Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-186/2025 31.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi doğumun qeydə alınması faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək onun xx.xx.2006-cı ildə Tovuz rayonu Qovlar qəsəbəsində doğulmağı faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun anası Şahid ilə atası X5 arasında rəsmi nikah olmamış və o, xx.xx.2006-cı ildə Tovuz rayonu, Qovlar qəsəbəsində anadan olmuşdur, lakin doğumu ilə bağlı hər hansı bir sənədləşmə işləri aparılmadığından ona doğum haqqında şəhadətnamə verilməmişdir. Ərizəçi doğum şəhadətnaməsinin verilməsi üçün maraqlı Maraqlı şəxs1nə müraciət etsə də, doğum haqqında aktın qeydi elektron axtarış sistemində aşkar olunmadığından həmin müraciət əsasında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş üzrə Maraqlı şəxs1nə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Şahid qismində dindirilən Şahid məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, ərizəçi onun qızıdır və ev şəraitində doğulmuşdur. Gültac onun rəsmi nikahda olduğu Əliağa adlı şəxsdən yox, Əfqan adlı şəxsdən doğulmuşdur. Gültacın doğulması zaman qonşuları olan tibb bacısı Midvari kömək etmişdir. Şahid qismində dindirilən X3 məhkəmə iclasında verdiyi ifadəsində Şahid ifadəsini təsdiq etdi. Maraqlı şəxs1 xx.xx.2024-cu il tarixli imtina rəyindən görünür ki, ərizəçiyə doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Tovuz rayon İHBB-nın Qovlar şəhər İƏD-si üzrə nümayəndəliyin təsdiq etdiyi aktdan görünür ki, Ərizəçi ev şəraitində tibb bacısı X1 ilə doğulmuşdur. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Ərizəçi xx.xx.2006-cı ildə Tovuz rayonu, Qovlar qəsəbəsində ev şəraitində doğulmuşdur. Ərizəçinin atasının müəyyən edilməsi ilə bağlı məhkəmə hesab edir ki, ərizəçinin atası kimi göstərdiyi şəxs barəsində kifayət qədər məlumatların olmaması və həmin şəxs barəsində “Elektron Məhkəmə” informasıya sistemində göndərilən sorğuya əsasən həmin şəxsin aşkar edilməməsinə görə ərizəçinin atası qismində şəxsiyyəti qeyri-müəyyən olan X5 yox, iş materiallarından ərizəçinin anası olduğu öz təsdiqini tapan Şahid ilə rəsmi nikahda olan X4 tanınmalıdır. Ailə Məcəlləsinin 46.1-ci maddəsinə görə öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220 və 234 maddələrini rəhbər tutaraq məhkəmə , Q Ə T E T D İ: Ərizə təmin edilsin. Gültac Əli qızının xx.xx.2006-ci ildə Tovuz rayonu, Qovlar qəsəbəsində ev şəraitində doğulması faktı müəyyən edilsin. Doğum akt qeydi tərtib edilərkən Gültacın ata adı qrafasında ata-Maraqlı şəxs2(xxxxxxx), ana-Şahid qeydi aparılsın. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-186/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-186/2025
31.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver