Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1849/2023 18.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Tovuz regional “Asan Xidmət” mərkəzinin Notariat Ofisinə qarşı «qohumluq faktının müəyyən olunması» tələbinə dair ərizəsi üzrə mülki işə Tovuz şəhərində 18 sentyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəmədə maraqlı şəxs Tovuz rayon Notariat Ofisinə qarşı ərizə ilə müraciət edərək X1 və mərhum X9 ilə qohumluq münasibətində olması, yəni onların bacı-qardaş olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi1 iddianı müdafiə edərək izahatında göstərdi ki, mərhum X9 onun atası, X1 onun bibisidir. Mərhum atası 1942-ci ildə, bibisi isə 1945-ci ildə anadan olmuşlar. X16 07 fevral 2007-ci ildə, bibisi Yasəmən Nağıyeva isə 17 mart 2002-ci ildə vəfat etmiş və Tovuz rayonu Aşağı Quşçu kəndində dəfn olunmuşlar. Digər Ərizəçi2 da bibisi qızıdır, yəni mərhum bibisi Yasəmən Nağıyevanın qızıdır. Mərhum bibisinə məxsus torpaq sahəsi məhkəmənin qətnaməsinə əsasən, vərəsəlik qaydasında Ərizəçi2 və digər vərəsələrə keçmişdir. Hazırda pay torpaq sahəsini bibisi qızı ona bağışlamaq istəyir və qohumluq faktını təsdiq edən sənəd olmadığından bu mümkün olmamışdır. Odur ki, mərhum X9 ilə X6 qardaş bacı olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edir. Ərizəçi2 məhkəmə iclasında Ərizəçi1 ilə eyni xüsusatda izahat verdi. Məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxs Tovuz rayon Notariat Ofisinə rəsmi məhkəmə bildirişi göndərilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. X4 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Ərizəçi1 ilə qonşudurlar. X8 və X9 bacı qardaş olmuşlar. Ərizəçilər bibiqızı dayıoğludur. X5 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, ərizəçi ilə qonşudurlar. X1 ilə mərhum X9 bacı qardaş olmuşdur. X3 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Ərizəçi1 anasıdır. Məhəmməd Quliyev 1942-ci ildə anadan olmuşdur. Məhəmməd və Yasəmən Həsən və Zəhranın övladlarıdırlar. Məhkəmə ərizəçilərin izahatını, şahidlərin ifadələrini dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, ərizə qanuni və əsaslıdır və aşağıdakı əsaslara əsasən təmin edilməlidir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamədən görünür ki, X8 17 mart 2002-ci ildə vəfat etmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamədən görünür ki, X9 07 fevral 2007-ci ildə vəfat etmişdir. İşə əlavə olunmuş X2 Reyestri Xidmətinin 18 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 1942-ci il təvəllüdlü X7 və 1945-ci il təvəllüdlü X6 doğumu haqqında məlumat aşkar edilməmişdir. İşə əlavə olunmuş Gəncə şəhər Qeydiyyat Şöbəsinin 25 avqust 2023-cü il tarixli məktubundan görünür ki, 23 iyun 1942-ci il təvəllüdlü X9 barəsində doğum haqqında akt qeydinin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. İşə əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialının 29 avqust 2023-cü il tarixli məktubundan görünür ki, 23 iyun 1942-ci il təvəllüdlü X9 barəsində doğum haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, X1 Ərizəçi2 anası və X9 isə Ərizəçi1 atasıdır. Məhəmməd Quliyev 07 fevral 2007-ci ildə, Yasəmən Nağıyeva isə 17 mart 2002ci ildə vəfat etmişdir. Ərizəçilər miras qalmış torpaq sahəsinin bağışlanması barədə notarial qaydada müqavilə bağlanması üçün müraciət etdikdə, onların qohum olmasını təsdiq edən heç bir hüquqi sənəd aşkarlanmamışdır. Ona görə də X1 və X7 qohumluq münasibətində olması, yəni bacı-qardaş olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2 maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üçün toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 17 mart 2002-ci il tarixdə ölmüş X1 ilə 07 fevral 2007-ci il tarixdə ölmüş mərhum X7 qohumluq münasibətində olması, yəni bacı qardaş olması faktı müəyyən olunsun. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-1849/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1849/2023
18.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver