Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-19/2023 24.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı prosessual hüquq varisi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair mülki işə Tovuz şəhərində 24 avqust 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq ona məxsus olan, reyestr nömrəsi **********20 olan çıxarışla ona məxsus 0,05 ha torpaq sahəsindən Cavabdeh çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci ildə ölmüşdür. Məhkəmənin 18 iyul 2022-ci il tarixli qərardadı ilə iş üzrə icraat İddiaçı prosessual hüquq varisi müəyyən edilənədək dayandırılmışdır. 09 aprel 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı hüquqi varisi X3r. Ona görə də mülki iş onun ərizəsinə əsasən, təzələnmişdir. Azərbaycan Respublikası MPM-nin 58-ci maddəsinə əsasən, məhkəmə İddiaçı onun prosessual hüquq varisi X4 ilə əvəz etmişdir. İddiaçı hüquqi varisi X4 məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı adına Tovuz rayonu Yuxarı Öysüzlü kəndində 0,05 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi reyestr nömrəsi **********20 olan çıxarışla xx.xx.2021ci il tarixində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin çıxarışda göstərilən torpaq sahəsini cavabdeh özbaşına istifadə edir. Həmin əraziyə daş-çınqıl tökmüşdür. Dəfələrlə Cavabdeh şifahi şəkildə həmin torpaq sahəsindən çıxmağını bildirmişdir, lakin cavabdeh torpaqdan çıxmamışdır. Odur ki, onlara məxsus olan, Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən 0,05 ha torpaq sahəsini qanunsuz olaraq tutub istifadə edən Cavabdeh həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının prosessual hüquq varisini dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara əsasən qismən təmin edilməlidir. Belə ki, surəti işə əlavə olunmuş reyestr nömrəsi **********20 olan çıxarışdan görünür ki, Tovuz rayonu Yuxarı Öysüzlü kənd ərazisində 0,05 ha torpaq sahəsi İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci ildə qeydiyyata alınmışdır. İşə əlavə olunmuş 10 iyun 2022-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh istifadəsi kimi təqdim olunan torpaq sahəsinin 402 kv.metrə qədər hissəsi İddiaçı adına **********20 reyestr nömrəli çıxarışla qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşür. İşə əlavə edilmiş 31 iyul 2023-cü il tarixli qərardaddan görünür ki, X1 Sadıq Tapdıq oğlunun prosessual hüquq varisi kimi əvəz edilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, iddiaçı Tovuz rayonu Yuxarı Öysüzlü kəndində 0,05 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsi reyestr nömrəsi **********20 olan çıxarışla xx.xx.2021-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. Ekspert rəyinə əsasən, Cavabdeh istifadəsi kimi təqdim olunan torpaq sahəsinin 402 kv.metrə qədər hissəsi İddiaçı adına **********20 reyestr nömrəli çıxarışla qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşür. Odur ki, İddiaçı Cavabdeh qarşı Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən torpaq sahəsinin 0,05 ha torpaq sahəsindən çıxarılması tələbi üst-üstə düşən 402 kv.metr hissədə təmin edilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci hissəsinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111-ci maddəsinin 3-cü hissəsinə əsasən, torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işdə olan sənədlərin məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh istifadəsində olan torpaq sahəsinin 402 kv metr hissəsi, **********20 reyestr nömrəli çıxarışla İddiaçı adına qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşür. İddianın həmin hissəsi qanuni və əsaslı olduğundan təmin olunmalıdır. Ekspertiza məhkəmənin təşəbbüsü ilə təyin edildiyindən həmin xərc tərəflərdən bərabər qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. İşdə olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 50 manat təşkil edir. Ona görə də tərəflərin hər birindən 25 manat ekspertiza xərci alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 234 –cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh reyestr nömrəsi **********20 olan çıxarışla İddiaçı adına qeyd edilmiş 0,05 ha torpaq sahəsinin 402 kv metr hissəsindən çıxarılsın. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh və X2 hər birindən 25 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-19/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-19/2023
24.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver