Məhkəmə qərarları › İş №2(062)-1833/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1833/2023

19.09.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1833/2023 19.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, iddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı X6 Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək onun cavabdehin istifadəsində olan Tovuz rayonu, Sarıtala kəndində 0,25 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 64 kv.m., o cümlədən yaşayış sahəsi 60 kv.m., abadlaşdırılmış sahəsi 48 kv.m. olan fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.1997-ci il tarixində rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş, birgə nikahlarından xx.xx.1997-ci il təvəllüdlü Gülnar və xx.xx.1999-cu il təvəllüdlü Elmar adlı uşaqları doğulmuşdur. Gəlin köçən zaman mərhum qaynatası X5 məxsus ünvan 1ində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, orada yaşamış, uşaqları da orada doğulmuşdur. Həmin fərdi yaşayış evi mərhum qaynatası X5 məxsusdur. Fərdi yaşayış evi barədə xx.xx.2022-ci il tarixli arxiv arayışı da mövcuddur. X7 vəfat etdikdən sonra həmin evdə həyat yoldaşı, o və uşaqları yaşamışlar. Hazırda həyat yoldaşı Cavabdeh ilə ayrılmış və faktik ayrı yaşayırlar. Bu barədə Tovuz Rayon Məhkəməsinin qətnaməsi də mövcuddur. Hazırda yaşayış evi yoxdur və kirayədə yaşayır. Ona görə də cavabdehin istifadəsində olan ünvan 1ində yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Hətta bununla bağlı mediasiya şurasına da müraciət etmiş, lakın razılıq əldə edilməmişdir. Hesab edir ki, qaynatasına məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməli və onun həmin evdə yaşayış hüququ təmin olunmalıdır. Bundan əlavə onu da qeyd edir ki, ona məxsus olan 0,12 ha torpaq sahəsi X2 məxsus torpaq sahəsinin daxilində yerləşir. Bu günki gün onu da tələb edir və orada yaşayan zaman həmin torpaq sahəsindən istifadə edəcəkdir. Həmçinin ona məxsus torpaq sahəsini 20 ildən çoxdur ki, istifadə edirlər. Tələbi odur ki, həmin fərdi yaşayış evinə köçürülsün və orada həmin torpaq sahəsindən istifadə etsin. Ona görə də hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı X6 iddia tələbinin dəlillərini müdafiə etdi və əlavə olaraq ərizə təqdim edərək göstərdi ki, köçmək istədiyi mübahisəli fərdi yaşayış evindən 1998-ci ildə çıxmışdır. Hazırki vaxta kimi də Gəncə şəhərində müxtəlif ünvanlarda kirayədə yaşamışdır. Maddi imkanı olmadığı üçün evə köçmək istəyir. Ona məxsus hər hansı cehiz əşyası belə həmin evdə yoxdur. Bununla belə evə müəyyən vaxtlarda gedib gəlmişdir. Lakin təsərrüfatı birgə idarə etmələri barədə hər hansı sübutu yoxdur. Mübahisəli evdə qaynı və qaynanası yaşayır. Keçmiş əri də orada yaşamış, lakin hazırda harada olmasından xəbəri yoxdur. Onun əsas məqsədi evə köçməklə ona məxsus olan 0,12 ha torpaq sahəsindən istifadə etməkdir. Çünki həmin torpaq sahəsi uzun illərdir ki, qaynının ailəsi tərəfindən becərilir. Düşünür ki, evə köçürülsə torpaq sahəsi üzərində də istifadəsi mümkün olacaqdır. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Tovuz rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 176 nömrəli arayışdan görünür ki, Sarıtala kənd İcra Nümayəndəliyinin dövlət arxivində saxlanılan 1996-2000-ci il tarixli 01 saylı təsərrüfatbaşına kitabın 57-ci şəxsi hesabında təsərrüfat X3 adına olmaqla onun adına 0.25 ha torpaq sahəsi və sahəsi 64 kv. metr, o cümlədən yaşayış sahəsi 60 kv.m., abadlaşdırılmış sahəsi 48 kv.m. olan yaşayış evi qeydə alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X3 adına keçmiş DTİ və MHQİ tərəfindən Tovuz rayonu, Sarıtala kəndində yerləşən fərdi yaşayış evinə dair texniki pasport tərtib edilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə X6 arasında Tovuz rayon Sarıtala kənd icra nümayəndəliyində xx.xx.1997-ci il tarixdə 14 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri evə köçürülmə ilə bağlı yaranmış mübahisədir və aşağıdakı hüquq normaları əsasında təhlil olunmalıdır. Başlanğıc olaraq göstərilir ki, mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının və ya yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə iddiaçının mübahisəli yaşayış sahəsinə 1997-ci ildən köçdüyünü nəzərə alaraq hesab edir ki, bu halda iddia tələbi 08 iyul 1982-ci il tarixli Qanunla təsdiq edilmiş və 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına əsasən həll olunmalıdır. Belə ki, xx.xx.2009-cu ildək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin şərh olunması haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərarında qeyd edilir ki, mənzil qanunvericiliyinə əsasən, tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbi araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. İş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçı Əzizə Həsənova Cavabdeh ilə nikahlarını Tovuz rayon Sarıtala kənd icra nümayəndəliyində xx.xx.1997-ci il tarixdə 14 nömrə ilə qeydə aldırmaqla ailə qurmuş və mərhum qayınatası X5 məxsus təsərrüfatbaşına kitabın 57-ci şəxsi hesabında onun adına qeydə alınan 0.25 ha torpaq sahəsi və onun üzərində yerləşən sahəsi 64 kv. metr, o cümlədən yaşayış sahəsi 60 kv.m., abadlaşdırılmış sahəsi 48 kv.m. olan yaşayış evinə gəlin köçmüşdür. İddiaçı Əzizə Həsənova ailəsi ilə birlikdə 1998-ci ildə həmin fərdi yaşayış evindən daimi yaşamaq üçün çıxaraq Gəncə şəhərinə köçmüşdür. Hazırki vaxta kimi də orada müxtəlif ünvanlarda kirayədə yaşayır. Ona məxsus hər hansı cehiz əşyası belə hazırda həmin evdə yoxdur. İddiaçı həmin evdə yaşayan şəxslər ilə hər hansı birgə təsərrüfatı idarə etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, göstərilənlər iddiaçının müvəqqəti başqa yerə getməsi kimi deyil, onun daimi yaşamaq üçün mübahisəli fərdi yaşayış evindən getməsi kimi qiymətləndirilməlidir. Ona görə də onun fərdi yaşayış evi üzrə hər hansı istifadə hüququ yaranmamışdır. Çünki iddiaçı mübahisəli fərdi yaşayış evindən fasiləsiz istifadə etməmiş, ümumi təsərrüfat aparmamış və fərdi yaşayış evində mütəmadi olaraq daimi yaşayış yeri kimi yaşamamışdır. Göstərilənlərin əksi isə iddiaçı tərəfindən sübuta yetirilərək təkzib edilməmişdir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1 və 76.2-ci maddələri). Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sadalanan normaları sistemli şəkildə təhlil edib, iş materialları baxımından hüquqi qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Konstitusiya Məhkəməsi Plenumunun“N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”xx.xx.2006-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Bundan başqa iddia ərizəsinin verilməsi üçün büdcəyə ödənilmiş dövlət rüsumu Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı X1 Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçı X4 aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar