Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1745/2025 24.06.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs göstərilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən xx.xx.2024-cü ildə vəfat etmiş X2 onun anası olması – qohumluq münasibətində olma faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1964-cü ildə Tovuz rayonu Bozalqanlı kəndində anadan olmuşdur. X3, anası Quliyeva (ölüm haqqında şəhadətnamə və digər sənədlərdə soyadı “Hüseynova” göstərilmişdir) Süsənbər Məhəmməd qızı olmuşdur. Ana və atasının nikahı olmamışdır. Anası xx.xx.2024-cü ildə vəfat etmişdir. Anasından miras qalmış mülkiyyətin adına rəsmiləşdirilməsi üçün müraciət etsə də ona rəsmi qaydada bildirilmişdir ki, qohumluq münasibətlərini təsdiq edən sənədlərdə uyğunsuzluq olmuşdur. Halbuki onun sənədlərində hər hansı bir problem yoxdur. Doğum haqqında şəhadətnamədə anasının soyadı Quliyeva kimi qeyd olunmuşdur. xx.xx.2025-ci il tarixdə Tovuz regional ASAN xidmət mərkəzinin notariat ofisinə müraciət etsə də ona məktubla bildirilmişdir ki, sənədlərlə tanışlıq zamanı məlum olmuşdur ki, qohumluq münasibətlərini müəyyən edən sənədlərdə uyğunsuzluq səbəbindən mümkün olmamışdır. Tərəflərin izahatları Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Maraqlı şəxs məhkəmənin baxış iclasında iştirak etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.2023-cü il tarixli Maraqlı şəxs tərəfindən verilmiş ölüm haqqında şəhadətnaməyə əsasən X4 xx.xx.2024-cü il tarixdə ölmüşdür. Maraqlı şəxsndən verilmiş xx.xx.2025-ci il tarixli 255 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən Ərizəçi xx.xx.1964-cü il tarixdə doğulmuş, anası “X5” kimi göstərilmişdir. Maraqlı şəxsndən verilmiş 30 mart 2024-cü il tarixli 3/16-5/8-09-203/2025 nömrəli məktuba əsasən xx.xx.2025-ci il tarixdə ölmüş X2 “Vətəndaşlıq vəziyyəti aktları” Avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə əsasən nikah haqqında akt qeydi aşkar edilməmişdir. S.Hüseynovanın övladı xx.xx.1964-cü il tarixdə Ərizəçi doğulmuşdur. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 5646 nömrəli məktuba əsasən X4 ilə qohumluq münasibətlərini təsdiq edən sənədlərdə uyğunsuzluq vardır. Məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Tovuz regional “Asan xidmət” mərkəzindəki Notariat ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 496 nömrəli məktuba əsasən xx.xx.2024-cü il tarixdə vəfat etmiş X1 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün edilmiş müraciətə baxılmışdır. Sənədlərlə tanışlıq zamanı məlum olmuşdur ki, mərhumla qohumluq münasibətini təsdiq edən sənədlərdə uyğunsuzluq vardır. Maraqlı şəxsndən verilmiş xx.xx.2025-ci il tarixli 76 nömrəli imtina rəyində göstərilmişdir ki, Ərizəçi doğum akt qeydinin ana haqqında məlumat qrafasında Quliyevadan Hüseynovaya dəyişdirilməsi Maraqlı şəxs səlahiyyətləri xaricindədir. Şahid ifadələri Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 bildirmişdir ki, ərizəçinin qonşusudur. Ərizəçi X2 İsmayıl Məşədiələfkər oğlu ilə nikahından doğulduğunu təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, ərizəçinin xalası qızıdır. Ərizəçi X2 İsmayıl Məşədiələfkər oğlu ilə nikahından doğulduğunu təsdiq edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311.Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı
2. Məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur.
Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına istinadən məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizəçinin mərhum X2 övladı olması faktının müəyyən edilməsi üçün qanunvericilikdə və «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 №-li qərarında qeyd edilmiş əsaslar və şərtlər mövcuddur, həmçinin iş materiallarında olan sənədlərlə və şahid ifadələri ilə tam təsdiq olunur. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2024-cü il tarixdə ölmüş X2 xx.xx.1964-cü il tarixdə anadan olmuş Ərizəçi (AZE №********) anası olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. xx.xx.2024-cü il tarixdə ölmüş X2 xx.xx.1964-cü il tarixdə doğulmuş Ərizəçi (AZE №********) anası olmaqla həmin şəxslərin qohumluq münasibətində olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Süleyman Hacıyev