Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1992/2025 24.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Tovuz regional “ASAN xidmət” Mərkəzindəki Notariat ofisi göstərilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi Ərizəçi maraqlı şəxs Tovuz regional “ASAN xidmət” Mərkəzində Notariat ofisi maraqlı şəxs qismində cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən xx.xx.1997-ci ildə vəfat etmiş X7 onun qardaşı olması – qohumluq münasibətində olma faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, mərhum X13 onun doğma qardaşı olmuşdur. X2 14 dekabr 1997-ci ildə vəfat edib. Qardaşı İsaqın ölümündən sonra ondan miras qalmış Tovuz rayonu Əhmədabad kəndində yerləşən 0,0925 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 73,80 kv.m olan fərdi yaşayış evindən ibarət mirası faktiki olaraq o, qəbul edib idarə etmişdir. Hazırda mərhum X2ndan miras qalmış Tovuz rayonu Əhmədabad kəndində yerləşən 0,0925 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 73,80 kv.m olan fərdi yaşayış evindən ibarət mirasa dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün maraqlı şəxsə müraciət etsə də, orada mərhum qardaşı ilə qohumluq münasibətində olmaq barədə sənəd təqdim edə bilmədiyinə görə məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. Belə ki, mərhum X2nun doğum haqqında şəhadətnaməsi olmayıb. Hazırda doğma qardaş olmaqları ilə bağlı da sənəd yoxdur. Ona görə də 14 dekabr 1997-ci ildə vəfat etmiş X7 onunla qohumluq münasibətində olma faktı müəyyən edilməlidir. Tərəflərin izahatları Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş maraqlı şəxs Tovuz regional “ASAN xidmət” Mərkəzində Notariat ofisi məhkəməyə ərizə ünvanlayaraq mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.2024-cü il tarixli Tovuz Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətinə əsasən X14 xx.xx.2013-cü il tarixdə ölmüşdür. xx.xx.2024-cü il tarixli Tovuz Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətinə əsasən X13 xx.xx.1997-ci il tarixdə ölmüşdür. Tovuz rayon qeydiyyat şöbəsindən verilmiş 05 mart 2025-ci il tarixli 611 nömrəli arayışdan müəyyən olunur ki, xx.xx.1928-ci ildə Tovuz rayonunun Yanıqlı kəndində anadan olmuş X7 ölümü haqqında vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.1997-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Tovuz Rayon Yanıqlı Kənd Sovetliyi tərəfindən xx.xx.1966-cı il tarixdə verilmiş AЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1949-cu il tarixdə Tovuz şəhərində anadan olmuşdur. X4, anası X3 qeyd edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat tarixi xx.xx.2024-cü il, reyestr nömrəsi **********33-10301 olan çıxarışdan görünür ki, Tovuz rayonu, Əhmədabad kəndində yerləşən 0,0925 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə X9 məxsusdur. Tovuz regional “ASAN xidmət” Mərkəzində Notariat ofisi xx.xx.2025-ci il tarixli 705 nömrəli məktuba əsasən mərhumdan qalan miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış onun yeganə vərəsəsi arvadı X14 xx.xx.2013-cü ildə vəfat etmişdir. Bundan əlavə X7 vərəsələr dairəsini və onların mirasın qəbulu faktının müəyyən etmək mümkün olmamışdır. Məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Şahid ifadələri Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 bildirmişdir ki, ərizəçinin qonşusudur. X1 tanımışdır. Təsdiq edir ki, X13 və Ərizəçi doğma qardaşdırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 və X5 Rizvan Alı oğlu ilə oxşar məzmunlu izahat vermişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311.Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı
2. Məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur.
Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına istinadən məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizəçinin mərhum X7 qardaşı olması faktının müəyyən edilməsi üçün qanunvericilikdə və «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 №-li qərarında qeyd edilmiş əsaslar və şərtlər mövcuddur. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1997-ci il tarixdə ölmüş X7 xx.xx.1949-cu il tarixdə doğulmuş Ərizəçi (AZE №0*******) qardaşı olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. xx.xx.1997-ci il tarixdə ölmüş X7 xx.xx.1949-cu il tarixdə doğulmuş Ərizəçi (AZE №0*******) qardaşı olmaqla həmin şəxslərin qohumluq münasibətində olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Süleyman Hacıyev