Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1822/2025 28.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 ona məxsus Tovuz rayonu Bozalqanlı kəndində yerləşən mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Tovuz rayonu Bozalqanlı kəndində yerləşən ev mülkiyyət hüququ əsasında ona məxsusdur. Ona məxsus olması 30 aprel 1987-ci il tarixli 1033 nömrəli qeydiyyat vəsiqəsi ilə təsdiq olunur. Cavabdeh2 1980-ci ildə anadan olub. Cavabdeh onun qızıdır. O, 1997-ci ildə evlənib və hal-hazırda ailəsi ilə birgə Bakı şəhəri Yeni Suraxanıda yaşayır. Cavabdeh1 onun nəvəsidir. Cavabdehlər onun mülkiyyətində olan evdən daimi başqa yerdə yaşamaq məqsədi ilə çıxmışlar və bir daha mübahisə olunan evdə yaşamamışlar. Onların özlərinə məxsus evləri var və həmin evdə yaşayırlar. O, bir neçə dəfə cavabdehlərdən tələb etsə də, onlar qeydiyyatdan çıxmırlar. Cavabdehlərin onun evində istifadə hüququ var. Onun qızının və nəvəsinin evdə istifadə hüququnun olması onun fərdi yaşayış evində olan sərəncam hüququnu pozur. O hesab edir ki, cavabdehlər 20 ildən artıqdır ki, daimi olaraq başqa yerdə yaşadıqlarından evdə istifadə hüququna kompensasiya verilmədən xitam verilməlidir. Odur ki, məhkəməyə müraciət etmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: İş materiallarında olan Azərbaycan Respublikası DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Cavabdeh2 və Cavabdeh1 Tovuz rayonu Bozalqanlı kəndində yerləşən İddiaçı mülkiyyətində olan evdə qeydiyyatdadırlar. 30 aprel 1987-ci il tarixli 1033 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Tovuz rayonu Bozalqanlı kəndində yerləşən ev xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Lakin həmin bu halı təsdiq edən sübutlar ərizəyə əlavə edilmədiyindən məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi (vəkili) X3 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. HÜQUQİMƏSƏLƏLƏR Məhkəmə iddia ərizəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, məhkəmə Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenum Qərarına istinadən qeyd edir ki, Mənzil Məcəlləsinin sözügedən maddəsinə əsasən, həmçinin Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarından göründüyü kimi, yaşayış sahəsinə istifadə hüququna yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri: əri (arvadı); valideynləri və övladları; bundan başqa, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəsilinin müvafiq müddəalarına uyğun olaraq, yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər (nənə(baba)-nəvə; bacı-qardaş və s.) malikdirlər. Göründüyü kimi cavabdeh mülkiyyətçiyə münasibətdə yuxarıda təsbit edilmiş ailə üzvləri sırasına daxildir. Konstitusiya Məhkəməsinin Plenumu özünün N.S.Cəbrayılovanın şikayəti üzrə çıxardığı 02 dekabr 2010-cu il tarixli qərarında da göstərmişdir ki, “mülkiyyətçinin razılığı” müddəasına verilmiş şərh MM-in 228.5-ci maddəsinə bütövlükdə deyil, həmin maddənin yalnız “digər ailə üzvlərinin (ərinin, arvadının) köçürülməsinə mülkiyyətçinin razılığı ilə yol verilir” müddəasına aiddir və mülkiyyətçinin özünün ailə üzvlərinə şamil olunmur. Məhkəmə hesab edir ki, hazırkı işdə cavabdehlərin mübahisəli evdə qeydiyyatda olması, onların həmin evə yaşayış və istifadə hüquqlarına malik olmasını özündə ehtiva edir. Belə ki, iddiaçı özü iddia ərizəsində qeyd etmişdir ki, cavabdehlərin ona məxsus evdə istifadə hüquqları mövcuddur. Belə olduğu halda iddiaçı özü sübut etməlidir ki, cavabdehlər istifadə hüququnu itirmişlər. İddiaçı qızı və nəvəsi olan Elnarə və Türkanın evdən istifadə hüquqlarına xitam verilməsini tələb etməklə, onların həmin evdə yaşamamaqlarını bildirsə də, iş materialları ilə bu hal öz təsdiqini tapmır. Belə ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında cavabdehlərin əvvəllər onun evində yaşamasını, daha sonra isə onun evindən çıxaraq başqa yerdə yaşamağa başlamasını bildirsə də, o bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmənin ilk iclaslarında iştirak edən iddiaçıya prosessual hüquq normaları təkrarən izah edilməklə, ona cavabdehlərin mübahisəli evdən istifadə hüquqlarının olmadığını təsdiq edən sübutların təqdim edilməsi təklif edilmiş, iddiaçı şahidlərinin olduğunu bildirsə də, o şahidlərə məhkəməyə gəlməklərini söyləyə bilməyəcəyini bildirmişdir. Eyni zamanda məhkəmənin növbəti iclaslarında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) də mübahisə ilə bağlı hər hansı sübutlar məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia və qarşılıqlı iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər X2 və Cavabdeh1 qarşı mülki iş üzrə Tovuz rayonu Bozalqanlı kəndində yerləşən iddiaçıya məxsus evdən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 istifadə hüquqlarına xitam verilməsi tələbinə dair İddiaçı iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1822/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1822/2025
28.07.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver