Məhkəmə qərarları › İş №2(062)-191/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-191/2025

16.01.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-191/2025 16.01.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh2 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evə köçürülmə tələbinə dair mülki işə 16 yanvar 2025-ci il tarixdə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəmədə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia qaldıraraq Tovuz rayonu Çobansıxnaq kəndində yerləşən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 yaşadığı fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 iddianı müdafiə edərək məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Cavabdeh2 ilə 2002-ci ildə el adəti qaydasında evlənmiş, nikahlarını 2003-cü ildə qeyd etdirmişlər. Birgə nikahlarından 3 nəfər uşaqları olmuşdur. Uşaqlardan ikisi, digər iddiaçılar yetkinlik yaşına çatmışdır. xx.xx.2009-cu il təvəllüdlü Zəhra adlı uşaq yetkinlik yaşına çatmamışdır. Evləndikləri gündən Tovuz rayonu Çobansıxnaq kəndində yerləşən, cavabdehlərin yaşadığı fərdi yaşayış evinə gəlin köçmüşdür. Uşaqlarının hər üçü həmin evdə doğulmuş, orada yaşayıb, böyümüşlər. Cavabdeh2 ilə evləndikdən sonra münasibətləri normal olmuş, sonradan münasibətləri pisləşməyə başlamışdır. Başqa yerdə evi və torpaq sahəsi yoxdur. Ona məxsus cehiz əşyaları da hazırda göstərilən evdədir. Odur ki, Tovuz rayonu Çobansıxnaq kəndində yerləşən cavabdehə məxsus fərdi yaşayış evinə köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş edir. X1 onun evdə yaşamasına etiraz etmədiyinə görə onu cavabdeh kimi ərizəsində göstərməmişdir və cavabdeh kimi cəlb olunmasını istəmir. Digər iddiaçılar İddiaçı2 və İddiaçı3 da məhkəmə iclasında İddiaçı1 ilə eyni xüsusatda izahat verdilər. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul edərək izahatında göstərdi ki, İddiaçı1 ilə 2002-ci ildə el adəti qaydasında evlənmiş, nikahlarını 2003-cü ildə qeyd etdirmişlər. İddiaçı1 ilə birgə nikahlarından 3 nəfər uşaqları da həmin evdə anadan olmuşdur. Uşaqlardan ikisi, digər iddiaçılar yetkinlik yaşına çatmışdır. xx.xx.2009-cu il təvəllüdlü Zəhra adlı uşaq yetkinlik yaşına çatmamışdır. İddiaçı1 cehiz əçyaları da həmin evdədir. Atası da, o da iddiaçıların onların yaşadığı evə köçürülməsinə razıdırlar, lakin atası yaşlı və xəstə olduğuna görə məhkəmə iclasına gələ bilməmişdir. Ədalətli qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyərək işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia əsaslıdır, ona görə də aşağıdakılara əsasən təmin edilməlidir. İşə əlavə olunmuş nikah haqqında arayışdan görünür ki, tərəflər 04 noyabr 2003-cü ildə nikah qeyd etdirmişlər. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamə üzrə arayışdan məlum olur ki, Cavabdeh2 ilə İddiaçı1 birgə nikahlarından xx xxxx 2003-cü ildə Elmar, xx xxxx 2004-cü ildə Esmira və 10 oktyabr 2009-cu ildə Zəhra adlı uşaqları anadan olmuşdur. İşə əlavə olunmuş Tovuz rayonu Sarıtala kənd İƏD üzrə nümayəndəliyinin 299 saylı, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Tovuz rayonu Çobansıxnaq kəndində yerləşən mərhum X4 məxsus 100 kv metr olan yaşayış evində Cavabdeh2, İddiaçı1, İddiaçı3, İddiaçı2, X5, X7, Cavabdeh1, X8 qeydiyyatdadırlar. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı1 ilə Cavabdeh2 2002-ci ildə el adəti qaydasında evlənmiş, nikahlarını 04 noyabr 2003-cü ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx xxxx 2003-cü ildə Elmar, xx xxxx 2004-cü ildə Esmira və 10 oktyabr 2009-cu ildə Zəhra adlı uşaqları olmuşdur, uşaqlardan ikisi yetkinlik yaşına çatmışdır. Tərəflər evləndikdən sonra münasibətləri normal olmuş, sonradan münasibətləri pisləşməyə başlamışdır. Hal-hazırda mübahisəli evdə cavabdehlər yaşayır. İddiaçı1 cehiz əşyaları gəlin köçərkən mübahisəli evə yerləşdirilmiş və hazırda da həmin evdədir. Tovuz rayonu Sarıtala kənd İƏD üzrə nümayəndəliyinin 299 saylı, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Tovuz rayonu Çobansıxnaq kəndində yerləşən mərhum X4 məxsus 100 kv metr olan yaşayış evində Cavabdeh2, İddiaçı1, İddiaçı3, İddiaçı2, X5, X7, Cavabdeh1, X8 qeydiyyatdadırlar. Həmçinin xx.xx.2009-cu il təvəllüdlü Zəhra adlı uşaq azyaşlı olduğundan o yanında olduğu valideynlə birlikdə yaşamalıdır. Ona görə də Zəhra adlı uşaq anası İddiaçı1 ilə birlikdə mübahisəli evə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi, tərəflər arasında hüquq münasibətləri 2002-ci ildən yaranmışdır. Bu səbəbdən mövcud mübahisə ilə bağlı yaranan münasibətlərin həllinə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq olunmalıdır. Evə dair mülkiyyət hüququnu təsdiq edən sənəd qeydə alınmadığı üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinə əsasən, mübahisənin həlli mümkün deyil. Məhkəmə hesab edir ki, hazırda tərəflər arasında yaranan münasibətlərə 2002-ci ildə qüvvədə olmuş Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları tətbiq edilməlidir. Bu səbəbdən mövcud hüquq münasibətləri 2002-ci ildə yarandığından mübahisə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-54-cü maddələrinin normaları tətbiq olunmaqla həll edilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həmin Məcəllənin 53-cü maddəsində göstərilir ki, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Ona görə də iddiaçıların mübahisəli evə köçürülməsinə mane olan hal olmadığından onlar cavabdehlərin yaşadığı evə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsəasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üçün toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işdə olan sənədlərin məcmusuna və işin faktiki hallarına qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 və azyaşlı X2 rayonu Çobansıxnaq kəndində yerləşən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 yaşadığı, mərhum X3 adına olan fərdi yaşayış evinə köçürülməlidirlər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və azyaşlı X2 rayonu Çobansıxnaq kəndində yerləşən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 yaşadığı, mərhum X3 adına olan fərdi yaşayış evinə köçürülsünlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar