq Pakt”-ın 7-ci maddəsinin 1-ci abzası və 3-cü bəndin müddalarında görünür ki, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin ədalətli və münasib iş şəraiti hüququnu tanıyır, o cümlədən hamının yalnız iş stajı və istisas səviyyəsi əsasında daha yüksək vəzifələrə irəli çəkilmək üçün eyni şərati imkanı tanıyır. “Avropa Sosial Xartiyası”-nın 1-ci hissəsinin 1-ci bəndinə əsasən, hər kəsin öz yaşayışı üçün sərbəst seçdiyi peşə üzrə əməklə qazanmaq hüququ olmalıdır. Xartiyanın 1ci hissəsinin 2-ci bəndinə əsasən, bütün işçilərin əməyin ədalətli şəraitlərinə hüquqları vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dаir Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tаrixli qərаrındа Konstitusiyа Məhkəməsi bir dаhа vurğulаmışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Beləliklə məhkəmə tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Fəraid Qəhrəmanovun 15 sentyabr 2021-ci il tarixli K-120 nömrəli əmrinin etibarsız hesab edilməsi qənaətinə gəlindiyindən X8 əvvəllər işlədiyi vakant mühasib vəzifəsinə bərpa edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə tərəfindən əmrin etibarsız hesab edilməsi və iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi qənaətinə gəlindiyindən işin faktik hallarını nəzərə alan məhkəmə belə hesab edir ki, iddiaçıya məcburi iş buraxma müddəti üçün 15 sentyabr 2021-ci ildən qətnamə icra olunan günədək əmək haqqı hesablanmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirib, iddia tələbi üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair Tovuz Dövlət Sosial İqtisad kollecinin xx.xx.2024-cü il tarixli 85 nömrəli əmri ləğv edilsin. İddiaçı ilə yeni əmək müqaviləsi bağlanılması məsələsi işə götürənlə müzakirə edilməklə o əvvəlki vəzifəsinə bərpa edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar