Məhkəmə qərarları › İş №2(062)-2/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2/2023

27.04.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2/2023 27.04.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı və Cavabdeh və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, atası X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma, hasarın və tikilinin sökülməsi» tələbinə dair mülki işə Tovuz şəhərində 27 aprel 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq ona məxsus olan, reyestr nömrəsi **********70 olan çıxarışla ona məxsus 0,12 ha torpaq sahəsinin zəbt edilmiş 0,02 ha hissəsindən Cavabdeh çıxarılması və həmin torpağın ətrafına çəkilmiş hasar və tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Tovuz rayonu Bozalqanlı kəndində 0,12 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsi reyestr nömrəsi **********70 olan çıxarışla xx.xx.2019-cu il tarixində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin çıxarışda göstərilən torpaq sahəsinin 0,02 ha hissəsini cavabdeh özbaşına istifadə edir. Həmin ərazidə hasar və digər tikili inşa etmişdir. Dəfələrlə Cavabdeh şifahi şəkildə həmin torpaq sahəsindən çıxmağını bildirmişdir, lakin cavabdeh torpaqdan çıxmamışdır. Odur ki, ona məxsus olan, Tovuz rayonu Bozalqanlı kəndində yerləşən 0,12 ha torpaq sahəsinin 0,02 ha hissəsini qanunsuz olaraq tutub istifadə edən Cavabdeh həmin torpaq sahəsindən çıxarılması və həmin torpağın ətrafına çəkilmiş hasar və tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı ilə sahələri qonşuluqda yerləşir. O, iddiaçının sahəsini zəbt etməmişdir. İddiaçının çıxarışı ona torpaq sahəsi verildikdən sonra verilmişdir, ona görə də qanunsuzdur. İddiaçının torpaq sahəsini başqası zəbt etmişdir. Eyni zamanda torpaq sahəsini baha satdığına görə ev tikdiyi sahəni pul verib ala bilməmişdir. Hazırda ailəsi ilə orada yaşayır. İddiaçının çıxarışını mübahisələndirməmişdir. 2007-ci ildə ona torpaq sahəsi verilərkən həmin yerin ona məxsus olduğunu bilmişdir. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, atası X2 məhkəmə iclasında Cavabdehlə eyni xüsusatda izahat verdi. Məhkəmə tərəfləri dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara əsasən qismən təmin edilməlidir. Belə ki, surəti işə əlavə olunmuş reyestr nömrəsi **********70 olan çıxarışdan görünür ki, Tovuz rayonu Bozalqanlı kənd ərazisində 0,12 ha torpaq sahəsi İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu ildə qeydiyyata alınmışdır. İşə əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, Cavabdeh istifadəsi kimi təqdim olunan torpaq sahəsinin 202 kv.metrə qədər hissəsi İddiaçı adına **********70 reyestr nömrəli çıxarışla qeydiyyata alınmış 0,12 ha torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh istifadəsi kimi təqdim olunan tikilinin 12 kv metrə qədər hissəsi və Cavabdeh istifadəsi kimi təqdim edilən hasarın 1-ci nöqtədən başlayaraq 8,80 metrə qədər hissəsi İddiaçı adına **********70 reyestr nömrəli çıxarışla qeydiyyata alınmış 0,12 ha torpaq sahəsi ilə üst-üstə düşür. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, iddiaçı Tovuz rayonu Bozalqanlı kəndində 0,12 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsi reyestr nömrəsi **********70 olan çıxarışla xx.xx.2019-cu il tarixində ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. Mütəxəssis rəyinə əsasən, Cavabdeh istifadəsi kimi təqdim olunan torpaq sahəsinin 202 kv.metrə qədər hissəsi İddiaçı adına **********70 reyestr nömrəli çıxarışla qeydiyyata alınmış 0,12 ha torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh istifadəsi kimi təqdim olunan tikilinin 12 kv metrə qədər hissəsi və Cavabdeh istifadəsi kimi təqdim edilən hasarın 1-ci nöqtədən başlayaraq 8,80 metrə qədər hissəsi İddiaçı adına **********70 reyestr nömrəli çıxarışla qeydiyyata alınmış 0,12 ha torpaq sahəsi ilə üst-üstə düşür. Odur ki, İddiaçı Cavabdeh qarşı Tovuz rayonu Bozalqanlı kəndində yerləşən 0,12 ha torpaq sahəsinin 0,02 ha torpaq sahəsindən çıxarılması tələbi üst-üstə düşən 200 kv.metr hissədə və tikilinin 12 kv metrə qədər, hasarın isə 1-ci nöqtədən başlayaraq 8,80 metrə qədər cavabdehlə qonşuluğunda olan hissədə sökülməsi təmin edilməlidir. Mübahisəli sahədə olan tikilinin yalnız 12 kv metr hissəsi iddiaçının sahəsinə düşdüyündən digər tikiliyə aid qalan hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci hissəsinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111-ci maddəsinin 3-cü hissəsinə əsasən, torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işdə olan sənədlərin məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh istifadəsində olan torpaq sahəsinin 200 kv metr hissəsi, həmçinin tikilinin 12 kv metrə qədər hissəsi, həmçinin hasarın 1-ci nöqtədən başlayaraq 8,80 metrə qədər hissəsi **********70 reyestr nömrəli çıxarışla İddiaçı adına qeydiyyata alınmış torpaq sahəsi ilə üstüstə düşür. İddianın həmin hissəsi qanuni və əsaslı olduğundan təmin olunmalıdır. İddianın digər tikililərə aid qalan hissəsi təmin edilməməlidir. Cavabdeh mübahisəli torpaq sahəsinin ona məxsus olmasını göstərsə də, bu barədə rəsmi sənəd və ya mütəxəssis rəyi məhkəməyə təqdim edə bilməmişdir. Əksinə məhkəmənin qərardadı əsasında verilmiş rəydə həmin sahənin iddiaçıya aid olduöu göstərilmişdir. Tərəflər mütəxəssis rəyini mübahisələndirməmişdir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 234 –cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh reyestr nömrəsi **********70 olan çıxarışla İddiaçı məxsus 0,12 ha torpaq sahəsinin zəbt edilmiş 0,02 ha hissəsindən çıxarılsın. Torpaq sahəsinin ətrafına çəkilmiş hasarın 1-ci nöqtəsindən başlayaraq 8,80 metrə qədər hissəsi və tikilinin 12 kv metr hissəsi cavabdehin hesabına sökülüb götürülsün. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar