Məhkəmə qərarları › İş №2(062)-1845/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1845/2024

02.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1845/2024 02.09.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «doğumun qeyd edilmə faktının təsdiq olunması» barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Ərizəçi Maraqlı şəxsnə qarşı «doğumun qeyd edilmə faktının təsdiq olunması» barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2012-ci ildə vəfat etmiş X8 xx.xx.1937-ci il tarixdə Tovuz rayonu, Əsrik Cırdaxan kəndində doğulması faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamə verilərkən atasının X19, anasının isə X1 qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1950-ci ildə X21 ilə X6 birgə nikahlarından doğulmuşdur. Anasının bacısı yəni onun xalası X20 onlarla bir təsərrüfatda yaşamış və xx.xx.2012-ci ildə vəfat etmişdir. Dəfn mərasimini onlar təşkil etmişlər. X7mış miras əmlaka dair onun adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün notariat ofisinə müraciət etmişdir. Lakin mərhum xalasının doğum akt qeydi tapılmadığı üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Daha sonra Ərizəçi məhkəməyə dəqiqləşmə barədə ərizə təqdim edərək xx.xx.2012ci il tarixdə vəfat etmiş X8 XX.XX.1933-cü ildə Tovuz rayonu, Əsrik Cırdaxan kəndində doğulması faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamə verilərkən atasının X19, anasının X1 qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, mərhum xalası ailə qursa da qısa zamanda nikahı pozulmuş və uşaqları doğulmamışdır. Ölən bir günə kimi onlarla birlikdə yaşamışdır. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxsin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Doğum haqqında ИE 448740 saylı şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1950-ci ildə doğulmuşdur. X5 anası isə X9r. Evlənmək haqqında A3 090900 saylı şəhadətnamənin surətindən görünür ki, X13 ilə X12 nikahlarını xx.xx.1969-cu il tarixdə rəsmi qeyd etdirməklə ailə qurmuş, nikahdan sonra arvada «Qurbanova» soyadı verilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Şəmkir filialının verdiyi xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Tovuz rayonunun sabiq Əsrik-Cırdaxan kəndi X11 İcraiyyə Komitəsinin 1940-1942-ci illərə dair təsərrüfatbaşına kitabında 56 nömrəli təsərrüfatda X14 təsərrüfatı və ailə üzvüləri qeyd olunmuşdur. Ailə üzvüləri arvadı 1888-ci il təvəllüdlü Mamedova Simza, oğlu 1910-cu il təvəllüdlü Mamedov Ələsgər, oğlu 1925-ci il təvəllüdlü Mamedov Şəmşət, oğlu 1925-ci il təvəllüdlü Mamedov Heydar, oğlu 1926-cı il təvəllüdlü Mamedov Mirkələm, qızı 1928-ci il təvəllüdlü Mamedova Zümrüt, qızı 1930-cu il təvəllüdlü Mamedova Ziniyət, qızı 1933-cü il təvəllüdlü Mamedova Şanba, oğlu 1937-ci il təvəllüdlü Səməd və oğlu 1942-ci il təvəllüdlü Mamedov Kəməddən ibarətdir. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2012-ci ildə vəfat etmiş X20 xx.xx.1972-ci ildə X16 ilə nikaha daxil olmuşdur. Onların nikahları xx.xx.1975-ci ildə pozulmuşdur. Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X8 övladları barədə məlumat aşkar edilməmişdir. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 326 saylı arayışdan görünür ki, X17 xx.xx.2014-cü ildə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında 140 nömrə ilə qeydiyyat aparılmışdır. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 327 saylı arayışdan görünür ki, X20 xx.xx.2022-ci ildə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında 40 nömrə ilə qeydiyyat aparılmışdır. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 82 nömrəli arayışdan görünür ki, XX.XX.1937-ci il tarixdə Tovuz rayonu, Əsrik Cırdaxan kəndində doğulmuş X20 barəsində doğum haqqında akt qeydi elektron axtarış sistemində yoxlanılmış, lakin aşkar edilmədiyi üçün doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizənin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, hazırda ərizəçinin xahişi Mülki Prosessual Məcəllənin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsindən bəhs edən 31-ci fəslində əksin tapmış doğumun qeyd edilmə faktının təsdiq olunmasından ibarətdir. Ona görə də işin hallarına həmin Fəslin müddəaları əsasında, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 nömrəli Qərarında olan hüquqi mövqeyə uyğun qiymət verilməlidir. Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Nəzərə alınmalıdır ki, qanunvericilikdə hüquqi faktların müəyyən olunması üzrə icraatın bir sıra xüsusiyyətləri müəyyən olunmuşdur. Bununla bağlı Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 310.1-ci maddəsinin tələbinə görə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 nömrəli Qərarının 1.2-ci bəndində təsbit edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.3-cü bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. İş materialları ilə müəyyən edilir ki, ərizəçinin mərhum xalası X8 doğum tarixi XX.XX.1933-cü il, doğum yeri Tovuz rayonu, Əsrik Cırdaxan kəndidir. Habelə, onun atası X19, anası isə X3r. İşin bu halları Azərbaycan Respublikası Dövlət Arxivinin Şəmkir filialının verdiyi xx.xx.2024-cü il tarixli məktubu ilə təsdiqin tapır. Həmin məktub əsasında təsdiqin tapmışdır ki, Tovuz rayonunun Əsrik-Cırdaxan kəndi X11 İcraiyyə Komitəsinin 1940-1942-ci illər üzrə təsərrüfatbaşına kitabında 56 nömrəli təsərrüfatda X14 təsərrüfatı və ailə üzvüləri qeyd olunmuşdur. Təsərrüfatda 1933-cü il təvəllüdlü Mamedova Şanba onun qızı kimi göstərilmişdir. Bundan başqa X14 təsərrüfatında oğlu kimi göstərilmiş Nemət Məmmədov və Mirqələm Məmmədova məxsus doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, onların atası X19, anası X3r. Göründüyü kimi X8 X19 ilə X2 birgə yaşayışlarından XX.XX.1933-cü ildə doğulması iş materialları ilə təsdiqin tapır. Buna baxmayaraq Maraqlı şəxs tərəfindən verilən xx.xx.2024-cü il imtina rəyində X8 barəsində doğum haqqında akt qeydinin elektron axtarış sistemində yoxlanılması, lakin aşkar edilməməsi göstərilmişdir. Nəticədə isə ona doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Bu isə ərizəçinin vərəsəlik hüququnu həyata keçirməyə imkan vermir. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 nömrəli Qərarının 4 və 4.1-ci bəndləri). Göründüyü kimi ərizəçi mərhum xalasının doğum faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir, habelə ona bu sənədin alınmaması vərəsəlik hüquqlarını həyata keçirməyə imkan vermir. Məhkəmə hesab edir ki, bu hallar ərizəçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizəsini təmin etməyə əsas verir. Çünki ərizəçinin nail olmaq istədiyi məqsədə çatmaq üçün məhkəmədən kənar başqa yolu yoxdur. Nəzərə almaq lazımdır ki, Аilə Məcəlləsinin 158.1-ci mаddəsinə əsаsən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci mаddəsinə əsаsən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi Maraqlı şəxsnə qarşı «doğumun qeyd edilmə faktının təsdiq olunması» barədə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin olunsun. xx.xx.2012-ci il tarixdə vəfat etmiş X8 XX.XX.1933-cü il tarixdə Tovuz rayonu, Əsrik Cırdaxan kəndində X19 ilə X2 birgə yaşayışlarından doğulmasına dair dоğum аkt qeydlərinin aparılması faktı müəyyən edilsin. xx.xx.2012-ci il tarixdə vəfat etmiş X15 məxsus doğum akt qeydi aparılarkən ata qrafasında atası X19, ana qrafasında anası X4 qeyd olunsun. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar