Məhkəmə qərarları › İş №2(062)-1968/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1968/2024

31.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1968/2024 31.07.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Tovuz regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı «qohumluq faktının müəyyən olunması» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəmədə maraqlı şəxs Tovuz rayon Regional “Asan Xidmət” Mərkəzinə qarşı ərizə ilə müraciət edərək xx.xx.1976-cı ildə vafat etmiş X18 ilə onun qohumluq münasibətində olma faktının, yəni X11 onun babası olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi iddianı müdafiə edərək izahatında göstərdi ki, o xx.xx.1975-ci ildə X8 ilə X12 birgə nikahlarından Tovuz Rayonu Əlibəyli kəndində anadan olmuşdur. X2 12 mart 2002- ci ildə, anası X19 isə xx.xx.2009-cu ildə vəfat etmişdir. X1 atası X18, anası isə X14r. X6 xx.xx.1976-cı ildə, nənəsi isə 03 iyul 1978-ci ildə vəfat etmişdir. X3 Tovuz Rayonu Əlibəyli kəndində fərdi yaşayış evi və torpaq sahəsi var. O onun ölümündən sonra mirası faktiki olaraq qəbul etmişdir. Babasının vərəsəsi atası olmuşdur. Atasının ölümündən sonra da babasından qalan mirası da atasından sonra faktiki olaraq idarə etmişdir. O babasından miras qalmış mülkə dair vərəsəlik hüququna dair şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxs notariat ofisinə rəsmi ərizə ilə müraciət etsə də onunla babasının qohumluq münasibətlərində olmasını təsdiq edən sənədlərdə uyğunsuzluq olduğundan vərəsəlik hüququna dair şəhadətnamə verilməsindən imtina edilmişdir. Onun soyadı Rəsulov, babasının soyadı Quluyevdir. Atasının soyadı da Rəsulovdur. Onun soyadı ilə babasının soyadında uyğunsuzluq var. X18 onun babasıdır. Odur ki, xx.xx.1976-cı ildə vafat etmiş X18 ilə onun qohumluq münasibətində olma faktının, yəni X11 onun babası olması olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxs Tovuz regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə rəsmi məhkəmə bildirişi göndərilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, ərizə qanuni və əsaslıdır və aşağıdakı əsaslara əsasən təmin edilməlidir. İşə əlavə olunmuş ölüm haqqında arayışdan görünür ki, X18 11 oktyabr 1976-ci ildə vəfat etmişdir. İşə əlavə olunmuş ölüm haqqında arayışdan görünür ki, X9 16 mart 2002-ci ildə vəfat etmişdir. İşə əlavə olunmuş ölüm haqqında arayışdan görünür ki, X20 01 yanvar 2009-cu ildə vəfat etmişdir. İşə əlavə olunmuş arayışdan görünür ki, X8 xx.xx.1948-ci ildə anadan olmuş və ata qrafasında X18 qeyd edilmişdir. İşə əlavə olunmuş arayışdan görünür ki, Ərizəçi xx.xx.1975-ci ildə anadan olmuş və ata qrafasında X8 qeyd edilmişdir. İşə əlavə olunmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1976-cı il tarixdə vəfat etmiş mərhum X10 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Ərizəçi mərhumla qohumluq münasibətlərini təsdiq edən sənədlərdə uyğunsuzluq vardır. İşə əlavə olunmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Əlibəyli kənd İcra nümayəndəliyinin Tovuz rayon Dövlət arxivində saxlanılan 1972-1974-ci il tarixli 02 saylı təsərrüfatbaşına kitabın 121 -ci şəxsi hesabında təsərrüfat X13 adına olmaqla təsərrüfatda 0.25 ha torpaq sahəsi vardır. 1956-cı ildə tikilmiş yaşayış evi yaşayış sahəsinin 48 kv. metr olması göstərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X29 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, ərizəçi ilə qohumluq münasibətləri vardır. Ərizəçi onun əmisinin nəvəsidir. Cahangir xəstə olduğundan vəfat etmiş, kəndlərində dəfn edilmişdir. Ərizəçi mərhum X11 doğma nəvəsidir. X4 İsfəndiyar Cahangir oğlunun doğma atasıdır. Quluyev Cahangir 1976-cı ildə vəfat etmişdir. Mehman hazırda Cahangirin evində yaşayır . Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Ərizəçi ilə qonşudurlar. Cahangirin bir oğlu və bir qızı vardır. Hər ikisi vəfat etmişdir. Cahangir Əlibəyli kənd qəbirisanlığında dəfn olunub. Rəsulov X7 doğma nəvəsidir. Hal-hazırda Cahangirin evində Mehman yaşayır. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, mərhum X18 Ərizəçi babasıdır. X18 11 oktyabr 1976-ci ildə, X8 isə 16 mart 2002-cü ildə vəfat etmişdir. Ərizəçiyə bu fakt babasından qalmış mirası qəbul etmək üçün lazımdır. Onun ərizəçidən əvvəlki növbə vərəsələri mövcud deyildir. Ona görə də mərhum X11 Ərizəçi ilə qohumluq münasibətində olması, yəni doğma babası olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2 maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üçün toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 11 oktyabr 1976-ci il tarixdə ölmüş mərhum X18 ilə xx.xx.1975-ci il tarixdə anadan olmuş Ərizəçi qohumluq münasibətində olması, yəni baba və nəvə kimi qohumluq münasibətində olması faktı müəyyən olunsun. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar