Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2052/2024 24.09.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, İsmayılov Emil İsrayıl oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı evə köçrülmə tələbinə dair mülki işə Tovuz şəhərində 24 oktyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq cavabdehin istifadəsində və nəzarətində olan Tovuz rayonu Xatınlı kəndində yerləşən ona məxsus ********** qeydiyyat nömrəli **********90-10301 reyestr nömrəli 104.90 kv.m olan fərdi yaşayış evinə köçrülməyinə və ödədiyi rüsumun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mərhum əri X12 ilə 10.08. 1012- ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Birgə nikahlarından uşaqları olmamışdır. Əri ilə birgə nikah dövründə əldə etdikləri daşınmaz əmlakları birgə təsərrüfat olaraq idarə etmişlər. Yaşadıqları ev məhkəmə qərarı və çıxarışla paylı mülkiyyətdə olmasına baxmayaraq cavabdeh onu Tovuz Rayonu Xatınlı kəndində yerləşən 104.90 kv m. olan yaşayış sahəsinə buraxmır.Belə ki, Tovuz Rayon məhkəməsinin 06 aprel 2015- ci il tarixli qətnaməsi ilə onun cavabdehlər X14 və X6 qarşı miras əmlakdan payın müəyyən edilməsi tələbinə dair iddiası qismən təmin edilərək mərhum X4 miras qalmış Tovuz rayonu Xatınlı kəndində yerləşən 0,19966 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində və Tovuz rayonu Xatınlı kəndində yerləşən fərdi yaşayış evindən ibarət olan mirasın X7 qanun üzrə birinci növbəli vərəsələri olan arvadı İddiaçı, uşaqları- Cavabdeh, X14 və X9 tərəfindən faktki qəbul edilməsi faktının müəyyən edilməsi və həmin torpaq sahəsi üzərində hər bir vərəsənin payı torpaq sahəsinin ¼ hissəsi qədər , yəni 0,04991 ha müəyyən olunması , onun payının bir topaq sahəsindən, bir yerdən müəyyən edilməsi, miras əmlak olan fərdi yaşayış evindən İddiaçı payına düşən hissəsinin əvəzinə ona 2000 manat məbləğində kompensasiya verilməsi barədə Cavabdeh üzərinə vəzifə qoyulması, evin 2/4 hissəsi üzərində Cavabdeh, ¼ hissəsi üzərində X5 paylarının müəyyən edilməsi qət edilmişdir. Gəncə Apellyasiya məhkəməsinin Mülki kollegiyasının 04 avqust 2015- ci il tarixli qətnaməsi ilə İddiaçı İsalam qızının apellyasiya şıkayəti təmin edilməmiş, Tovuz rayon məhkəməsinin 06 aprel 2015-ci il tarixli qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşə ikinci dəfə apellyasiya qaydasında baxan Gəncə Apellyasiya məhkəməsi Mülki kollegiyasının 29 aprel 2016- cı il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək Tovuz Rayon məhkəməsinin 06 aprel 2015- ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək X7 ölümündən sonra miras qalmış Tovuz rayonun Xatınlı kəndində yerləşən X2 ilə nikahda olduğu dövrdə əldə olunmuş fərdi yaşayış evindən onun payına düşən ½ hissəsinə, eləcə də həmin kənddə yerləşən və X12 və X1 birgə mülkiyyətlərində olmuş 0.1502ha, 0.083267 ha, 0,036998 ha və 0,091805 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahələrinin hər birindən X7 payına düşən ½ hissəsinə onun və Cavabdeh vərsəliyinin müəyyən edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 sentyabr 2016-cı il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilərək Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 aprel 2016- cı il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə üçüncü dəfə apellyasiya qaydasıında baxan X3 Mülki kollegiyasının 06 dekabr 2016- cı il tarixli qətnaməsi ilə onun apellyasiya şikayəti qismən təmin edlərək Tovuz Rayon məhkəməsinin 06 aprel 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddianın qismən təmin edilərək X7 13 noyabr 2013- cü il tarixdə ölümündən sonra miras qalmış Tovuz rayon Xatınlı kəndində yerləşən X2 ilə nikahda olduğu dövrdə əldə olunmuş fərdi yaşayış evindən onun payına düşən ½ hissəyə , eləcə də həmin kənddə yerləşən və X12 ilə X1 birgə mülkiyyətlərindən olmuş, 0,1502 ha ,0,083267 ha, 0,036998 ha və 0,091805 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin hər birindən X7 payına düşən ½ hissəsinə onun və Cavabdeh vərəsəliyi müəyyən edilmiş, qalan hissədə iddia rədd edilmişdir. Qətnaməyə münasibətdə mülkiyyət hüququ qeydə alınmışdır. Mülkiyyətçı özüdür. Hesab edir ki, evə köçməlidir. Odur ki, cavabdehin istifadəsində və nəzarətində olan Tovuz rayonu Xatınlı kəndində yerləşən ona məxsus ********** qeydiyyat nömrəli **********90-10301 reyestr nömrəli 104.90 kv.m olan fərdi yaşayış evinə köçrülməyinə və ödədiyi rüsumun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi iddianı müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Surəti işə əlavə Tovuz rayonu Xatınlı kəndində yerləşən ********** qeydiyyat nömrəli **********90-10301 reyestr nömrəli çıxarışın surətində görünür ki, mübahisə olunan fərdi yaşayış evinin ¼ hissəsi üzərində İddiaçı, ¾ hissədə X7 oğlunun mülkiyyət hüquqları vardır. Surəti işə əlavə olunmuş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11 may 2017-ci il tarixli 2(102)-3248/2017 saylı qərarından görünür ki, Tovuz Rayon məhkəməsinin 06 aprel 2015- ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər X14 və X6 qarşı miras əmlakdan payın müəyyən edilməsi tələbinə dair iddiası qismən təmin edilərək mərhum X4 miras qalmış Tovuz rayonu Xatınlı kəndində yerləşən 0,19966 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində və Tovuz rayonu Xatınlı kəndində yerləşən fərdi yaşayış evindən ibarət olan mirasın X7 qanun üzrə birinci növbəli vərəsələri olan arvadı İddiaçı, uşaqları- Cavabdeh, X14 və X9 tərəfindən faktki qəbul edilməsi faktının müəyyən edilməsi və həmin torpaq sahəsi üzərində hər bir vərəsənin payı torpaq sahəsinin ¼ hissəsi qədər, yəni 0,04991 ha müəyyən olunması, X10 payının bir torpaq sahəsindən, bir yerdən müəyyən edilməsi, miras əmlak olan fərdi yaşayış evindən İddiaçı payına düşən hissəsinin əvəzinə ona 2000 manat məbləğində kompensasiya verilməsi barədə Cavabdeh üzərinə vəzifə qoyulması, evin 2/4 hissəsi üzərində Cavabdeh, ¼ hissəsi üzərində X5 paylarının müəyyən edilməsi qət edilmişdir. Gəncə Apellyasiya məhkəməsinin Mülki kollegiyasının 04 avqust 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı İsalam qızının apellyasiya şıkayəti təmin edilməmiş, Tovuz rayon məhkəməsinin 06 aprel 2015- ci il tarixli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşə ikinci dəfə apellyasiya qaydasında baxan Gəncə Apellyasiya məhkəməsi Mülki kollegiyasının 29 aprel 2016- cı il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək Tovuz Rayon məhkəməsinin 06 aprel 2015- ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək X7 ölümündən sonra miras qalmış Tovuz rayonunun Xatınlı kəndində yerləşən X2 ilə nikahda olduğu dövrdə əldə olunmuş fərdi yaşayış evindən onun payına düşən ½ hissəsinə, eləcə də həmin kənddə yerləşən və X12 və X1 birgə mülkiyyətlərində olmuş 0.1502ha, 0.083267 ha, 0,036998 ha və 0,091805 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahələrinin hər birindən X7 payına düşən ½ hissəsinə İddiaçı İsalm qızı və Cavabdeh vərsəliyinin müəyyən edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 sentyabr 2016-cı il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilərək Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 aprel 2016- cı il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə üçüncü dəfə apellyasiya qaydasıında baxan X3 Mülki kollegiyasının 06 dekabr 2016- cı il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edlərək Tovuz Rayon məhkəməsinin 06 aprel 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddianın qismən təmin edilərək X7 13 noyabr 2013- cü il tarixdə ölümündən sonra miras qalmış Tovuz rayon Xatınlı kəndində yerləşən X2 ilə nikahda olduğu dövrdə əldə olunmuş fərdi yaşayış evindən onun payına düşən ½ hissəyə, eləcə də həmin kənddə yerləşən və X12 ilə X1 birgə mülkiyyətlərindən olmuş, 0,1502 ha, 0,083267 ha, 0,036998 ha və 0,091805 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin hər birindən X7 payına düşən ½ hissəsinə İddiaçı və Cavabdeh vərəsəliyi müəyyən edilmiş, qalan hissədə iddia rədd edilmişdir. Məhkəmə araşdırmları zamanı müəyyən olundu ki, İddiaçı X12 ilə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Birgə nikahlarından uşaqları olmamışdır. Tovuz rayonu Xatınlı kəndində yerləşən ********** qeydiyyat nömrəli **********90-10301 reyestr nömrəli çıxarışa əsasən mübahisə olunan fərdi yaşayış evinin ¼ hissəsi üzərində İddiaçı ¾ hissədə X7 payları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarla müəyyən edilir ki, X7 13 noyabr 2013- cü il tarixdə ölümündən sonra miras qalmış Tovuz rayon Xatınlı kəndində yerləşən X2 ilə nikahda olduğu dövrdə əldə olunmuş fərdi yaşayış evindən onun payına düşən ½ hissəyə , eləcə də həmin kənddə yerləşən və X12 ilə X1 birgə mülkiyyətlərindən olmuş, 0,1502 ha ,0,083267 ha, 0,036998 ha və 0,091805 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin hər birindən X7 payına düşən ½ hissəsinə İddiaçı və Cavabdeh vərəsəliyi müəyyən edilmişdir. Göründüyü kimi İddiaçı mübahisə olunan fərdi yaşayış evindən paylı mülkiyyət hüququ var. Cavabdeh İddiaçı mübahisə olunan evlə bağlı mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələr vardır. Ona görə də iddia təmin edilməli və iddiaçı mübahisə olunan evə köçrülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd edilən Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Qeyd edilən Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 2215.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Qeyd edilən Məcəllənin 215.3-cü maddəsinə görə paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: 215.3.1. əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti; 215.3.2. əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti. Adı çəkilən Məcəllənin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 213-227,233.1 və 234 maddələrini rəhbər tutaraq məhkəmə , Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı Tovuz rayonu Xatınlı kəndində yerləşən ********** qeydiyyat və **********90- 10301 reyestr nömrəli 104.90 kv.m olan və Cavabdeh maneə yaratdığı fərdi yaşayış evinə köçrülsün. 100 manat dövlət rüsumu rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-2052/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2052/2024
24.09.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver