Məhkəmə qərarları › İş №2(062)-176/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-176/2023

06.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-176/2023 06.02.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «mirasın qəbul edilməsi faktının müəyyən olunması və mülkiyyət hüququnun tanınması» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «mirasın qəbul edilməsi faktının müəyyən olunması və mülkiyyət hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən miras mülkün 1995-ci ildə X6 və anası X8 tərəfindən qəbul edilməsi faktının müəyyən edilib, onlara məxsus olmasının təsdiq edilməsi və valideynlərindən qalmış mirasın yalnız onun tərəfindən qəbul edilməsi nəzərə alınmaqla qəbul etdiyi həmin miras mülkə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 mərhum qardaşı X34 ilə 1988-ci ildə nikahlarını rəsmiləşdirmədən ailə qurub, atalarına məxsus olan Qovlar qəsəbəsi, T.Qədimov küçəsi 10 nömrəli ünvanda yerləşən köhnə evlərində onlarla birlikdə yaşamışlar. Onların nikahları xx.xx.1989-cu ildə rəsmiləşdirilmişdir. X48 1989-cu ildə Qovlar qəsəbəsi ərazisindən, “Yeni məhəllə” adlanan sahədə əlavə 8 sot torpaq sahəsi almış, 1990-1991-ci illərdə orada iki mərtəbəli yeni yaşayış evi tikdirmişdir. Evin tikintisi başa çatdıqdan sonra atası İsaq, anası Yavər, bacısı Nigar və o birlikdə həmin yeni evə köçmüşlər. Anar və arvadı Mehriban köhnə evdə qalıb yaşamaqda davam etmişlər. 1993cü ildə Anarla Mehribanın arasında ciddi narazılıqlar yaranmış və onlar faktiki olaraq ayrılmışlar. Mehriban əvvəl Tovuz şəhərində yerləşən öz valideynlərinin yanına getmiş, bir necə il orada yaşamış, sonradan o Bakı şəhərinə köçmüş, orada yaşayan əslən Tovuzun Əlibəyli kəndindən olan Fazil adlı şəxslə rəsmi nikaha girərək ailə qurmuşdur. Həmin vaxtdan hal-hazıradək Bakı şəhərində daimi yaşamaqda davam edir. Mehriban mübahisəli evdə tikilən vaxtdan bu günə qədər bir gün də olsun yaşamamışdır. 1998-ci ilin aprel ayında X7 ilə ailə qurmuş və o, hazırki evə gəlin gəlmişdir. Həmin evdə birgə nikahdan 4 uşağı doğulmuş və hal-hazıradək orda yaşayırlar. Mübahisəli evləri Anarın vəfatından 7 il sonra, yəni 2002-ci ildə atası tərəfindən sənədləşdirilərkən ilkin torpaq ayırma sənədi Anarın adına olduğuna görə, qanunsuz olaraq onun adına qeydə alınmış və texniki pasport verilmişdir. 2001-ci ildə anası Yavər, 2004-cü ildə isə atası İsaq vəfat etmiş, ailəsi ilə birlikdə həmin evdə yaşamaqda davam etmişdir. 2000-ci ildə atası və anası hər ikisinin yaşı 70-dən yuxarı olmaqla təqaüdçü idilər. 2000-ci ildə artıq bir necə il idi ki, ticarət biznesi ilə məşğul idi, həyat yoldaşı rayonda həkim işləyirdi. Ailəsinin qazancı kifayət qədər yüksək idi. Ona gorə də, hələ ata-anasının sağlığında həmin evin əsaslı təmirinə başlayıb bir necə il ərzində təqribən 2015-ci ilədək tam təmir-tikinti işləri gördürmüşdür. Bu illər ərzində həmin evə qoyduğu vəsait minimum 150.000 manatdan artıqdır. 2012-ci ildə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, evin qardaşı Anarın adına qanunsuz qeydiyyatının ləğv edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən iddiası təmin edilmiş, Anarın vəfatından 7 il sonra onun adına aparılmış qeydiyyat və texniki pasport ləğv edilmişdir. Bundan sonra məhkəmənin digər qətnaməsinə əsasən həmin ev atasının mirası hesab edilmiş və mirasın onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilməklə, evin onun adına qeydə alınmasına dair qərar verilmişdir. Həmin işlərə Tovuz Rayon Məhkəməsində baxılıb qərarlar qəbul edilərkən, qardaşı oğlu Bayram artıq 3 ilə yaxın idi ki, Bakı şəhərinə anası Mehribanın yanına köçüb orada yaşayırdı. Mülki işlərə o və anası maraqlarına toxunan üçüncü şəxslər qismində cəlb olunmuşdular. 2012-ci ilin oktyabr ayında məhkəmə ərəfəsində Tovuza gələrək ona Tovuz rayon Notariat Kontorunda bütün hüquqlarına dair ƏN-1 319734 nömrəli etibarnamə verərək evlə bağlı heç bir iddiasının olmadığını ifadə etmişdir. Bundan sonrakı illərdə qardaşı oğlu onlara daimi olaraq gəlib-getmiş və heç bir narazılığını bildirməmişdir. 6 ildən sonra, 2019-cu ildə Bayram anasının təkidi ilə, aralarında olan narazılıqdan sonra, Tovuz Rayon Müəhkəməsinin qətnamələrindən anası ilə birlikdə şikayət vermişlər. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(104)-738/2020 saylı qətnaməsi ilə Tovuz Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsindən Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(062)-1627/2012 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbi təmin edilməmişdir. Gəncə Apelyasiya Müəhkəməsinin həmin qətnaməsi Ali Məhkəmədə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Cavabdeh2 və Cavabdeh1 cavabdehlər qismində ona və 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı onun adına olan çıxarışın və texniki pasportun ləğv edilməsi, əvvəlki qeydiyyatın və texniki pasportun bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Tovuz Rayon Məhkəməsinin qətnaməsi ilə onların iddiası təmin edilsə də, həmin qətnamə ləğv edilərək icraata xitam verilmişdir. Bundan sonra Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)-4405 nömrəli qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsi icranın dönüşü qaydasında işə baxaraq Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə, onun adına aparılmış, xx.xx.2013-cü il tarixli çıxarışı ləğv etmişdir. Nəticədə ata-anasının tikdirdiyi və sonradan onun tərəfindən böyük miqdarda qoyulmuş vəsait hesabına tam yeniləşdirilmiş mübahisəli mülkün mərhum qardaşı Anarın adına olan qanunsuz qeydiyyatı bərpa edilmişdir.Hazırda cavabdehlər onların evinin Anarın adına formal qeydiyyatından istifadə edərək öz adlarına vərəsəlik şəhadətnaməsi almaq niyyətindədilər. Hesab edir ki, Anar 1995-ci ildə vəfat edib, həmin vaxt miras açıldığına görə, həmin vaxtdan 27 il keçdiyi üçün, mübahisəli mülkə görə miras açıldıqdan sonra vərəsələrin dairəsi və açılmış mirasın vərəsələrin qəbul edib-etməməsi məsələsi məhkəmə qaydasında aydınlaşdırılıb qərar qəbul edildikdən sonra, Anarın vərəsələrinə vərəsəlik şəhadətnaməsi verilə bilər. Yuxarıda da, qeyd etdikləri kimi, Anar 1995-ci ildə vəfat etmiş, miras həmin vaxtı açılmışdır. Onun birinci dərəcəli vərəsələri dairəsinə atası, İsax, anası Yavər, oğlu Bayram və arvadı Mehriban aid olmuşlar. Anarın mirasına aid edilən evdə atası İsaq və anası Yavər yaşamaqla mirası faktiki qəbul etmişlər. Anarın arvadı Mehriban onun ölümündən 2 il əvvəl onunla faktiki ayrılıb, Anarla 1993-cü ilə qədər birgə yaşadıqları Qovlar şəhəri Tahir Qədimov küçəsindəki 10 nömrəli evdən çıxıb, öz atası evinə köçüb orada və sonradan Bakı şəhərində yaşamaqla, miras ev sayılan onların evində 1995-ci ilə qədər və Anarın vəfatından sonra heç vaxt yaşamadığı üçün mirası qəbul etməmişdir. Bu əsasa görə o, mirasdan pay almaq hüququnu itirmişdir. Oğlu Bayramı isə 1993-cü ildə anası özü ilə birlikdə aparmışdır. Anar vəfat edəndən təqribən bir il yarım sonra atası İsaq Bayramı öz yanına gətirmişdir. Bu əsaslara görə Bayram tərəfindən də, miras qəbul edilməmiş hesab edilir. Hesab edir ki, 1995-ci ildə Anarın ölümü ilə miras açılan vaxtı, həmin mülk Daşınmaz Əmlakın Dövlət Reyestirində qeydə alınmasa da, (iş üzrə əvvəlki bütün məhkəmə sənədləri ilə təsdiq olunmuşdur ki, həmin mülkün ilkin dövlət qeydiyyatı Anarın vəfatından 7 il sonra, yəni 2002-ci ildə atası İsaqın müraciəti əsasında rəsmiləşdirilmişdir) onun birinci dərəcəli vərəsələri olan ata və anası tərəfindən qəbul edildiyinə görə, onların 1/2 hissədə mülkiyyət hüququ yaranmışdır. Anası Yavər 2001-ci ildə, atası İsaq isə 2004-cü ildə vəfat etmişlər. Onların ölümü ərəfəsində sağ olan birinci dərəcəli vərəsələri o, bacıları Nigar, Elmira, Alidə və qardaşı Malik olmuşlar. Anası Yavərin 2001-ci ildə açılmış mirasını və atası İsaqın 2004-cü ildə açılmış mirasını, eyni zamanda onların hər ikisinin yaşadığı evdəki miras paylarını, o, həmin mülkdə əvvəldən və sonra yaşayıb sahiblik etməklə və valideyinlərinin bütün digər miras əmlaklarını idarə etməklə qəbul etmişdir. Onların digər övladlarının heç biri 2004-cü ildə və ondan sonrakı uzun müddət ərzində valideyinlərinin mirası ilə bağlı heç bir iddia qaldırmamışlar. Eyni zamanda 2005-ci ildə vərəsəlik şəhadətnaməsi alarkən onların hamısı mirası qəbul etmədiklərinə və pay istəmədiklərinə dair notariusda yazılı ərizə vermişlər. Bu əsasa görə də, 2001-ci ildə vəfat etmiş anası Yavər və 2004-cü ildə vəfat etmiş atası İsaxdan qalmış miras onların birinci növbəli vərəsələrindən yalnız onun tərəfindən qəbul edilmiş hesab edilir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh1 ümumiyyətlə miras əmlakda yaşamamışdır. O qardaşının ölümündən dərhal sonra evi tərk etmişdir. Hətta ikinci dəfə ailə həyatı qurmuşdur. Ümumiyyətlə Cavabdeh1 onun atası və anası ilə maraqlanmamışdır ki, nəinki mirası qəbul etsin. Uşağını da özü ilə aparmışdır. Hazırda da Bakı şəhərində yaşayır. Odur ki, mirasın atası və anası tərəfindən, onlardan qalan mirasın isə yalnız onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilərək mirasa onun mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etmyərək izahatında göstərmişdir ki, iddiaçının mərhum qardaşı Anar Hüseynov ilə 1988-ci ildə nikaha daxil olaraq ailə qurmuş, həmin nikahdan Bayram adlı uşaqları doğulmuşdur. Rəsmi nikahdan sonra mərhum əri Anar Hüseynov birgə nikah dövründə ünvan 2 ünvanında 0,08 ha torpaq sahəsi alaraq üzərində iki mərtəbəli, üç otaqlı fərdi yaşayış evi inşa etdirmişdir. Həmin evdə mərhum əri Anar vəfat edən edənə kimi yaşamışdır. Sonra isə daimi yaşamaq üçün atasıgilə, oradan da Bakı şəhərinə köçmüşdür. Lakin oğlu müəyyən müddət mübahisəli əmlakda yaşamışdır. Onun və oğlunun miras sahibinin varisləri olması qanuni qüvvəsini almış məhkəmə qərarları ilə təsdiqin tapmışdır. Çünki iddiaçı əvvəllər də hazırki mübahisəli əmlaklarla bağlı iddia qaldırmışdır. Onun iddialarının təmin edilməsinə baxmayaraq həmin qərarlardan hüquqlarına toxunulan şəxslər kimi özü və oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri əsasında qərarlar ləğv edilmişdir. Həmin qərarlar üzrə isə hazırki mərhələ icrada dönüş mərhələsidir. Hesab edir ki, iddia tələbi tamamilə əsassızdır. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 ifadəsində göstərmişdir ki, Qovlar qəsəbə sakini olmaqla Poladgilin ailəsini uzun müddətdir ki, tanıyır. Artıq 30 ilə yaxındır ki, “Yeni Məhəllədə” ev tikib eyni küçədə qonşu kimi yaşayırlar. Poladgilin ailəsi 1990-cı ilin əvvələrinə qədər atalarına məxsus olan Qovlar qəsəbəsi, T.Qədimov küçəsində yerləşən köhnə evlərində yaşamışlar. Hazırda yaşadıqları ev tikiləndən sonra bu evə Poladın atası İsaq, anası Yavər, bacısı Nigar və Polad həmin evə köçüb orada yaşamışlar. 1998-ci ildə Polad ailə qurmuş və həyat yoldaşı Şəfayət hazırki evə gəlin gəlmişdir. Onların 4 övladları var və orada yaşayırlar. Polad ata-anasının sağlığından başlayaraq uzun müddət ərzində həmin evdə əsaslı təmir-tikinti işləri görmüşdür. Poladın qardaşı Anar və onun həyat yoldaşı Mehriban həmin evdə heç vaxt yaşamamışlar. Onlar Poladın atasının köhnə evində yaşamışlar. X19 ayrılmış, həmin evdən çıxıb getmişdir. Poladın anası Yavər 2001ci ildə, atası İsaq 2004-cu ildə vəfat etmişdir.Valideyinlərinin yas mərasimini Polad həmin evdə keçirmişdir. Mehribanı həmin evdə heç vaxt görməmişdir. Mehriban uşağı ilə birlikdə mərhum ərinin ölümündən sonra valideynlərinin evinə daha sonra isə Bakıya köçərək orada ailə qurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X35 ifadəsində göstərmişdir ki, İddiaçı onun qonşusudur, Özü elektrikdir. Hazırda yaşadıqları ev tikilən zaman, usta olduğu üçün həmin evdə Poladın atası İsaq kişinin dəvəti ilə həmin evdə işıq sistemlərinin çəklişində usta kimi 1992 ildə işləmişdir. Həmin evin əsaslı təmirə ehtiyacı olduğu üçün 2012-ci ildə yenidən Poladın sifarişi ilə həmin evin elektrik təhcizatını yenidən çəkmişdir. 1998-ci ildə qonşusu Polad ailə qurmuş və həyat yoldaşı Şəfayət hazırki evə gəlin gəlmişdir. Onların 4 övladları var və hal-hazıradək həmin evdə yaşayırlar. Poladın böyük qardaşı Anar və onun həyat yoldaşı Mehriban həmin evdə heç vaxt yaşamamışlar və onları orada heç vaxt görməmişdir. Poladın valideynlərinin yas mərasimi də onun tərəfindən təşkil edilmişdir. Cavabdeh1 orada belə görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, İddiaçı ilə qonşudur. Poladgilin ailəsi 1990-cı ilin əvvələrinə qədər atalarına məxsus olan Qovlar qəsəbəsi, T.Qədimov küçəsində yerləşən köhnə evlərində yaşamışlar. Sonradan ataları X39 qəsəbəsi ərazisindən, “Yeni məhəllə” adlanan sahədə yeni 8 sot torpaq sahəsi almışdır. Həmin illərdə onlar da həmin ərazidən yeni torpaq sahəsi alıb ev tikdirmişlər. Eyni zamanda onlarda 1990-1991-ci illərdə orada ikimərtəbəli yeni yaşayış evi tikdirmişdir. Evin tikintisi başa çatdıqdan sonra atası İsaq, anası Yavər, bacıları Nigar və Polad həmin evə köçüb orada yaşamışlar. 1998-ci ildə Polad ailə qurmuş və həyat yoldaşı Şəfayət hazırki evə gəlin gəlmişdir. Onların 4 övladları var və hal-hazıradək həmin evdə yaşayırlar. Polad ata-anasının sağlığından başlayaraq uzun müddət ərzində həmin evdə əsaslı təmir-tikinti işləri görmüşdür. Poladın böyük qardaşı Anar və onun arvadı Mehriban həmin evdə heç vaxt yaşamamışlar. Onlar İsaq kişinin köhnə evində yaşamışlar. X19 ayrılmış, həmin evdən çıxıb getmişdir. Poladın anası Yavər 2001-ci ildə, atası İsaq 2004-cu ildə vəfat etmişdir.Valideyinlərinin yas mərasimini Polad həmin evdə keçirmişdir. Cavabdeh1 yas mərasimində belə görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, İddiaçı ilə, artıq 30 ilə yaxındır ki, "Yeni Məhəllədə” ev tikib eyni küçədə qonşu kimi yaşayırlar. Poladgilin ailəsi 1990-cı ilin əvvələrinə qədər atalarına məxsus olan Qovlar qəsəbəsi, T.Qədimov küçəsində yerləşən köhnə evlərində yaşamışlar. Hazırda yaşadıqları ev tikiləndən sonra bu evə Poladın atası İsaq, anası Yavər, bacısı Nigar və Polad həmin evə köçüb orada yaşamışlar, 1998-ci ildə Polad ailə qurmuş və həyat yoldaşı Şəfayət hazırki evə gəlin gəlmişdir. Onların 4 övladları var və orada yaşayırlar. Polad ata-anasının sağlığından başlayaraq 1998-2015-ci illərdə həmin evdə əsaslı təmir-tikinti işlərinin görməsinin şahididir. Poladın qardaşı Anar və onun həyat yoldaşı Mehriban həmin evdə heç vaxt yaşamamışlar. Onlar Poladın atasının köhnə evində yaşamışlar. Anarın yoldaşı Mehribanı heç vaxt bir qonşu kimi həmin evə gəlib-getməsini görməmişdir. Poladın anası Yavər 2001-ci ildə, atası İsaq 2004-cu ildə vəfat etmişdir. Valideyinlərinin yas mərasimini Polad həmin evdə keçirmişdir. Cavabdeh1 yas mərasimində belə görməmişdir. Cavabdeh1 mərhum əri Anarın ölümündən sonra daimi yaşamaq üçün Bakı şəhərinə köçmüşdür. Hətta orada ikinci dəfə ailə qurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində göstərmişdir ki, İddiaçı onun uzaqdan qohumudur. Ailəni uşaqlıqdan tanıyır. İsaq dayının 1990-cı illərdə qəsəbədə yeni paylanan ərazidən torpaq almasını, orada yeni ev tikməsinin ev hazır olduqdan sonra həmin evə özü, arvadı, uşaqları Nigar və Poladla birlikdə köçüb yaşamasının şahididir. Anarın isə ailəsi ilə birlikdə İsaq dayının köhnə evində qalıb yaşamasının şahididir. Poladın hal-hazırda yaşadığı həmin evdə 1992-ci ildən bu günə qədər Anarın həyat yoldaşı Mehribanı görməmişdir. 1998-ci ildə Polad ailə quraraq hal-hazıradək həmin evdə yaşayır və onların 4 uşaqları vardır. Poladın anası Yavər 2001-ci ildə, atası İsaq 2004-cu ildə vəfat etmişdir.Yas mərasimlərini Polad həmin evdə keçirmişdir. Polad ata-anasının sağlığından başlayaraq uzun müddət ərzində həmin evdə 1998-ci ildən başlayaraq 2015-ci ilə dək Polad əsaslı təmir-tikinti işləri görmüşdür, demək olar ki, evi tamamilə yeniləşdirmişdir. Mərhum Anarın həyat yoldaşı Mehribanı həmin evdə heç vaxt görməmişdir. Mehriban mərhum ərinin ölümündən dərhal sonra daimi yaşamaq üçün valideynlərinin yanına, oradan da Bakı şəhərinə köçmüşdür. Orada isə ikinci dəfə ailə həyatı qurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, İddiaçı onun köhnə qonşusu və qohumudur. Bu ailəni uşaqlıqdan tanıyır. Atasının əmisi oğlu İsaq Hüseynovun 1990-cı illərdə qəsəbədə yeni paylanan ərazidən torpaq almasını, orada yeni ev tikməsinin ev hazır olduqdan sonra həmin evə özü, arvadı, uşaqları Nigar və Poladla birlikdə köçüb yaşamasını, Anarın isə afləsi ilə birlikdə köhnə evdə qalıb yaşamasının şahididir. Təqribən 1993-cü ildə Anarın arvadı Mehriban aralarındakı narazılıqdan sonra həmin evdə çıxıb getmişdir, bundan sonra 1995-ci ildə Anar avtoqəza nəticəsində vəfat etmişdir. Vəfat etdikdən sonra Mehriban qayıtmamış sonradan Bakı şəhərinə köçüb orada yaşamışdır. Orada isə ikinci dəfə ailə həyatı qurmuşdur. Poladın anası Yavər 2001-ci ildə, atası İsaq 2004-cu ildə vəfat etmişdir. Yas mərasimlərini Polad həmin evdə keçirmişdir. Polad ata-anasının sağlığından başlayaraq uzun müddət ərzində həmin evdə 1998-ci ildən başlayaraq 2015-ci ilədək əsaslı təmir-tikinti işləri görmüşdür, demək olar ki, evi tam yeniləşdirmişdir. Anarın həyat yoldaşı Mehribanı həmin evdə heç vaxt görməmişdir. Yas mərasimlərində belə iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 ifadəsində göstərmişdir ki, İddiaçı onun qohumudur. Kafel, metlak ustasıdır. 1992-ci ildə İsaq dayının yeni tikidirdiyi evə onu sifarişi ilə gəlib, həmin evdə usta kimi kafel və metlak işlərini görmüşdür. Ayrı-ayrı vaxtlarda təqribən 1996, 2000, 2007 və 2013-cü illərdə həmən evin yeni təmir-tikinti işlərində işləmişdir. Anarın həyat yoldaşı olan Mehribanın heç vaxt həmin evdə nə yaşadığını nə də ki gəlib-getməsini görməmişdir. 1998-ci ildə İsaq dayının dəvəti ilə Poladın toyunda iştirakçı olmuşdur. Polad ailə qurduqdan sonra həyat yoldaşı Şəfayətlə həmin evdə 4 övladları ilə birlikdə yaşayırlar. Valideyinlərinin yas mərasimini Polad həmin evdə keçirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatladırılmasına baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Eyni zamanda Cavabdeh1 məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Tovuz Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(62)-1627/2012 nömrəli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin mərhum X16 adına qeydə alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Tovuz Ərazi İdarəsində xx.xx.2002-ci ildə aparılmış qeydiyyat və yaşayış evinin texniki pasportunun əsassız hesab edilərək ləğv edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(104)- 783/2020 saylı qətnaməsindən görünür ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(062)-1627/2012 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(062)-1627/2012 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin edilməmişdir. İcrada dönüşə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, ərizəçi İddiaçı məhkəməyə ərizə verərək Tovuz rayonu Qovlar qəsəbəsi (Təzə Məhlə adlanan ərazidə) H.Hacıyev küçəsi 38-də yerləşən 0,08 ha torpaq sahəsində olan 2 mərtəbəli 3 otaqlı, ümumi sahəsi 450,5 kv metr, yaşayış sahəsi 86,4 kv metr və köməkçi sahəsi 364,1 kv metrdən ibarət yaşayış evinin mərhum X6na məxsus olması və ondan qalmış mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və onun adına qeydə alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(62)-613/2013 nömrəli qətnaməsi ilə ərizə təmin edilmiş, Tovuz rayonu, Qovlar qəsəbəsi, H.Hacıyev küçəsi 38-də yerləşən, 0,08 ha torpaq sahəsi və üzərində olan 2 mərtəbəli 3 otaqlı yaşayış evinin xx.xx.2004-cü ildə vəfat etmiş X1 olması faktının müəyyən olunması, X4ndan miras qalan Tovuz rayonu Qovlar qəsəbəsi H.Hacıyev küçəsi 38-də yerləşən, 0,08 ha torpaq sahəsi və üzərində olan 2 mərtəbəli 3 otaqlı yaşayış evindən ibarət əmlakın ərizəçi İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və həmin əmlakın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Tovuz Ərazi İdarəsində onun adına mülk kimi qeydə alınması qət edilmiş və qətnamə icra olunması üçün DƏDRX-in Tovuz Ərazi İdarəsinə göndərilmişdir. Həmin qətnamədən hüquq və vəzifələrinə toxunan şəxslər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti verərək Tovuz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(62)-613/2013 saylı qətnaməsinin ləğv edilməsi və ərizənin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(104)-4405/2019 saylı qərardadı ilə Cavabdeh2 və Cavabdeh1 şikayəti qismən təmin edilərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(62)-613/2013 saylı qətnaməsi ləğv edilmiş və ərizə baxılmamış saxlanılmışdır. Qərardad əsasında Tovuz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(62)-613/2013 nömrəli qətnaməsinin icrasında dönüş edilmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(62)-613/2013 nömrəli qətnaməsi əsasında ünvan 4 ünvanda yerləşən 0,0796 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ev üzərində, daşınmaz əmlakın dövlət reyestrində, 26 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində İddiaçı mülkiyyət hüququna dair xx.xx.2013-cü il tarixdə, ********** nömrə ilə aparılmış qeyd və həmin qeydə dair verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-4676/2020 saylı qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-783/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ölüm haqqında AZ İİ 288590 saylı şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2001-ci il tarixdə ölmüşdür. Ölüm haqqında AZ İ 097286 saylı şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2004-cü ildə vəfat etmişdir. Doğum haqqında İİİ ЖГ 366270 saylı şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdə doğulmuşdur. X6, anası isə X5r. Tovuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, X28 ilə Cavabdeh1 nikahlarını xx.xx.2001-ci il tarixdə 07 nömrə ilə qeyd etdirmişlər. Notarial qaydada X29, X30, X24 və X25 tərəfindən verilmiş ərizələrin surətlərindən görünür ki, onlar atasından qalmış miras əmlakı qəbul etmədiklərini və mirasda imtina etdiklərini bildirmişlər. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını, şahidlərin ifadələrini dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə iddia tələbinin hüquqi təhlilinə başlamazdan əvvəl diqqətə çatdırır ki, hazırki ərizə hüquqi təbiət baxımından xüsusi icraatda həll edilməli olan məsələdir. Çünki Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir Həmin Məcəllənin 307.2.9-cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi işlərinə baxır. Məhkəmə diqqətə çatdırır ki, mülki prosessual qanunvericiliyinə əsasən, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə işə iddia icraatı qaydasında deyil, xüsusi icraat qaydasında baxılır. Məlum olduğu kimi, xüsusi icraat qaydasında baxılan işlərdə bir qayda olaraq şəxslər arasında mübahisə olmur. Ona görə də həmin icraatda hər hansı cavabdehə qarşı iddia tələbi irəli sürülmür, yalnız maraqlı şəxslərin iştirakı ilə ərizəçinin mübahisə olunmayan məsələlərə dair xahişinə baxılır. Bu səbəbdən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəmədə həll edilməli olan, hüquq haqqında mübahisə müəyyən edilərsə, ərizə baxılmamış saxlanılır və maraqlı şəxslərə ümumi əsaslarla iddia vermək hüququ izah olunur. Belə olan halda mübahisəli hüquq haqqında təmin olunması istənilən mənafeyə dair məhkəmədə iddia qaldırılır. Yəni xüsusi icraat qaydasında mirasın qəbul olunması faktının müəyyən olunması barədə şəxsin ərizəsi vərəsələr arasında mübahisə olmasına görə baxılmamış saxlanılırsa, həmin şəxs iddia icraatı qaydasında digər vərəsələri cavabdeh qismində işə cəlb etməklə mirasın qəbul edilməsinin müəyyən edilməsi üzrə iddia qaldıra bilər. Hazırda isə miras əmlak iddiaçının mərhum qardaşından qaldığından və onun özü mərhum qardaşına birinci növbə vərəsə ola bilmədiyindən, yalnız mərhum valideynlərinin qardaşına birinci növbə vərəsə olmasını nəzərə alaraq mübahisənin hüquqi həlli baxımından hazırki tələblə məhkəməyə müraciət etmişdir. İş materiallarından da görünür ki, Tovuz rayonu, Qovlar qəsəbəsi, H.Hacıyev küçəsi 38-də yerləşən, 0,08 ha torpaq sahəsi və üzərində olan 2 mərtəbəli 3 otaqlı yaşayış evinin xx.xx.2004-cü ildə vəfat etmiş X1 olması faktının müəyyən olunması, X4ndan miras qalan Tovuz rayonu Qovlar qəsəbəsi H.Hacıyev küçəsi 38-də yerləşən, 0,08 ha torpaq sahəsi və üzərində olan 2 mərtəbəli 3 otaqlı yaşayış evindən ibarət əmlakın ərizəçi İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə Tovuz Rayon Məhkəməsinin xx.xx.2013cü il tarixli qətnaməsindən Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, qərardadı ilə Tovuz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, qətnaməsi ləğv edilmiş və ərizə baxılmamış saxlanılmışdır. Odur ki, hazırki ərizənin iddia icraatı qaydasında baxılması yolveriləndir. İş materialları ilə müəyyən edilir ki, (qanuni qüvvəsini almış qətnamə ilə təsdiqin tapmışdır) M.B.Qasımov adına sovxozun-texnikum üzrə 140 nömrəli, xx.xx.1990-cı il tarixli əmrinə əsasən Tovuz rayon X33 xx.xx.1989-cu il tarixli, 973 nömrəli məktubuna əsasən Qovlar qəsəbə sovetliyində yaşayan fəhlə və qulluqçulara verilmək üçün Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1989-cu il tarixli, 257 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsindən mərhum X26 0.08 ha həyətyanı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa edilmişdir. Texniki İnvetarlaşdırma Bürosu və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş noyabr 2002-ci il tarixli texniki pasporta əsasən Qovlar qəsəbəsi, Təzə məhəllə adlanan yerdə ümumi sahəsi 800 kv.m. olan torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində X3 payı bütöv kimi qeyd edilməklə, evin texniki pasportu tərtib edilmişdir. X3 adına ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi 88 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin qeydiyyat Tovuz Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş, qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə birinci instansiya məhkəməsinin qeyd olunan qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməmişdir. Bundan sonra Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinin icrasında dönüş edilmiş, həmin qətnamə əsasında ünvan 4 ünvanda yerləşən 0,0796 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ev üzərində, daşınmaz əmlakın dövlət reyestrində, 26 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində İddiaçı mülkiyyət hüququna dair xx.xx.2013-cü il tarixdə, ********** nömrə ilə aparılmış qeyd və həmin qeydə dair verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Anar Hüseynovun vəfatından sonra miras əmlak yalnız birinci növbə vərəsələr kimi onun mərhum valideynləri İsaq Hüseynov və Yavər Hüseynova tərəfindən qəbul edilmişdir. Çünki, onun arvadı Cavabdeh1 azyaşlı oğlu ilə birlikdə mərhum ərinin ölümündən dərhal sonra evi tərk etmişdir. Bu hal onun özünün izahatı və iddia ərizəsinə etdiyi etirazı ilə təsdiqin tapmışdır. Ümumiyyətlə Cavabdeh1 iddiaçının mərhum qardaşı ilə ailə quran zaman onların 1990-cı ilin əvvəllərinə qədər atalarına məxsus olan Qovlar qəsəbəsi, T.Qədimov küçəsində yerləşən köhnə evlərinə gəlin köçmüş və orada yaşamışdır. Hazırda mübahisəli miras əmlak 1990-cı ildən sonra inşa edilməyə başlamış və ora İddiaçı atası İsaq, anası Yavər, bacısı Nigar və iddiaçının özü köçüb yaşamışlar. X45 ailəsi birlikdə köhnə evdə yaşamışlar. Anar Hüseynov xx.xx.1995-ci ildə vəfat etmiş, onun ölümündən sonra isə miras faktik olaraq valideynləri tərəfindən qəbul edilmişdir. Valideynlərdən qalmış miras əmlak isə birinci növbə vərəsə kimi İddiaçı tərəfindən faktik qəbul edilmişdir. Digər vərəsələr isə notarial qaydada ərizə verərək mirasdan imtina etmişlər. Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış mübahisə qanun üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mübahisədir və miras qoyanlar müvafiq olaraq 2000-ci ildən əvvəl və sonra vəfat etdiklərinə görə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, mübahisənin həllinə həm qüvvədən düşmüş, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Həmin normada təsbit edilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd olunmalıdır ki, vərəsəlik ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Həm əvvəlki həm də qüvvədə olan qanunvericilik mirasın qəbul olunmasının müddətini və qaydalarını müəyyənləşdirib. Miras qalmış mülkün qəbul edilməsi ilə bağlı məhkəmə bildirir ki, mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu norması vəsiyyət etmə hüququ ilə yanaşı,miras alma hüququna da təminat vermişdir. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsə olmaq hüququ, yəni subyektiv hüquq kimi vərəsəlik hüququ şəxsin mülki hüquq qabiliyyətinin tərkib hissəsidir. Belə ki, vərəsə olmaq hüququ maya bağlandığı andan əmələ gəlir, bu hüququn həyata keçirilməsi isə yalnız doğumdan sonra mümkündür (Mülki Məcəllənin 25.3-cü maddəsi). Vərəsəlik hüququ mülki hüququn ən böyük yarımsahələrindən olmaqla, özünəməxsus prinsiplərə malikdir. Vərəsəlik hüququnun prinsiplərinə universal hüquq varisliyi, vəsiyyət azadlığı, ailə-təminat, məcburi vərəsələrin hüquq və maraqlarının təmin olunması, vərəsəliyə çağrılan şəxslərin azad seçimi, miras qoyanın və vərəsələrin hüquq və maraqlarının, hüquq qaydalarının və mənəviyyatın mühafizəsi prinsiplərini aid etmək olar. Qeyd edilən prinsiplərin hər biri digər prinsipin təmin edilməsinə yönəlir və qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hədlərdə müəyyən maraqlar nəzərə alınmaqla məhdudlaşdırıla bilər. İlk növbədə məhkəmə X45dan qalmış mirasın qəbulu ilə bağlı diqqət çatdırır ki, xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş xx.xx.1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinə görə vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş e`lan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Həmin Məcəllənin 532-ci maddəsinə görə qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Həmin Məcəllənin 552-ci maddəsinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Məhkəmə qeyd edir ki, vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. Çünki istər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilər ki, o, mirası qəbul etmiş olsun. İşin bu anında məhkəmə diqqətin Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə yönəldilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli Qərarında göstərmişdir ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Bu baxımdan işin halları araşdırılarkən müəyyən edilir ki, X45dan qalmış miras əmlak onun valideynləri tərəfindən faktik olaraq qəbul edilmişdir. Onun arvadı cavabdeh olan Cavabdeh1 münasibətdə məhkəmə qeyd edir ki, sonuncu tərəfindən miras əmlak faktik olaraq qəbul edilməmişdir. Eyni zamanda miras əmlak onun tərəfindən notariat kontoruna ərizə verilməklə də qəbul edilməmişdir. İş materiallarında belə bir sübut yoxdur. Həmçinin onun özü azyaşlı uşağı ilə birlikdə mərhum ərinin ölümündən sonra daimi yaşamaq üçün valideynlərinin yanına, sonradan isə Bakı şəhərinə köçdüyünü bildirmişdir. Orada isə ikinci dəfə ailə həyatı qurmuşdur. Cavabdeh iddia ərizəsinə etirazında qanuni qüvvəsini almış məhkəmə qərarları ilə bağlı dəlilinə münasibətdə məhkəmə göstərir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsində təsbit edilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin məhkəmə aktlarında nəzərə yetirilən zaman müəyyən edilmişdir ki, qeyd olunan qərarlarda ümumiyyətlə mirasın qəbulu ilə bağlı məsələyə toxunulmamışdır. Ona görə də həmin qərarlar üzrə cavabdehin mərhum ərindən qalmış mirası qəbul etməsinin müəyyən edilməsi barədə dəlilləri qəbul edilən deyildir. Mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən həmçinin nəzərə alınmalıdır ki, mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsinvərəsənin-iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığı tələb etmir. Həmçinin mirasın qəbul edilməsi könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən xx.xx.2014-cü il tarixli Qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsələr mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıqaşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə sadalanan hallara görə hesab edir ki, X45dan qalmış miras birinci növbə vərəsələri kimi yalnız onun valideynləri tərəfindən faktik olaraq qəbul edilmişdir. X46 və Yavər Hüseynovadan qalmış miras əmlakın qəbulu ilə bağlı göstərilməlidir ki, vərəsəlik hüququnun özəyini təşkil edən miras əmlak şəxsin ölümündən sonra hüquq varisliyi qaydasında vərəsələrə keçən əmlak və şəxsi qeyri-əmlak hüquqlarını ehtiva edir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras qoyana sağlığında məxsus olan bütün hüquq və vəzifələr deyil, yalnız hüquqi təbiətinə görə başqasına verilə bilən hüquq və vəzifələr vərəsəlik qaydasında keçmək qabiliyyətinə malikdir. Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü müəyyən etmişdir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanun üzrə vərəsə sayılan şəxslərin dairəsi və onların vərəsəliyə çağırılması növbəliliyi Mülki Məcəllənin 1159-cu maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə beş növbə vərəsəlik nəzərdə tutulmuşdur. Məcəllənin 1159.1.1-ci maddəsinə müvafiq olaraq, birinci növbədə olan vərəsələrə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) aiddir. Qanunverici bu cür növbəliliyi müəyyən edərkən vərəsə olan şəxslərin qohumluq dərəcəsini nəzərə almışdır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr qanunvericiliklə müəyyən edilmiş qaydada miras əmlakdan bərabər pay almaq hüququna malikdirlər. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qanun üzrə vərəsəlik halında vərəsəliyin şərtləri və qaydası miras qoyan tərəfindən dəyişdirilə bilməz. Mülki Məcəllənin 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. İş materialları ilə müəyyən edilir ki, X46 və Yavər Hüseynovadan qalmış miras əmlak yalnız onların birinci növbə vərəsəsi olan İddiaçı tərəfindən faktik olaraq qəbul edilmişdir. İşin bu halı iş materialları ilə tam təsdiqin tapmışdır. Həmçinin digər vərəsələr notarial qaydada ərizə verərək miras əmlakdan imtina etmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 98-ci bəndində qeyd olunmuşdur ki, Mirasın qəbul edilməsi, ondan imtina olunması və ya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi haqqında ərizələr yazılı formada olmalıdır. Bu ərizələrdə vərəsənin imzasının həqiqiliyi notariat hərəkətləri aparan orqan tərəfindən təsdiq edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı mərhum valideynlərindən qalmış mirası qəbul etməsi faktının da müəyyən edilməsi qanuni və əsaslı olar. Tələbin miras mülkə mülkiyyət hüququnun tanınması və miras mülkün mərhum valideynlərinə məxsus olmasının təsdiq edilməsi ilə bağlı məhkəmə göstərir ki, Mülki Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Yəni X45dan qalan mirasın onun mərhum valideynləri tərəfindən, onlardan qalmış mirasın isə İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edildiyindən və bu hal artıq mirasın vərəsənin mülkiyyəti hesab edildiyindən göstərilən hissələr üzrə tələbin tanınmasına zərurət yoxdur. Çünki mövcud qətnamə əsasında vərəsə notariat kontorundan vərəsəlik hüququ haqqında şəhadətnamə, həmin şəhadətnamə əsasında isə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış ala bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 95-ci bəndinə əsasən mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka dair mirası qəbul etmiş fiziki və hüquqi şəxslərə, habelə dövlətə vərəsəlik şəhadətnaməsi verir. Həmin Təlimatın 99-cu bəndinə görə Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutlardan biridir. Mülki Məcəllənin 139-1.1.3-cü maddəsində qeyd olunmuşdur ki, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, ünvan 1 ünvanda yerləşən X45dan qalmış mirasın X6 və anası X8 tərəfindən qəbul edilməsi faktı, onlardan qalmış həmin mirasın isə İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. ünvan 1 ünvanda yerləşən mərhum X14 qalmış mirasın X6 və anası X8 tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. X4 və mərhum X2 qalmış ünvan 1 ünvanda yerləşən mirasın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar