Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2058/2023 02.10.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «doğumun qeyd edilmə faktının təsdiq olunması» barədə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizəsinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Ərizəçi Maraqlı şəxsnə qarşı «doğumun qeyd edilmə faktının təsdiq olunması» barədə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizə ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək onun xx.xx.1992-ci ildə Tovuz rayonu, Mülkülü kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1992-ci il tarixdə Tovuz rayonu, Mülkülü kəndində doğulmuşdur. X1, anası isə X6r. Atası xx.xx.2018-ci il tarixdə ölmüşdür. X1 ilə anası X3 birgə yaşayışlarından ondan başqa xx.xx.1990-cı ildə Zülfüqar, xx.xx.1993-cü il tarixdə Zülal adlı qardaşları doğulmuşdur. Özü 2010-2011-ci illər ərzində hərbi xidmətdə olmuş, bununla bağlı ona müvafiq hərbi bilet verilmişdir. Özünə şəxsiyyət vəsiqəsi almaq istədikdə bəlli olmuşdur ki, onun doğumu haqqında qeydiyyat aparılmamışdır. Rəsmi qaydada Maraqlı şəxsnə müraciət etsə də, elektron axtarış sistemində yoxlama aparılmış və doğum akt qeydinin tapılmadığı aşkar olunmuşdur. Şəxsiyyət vəsiqəsi olmadığı üçün dövlət rüsumunu belə öz adından ödəyə bilməmiş və anası ödəmişdir. Şəxsiyyət vəsiqəsinin alınması üçün doğum haqqında şəhadətnamənin alınması şərtdir. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, faktın təsdiqi onun üçün şəxsiyyət vəsiqəsi almaq baxımından çox gərəklidir. Çünki, hansı dövlət orqanına müraciət edirsə ondan şəxsiyyət vəsiqəsi tələb edilir. Lakin onun doğum haqqında şəhadətnaməsi olmadığı üçün müvafiq inzibati orqan şəxsiyyət vəsiqəsi verməkdən imtina edir. Bu isə hüquqlarının həyata keçirilməsinə ciddi çətinliklər törədir. Odur ki, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən zaman X10 ifadəsində göstərmişdir ki, ərizəçi onun oğludur. Aftandil onunla mərhum X2 birgə yaşayışlarından xx.xx.1992-ci il tarixdə doğulmuşdur. Lakin naməlum səbəblərdən onun doğumu barədə qeydiyyat aparılmamışdır. Aftandildən başqa Zülal və Zülfqar adlı uşaqları da vardır. Onların isə doğum haqqında şəhadətnamələri mövcuddur. Oğlu Aftandilin xx.xx.1992-ci il tarixdə doğulması ona məxsus hərbi bilet və təhsil haqqında şəhadətnamə ilə də təsdiq olunur. Məhkəmə iclasında şahid qismində dindirilən zaman X9 ifadəsində göstərmişdir ki, ərizəçi onun mərhum qardaşı Vilayət Ələkbərovun oğludur. Aftandil mərhum X8 ilə X4 birgə yaşayışlarından xx.xx.1992-ci il tarixdə Tovuz rayonu, Mülkülü kəndində doğulmuşdur. Lakin onun onun doğumu barədə qeydiyyat aparılmamışdır. Mərhum qardaşının ərizəçidən başqa Zülal və Zülfqar adlı uşaqları da vardır. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxsin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1992-ci il tarixdə doğulmuş Ərizəçi doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaş vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində arayış verilən tarixə kimi daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 54 saylı imtina rəyindən görünür ki, doğum akt qeyd elektron axtarış sistemində yoxlama aparılmış, lakin doğum akt qeydi aşkar edilməmişdir. Buna görə də doğum haqqında şəhadətnamə vermək mümkün olmamışdır. Doğum haqqında AZ T 240250 saylı və XV ЖГ 272052 saylı şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Zülal Hüseynov və xx.xx.1990-cı il təvəllüdlü Zülfüqar Hüseynovun X1, anası isə X7r. Ölüm haqqında AZ İ 960529 saylı şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2018-ci ildə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında 10 nömrə ilə qeydiyyat aparılmışdır. Ərizəçi məxsus AO 116634 saylı hərbi biletin surətindən görünür ki, onun doğulduğu tarix xx.xx.1992-ci il qeyd olunmuşdur. Doğulduğu yer isə Tovuz rayonu, Mülkülü kəndidir. 2010-2011-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Aşağı Mülkülü kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 395 saylı arayışdan görünür ki, 1992-ci il təvəllüdlü Ərizəçi Tovuz rayonu, Aşağı Mülkülü kənd sakinidir. Ailə tərkibi anası X10 və qardaşı X5 ibarətdir. Əsas təhsil haqqında 632138 saylı şəhadətnamənin surətindən görünür ki, 1992-ci il təvəllüdlü Ərizəçi Tovuz rayonu H.Ələkbərov adına Mülkülü kənd orta məktəbini 2008-ci ildə bitirmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını, şahid ifadələrini dinləyib, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizənin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, hazırda ərizəçinin xahişi Mülki Prosessual Məcəllənin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsindən bəhs edən 31-ci fəslində əksin tapmış doğumun qeyd edilmə faktının təsdiq olunmasından ibarətdir. Ona görə də işin hallarına həmin Fəslin müddəaları əsasında, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 nömrəli Qərarında olan hüquqi mövqeyə uyğun qiymət verilməlidir. Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Nəzərə alınmalıdır ki, qanunvericilikdə hüquqi faktların müəyyən olunması üzrə icraatın bir sıra xüsusiyyətləri müəyyən olunmuşdur. Bununla bağlı Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 310.1-ci maddəsinin tələbinə görə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 nömrəli Qərarının 1.2-ci bəndində təsbit edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.3-cü bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. İş materialları ilə müəyyən edilir ki, Ərizəçi doğum tarixi xx.xx.1992-ci ildir. Bu hal Maraqlı şəxs tərəfindən verilmiş 1179 saylı arayış ilə təsdiqin tapır. Bundan başqa ərizəçiyə məxsus AO 116634 saylı hərbi biletin surətindən müəyyən edilir ki, onun doğulduğu tarix xx.xx.1992-ci il, doğulduğu yer isə Tovuz rayonu, Mülkülü kəndidir. Eyni zamanda əsas təhsil haqqında 632138 saylı şəhadətnamənin surəti ilə aşkar olur ki, 1992ci il təvəllüdlü Ərizəçi Tovuz rayonu H.Ələkbərov adına Mülkülü kənd orta məktəbini 2008ci ildə bitirmişdir. Buna baxmayaraq Maraqlı şəxs tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 54 saylı imtina rəyində doğum akt qeyd elektron axtarış sistemində yoxlama aparılması, lakin ərizəçinin doğum akt qeydinin aşkar edilməməsi göstərilmişdir. Hazırda ərizəçi doğum haqqında şəhadətnaməsi olmadığı üçün şəxsiyyət vəsiqəsi əldə edə bilmir. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 nömrəli Qərarının 4 və 4.1-ci bəndləri). Göründüyü kimi Ərizəçi doğum faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir, habelə ona bu sənədin alınmaması şəxsiyyət vəsiqəsini almağa imkan vermir. Məhkəmə hesab edir ki, bu kimi hallar ərizəçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizəsini təmin etməyə əsas verir. Çünki ərizəçinin nail olmaq istədiyi məqsədə çatmaq üçün məhkəmədən kənar başqa yolu yoxdur. Nəzərə almaq lazımdır ki, Аilə Məcəlləsinin 158.1-ci mаddəsinə əsаsən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci mаddəsinə əsаsən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçinın Maraqlı şəxsnə qarşı «doğumun qeyd edilmə faktının təsdiq olunması» barədə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin olunsun. Ərizəçi xx.xx.1992-ci il tarixdə Tovuz rayonu, Mülkülü kəndində X8 ilə X4 birgə yaşayışlarından doğulmasına dair dоğum аkt qeydlərinin aparılması faktı müəyyən edilsin. Ərizəçi məxsus doğum akt qeydi aparılarkən ata qrafasında X1, ana qrafasında anası X10 qeyd olunsun. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-2058/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2058/2023
02.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver