Məhkəmə qərarları › İş №2(062)-2008/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2008/2024

09.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2008/2024 09.09.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı «qohumluq münasibətində olma faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə müraciət edərək, Şəmkir rayonu Düyərli kəndində anadan olmuş və 17 yanvar 2007-ci ildə vəfat etmiş X4 nənəsi olması, yəni X1 anası olması faktının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Şəmkir Rayon AİK-nin qərarı ilə Şəmkir rayonu Düyərli kəndində, anasının anası olmuş nənəsi mərhum X5 0,07 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair Şəmkir rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1998-ci il tarixli qərarı verilmişdir. Həmin torpaq sahəsinə dair JN- 1140A saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı tərtib edilmişdir. X1 heç bir bacı və qardaşı olmamış və anası X4 tək qızı olmuşdur. X2 17 yanvar 2017-ci ildə mədə yarası xəstəliyindən vəfal etmişdir. Nənəsinin vəfatından sonra anası Rahilə Dəmirova nənəsindən miras qalmış əmlakı idarə edərək ona sahiblik etmişdir. Anası sağlığında vərəsəlik şəhadətnaməsi almaq üçün notariat kontoruna müraciət etdikdə notariat tərəfindən qohumluq münasibəti müəyyən edilmədiyindən notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. Odur ki, Şəmkir rayonu Düyərli kəndində anadan olmuş və 17 yanvar 2007-ci ildə vəfat etmiş X4 nənəsi olması, yəni X1 anası olması kimi qohumluq münasibətində olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi.Əlavə olaraq izahatında göstərdi ki, anasının ondan əvvəlki növbə sağ qalmış vərəsələri mövcud deyildir.. Məhkəmə iclasının yeri və vaxtı barədə Maraqlı şəxsnə rəsmi məhkəmə bildirişi göndərilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, ərizəçi onun ərinin bacısıdır. O X9 gəlinidir. Rahilə 2023-cü ilin dekabr ayında vəfat etmişdir.Tamaşa isə ərinin nənəsidir. Tamaşa Düyərli kəndində dəfn edilib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Ərizəçi onun Tamaşa bibisinin nəvəsidir.Tamaşa onun atasının bacısıdır. Tamaşanın vəfat etdiyi tarix tam yadında deyil. Şəmkir rayonun Düyərli kəndində dəfn edilib. Tamaşanın Rahilə adlı bir qızı var idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X7 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Ərizəçi onun bibisinin nəvəsidir. İki bibisi olmuş.Tamaşa və Qənirə. Qənirə hazırda xəstədir. Tamaşa isə vəfat edib. Tamaşanın iki qardaşı və bir bacısı olub. Rahilənin bacı və qardaşı yoxdur. Qənirənin evlə bağlı heç bir tələbi yoxdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, ərizə qanuni və əsaslıdır və aşağıdakı əsaslara əsasən təmin edilməlidir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X13 01 dekabr 2023-cü ildə vəfat etmişdir. İşə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, X13 xx.xx.1954-cü ildə doğulmuşdur. İşə əlavə olunmuş arayışdan görünür ki, X8 ilə X13 xx.xx.1979-cu il tarixdə, 24 nömrə qeydi ilə nikahlarını rəsmiləşdirmişlər. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X10 16 yanvar 2007-ci ildə vəfat etmişdir. İşə əlavə olunmuş xx.xx.2019-cu il tarixli notarial əməliyyatın aparılmasından imtina edilməsi barədə qərardan görünür ki, X13 mirasın qəbulu üçün müddəti ötürdüyündən ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İşə əlavə olunmuş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X9 mərhum anası X4 adına olan JN61140A KOD ********* saylı şəhadətnamə ilə 0.07 ha həyətyanı torpaq sahəsini anasının ölümündən sonra o idarə etmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X13 xx.xx.1954-cü il tarixdə anadan olmuş və ana qrafasında X3 qeyd edilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, mərhum X10 Ərizəçi nənəsidir. X10 16 yanvar 2007-ci il tarixdə, X13 isə 01 dekabr 2023-cü il tarixdə ildə vəfat etmişlər. Ərizəçi miras qalmış torpaq sahəsinə və fədi yaşayış evinə mirasın qəbul edilməsi üçün müraciət etdikdə, onların qohum olmasını təsdiq edən heç bir hüquqi sənəd aşkarlanmamışdır. Ona görə də mərhum X4 Ərizəçi ilə qohumluq münasibətində olması, yəni Ərizəçi X4 nəvəsi olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2 maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üçün toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 17 yanvar 2007-ci il tarixdə vəfat etmiş mərhum X10 ilə xx.xx.1982-ci il tarixdə anadan olmuş Ərizəçi qohumluq münasibətində olması, yəni X4 Ərizəçi ana xətti ilə nənəsi olması faktı müəyyən olunsun. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar