Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-219/2023 06.02.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi vəkil X3, X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «uşağın onun yanında saxlanılması və aliment» tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «uşağın onun yanında saxlanılması və aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nigahlarından anadan olmuş 06.04. 2006-cı il təvəllüdlü X5 onun yanında saxlanılmasına və Fərid adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində 193 manat alimentin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2000-ci ildə ailə qurmuş, xx.xx.2005-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Onların birgə nikahlarından xx.xx.2001-ci ildə Fatimə, 06.04. 2006-cı ildə Fərid və xx.xx.2007-ci ildə Fəridə adlı uşaqları anadan olmuşdur. Cavabdeh ilə aralarında yaranmış narazılığa görə məhkəmə qaydasında xx.xx.2010-cu il tarixdə nikahları pozulmuşdur. Nikahları pozulduğu vaxtdan uşaqların kimin himayəsində qalması qeyd olunmamışdır. Hal-hazırda onların birgə nikahlarından anadan olmuş xx.xx.2006-cı ildə Fərid adlı uşaq onun himayəsindədir, uşağa o, baxır, özü də heç yerdə işləmir. 1-ci qrup Qarabağ müharibəsi veteranıdır, qazidir, iş qabiliyyəti yoxdur. Maddi durumu aşağıdır. Cavabdeh maddi vəziyyəti isə kifayət qədər yaxşıdır. Bakı şəhərində yaşayır. Qeyd etmək istəyir ki, qarşı tərəf onun himayəsində olan qızı Fəridəyə görə ondan 150 manat aliment tələb etmişdir. O, həmin pulu ödəməyə maddi imkanı çatmır. Onların birgə nikalarından anadan olmuş Fərid adlı uşaq onun yanındadır. Ona görə istəyir ki, məhkəmə qətnaməsinə əsaən Fərid adlı uşağı onun himayəsində saxlanılsın, həmin uşağın saxlanılması üçün sabit pul məbləğində 193 manat aliment Cavabdeh alınıb ona verilməlidir. İddiaçı məhkəmə iclasına iştirak etdi və iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçının etibarnamə üzrə nümayəndəsi vəkil X4 məhkəmə iclasında iştirak etdi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qısmən təmin edilməlidir. Belə ki, işə əlavə olunmuş Gəncə Apellyasiya Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli 2(104)-2270/2022 saylı qətnaməsindən görünür ki, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Tovuz Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli 2(062)-792/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd edilir ki, Tovuz Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli 2(062)- 792/2022 saylı qətnaməsi ilə müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında 13 dekabr 2005-ci il tarixli 722 nömrə ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından anadan olmuş X7, X8 və X2 Təranə İsmayıl qızının yanında saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər birgə nikahda olmaları, bu nikahdan 3 övladlarının olması, uşaqların ananın yanında qalmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İşin faktiki hallarından isə göründüyü kimi, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqlardan X7 artıq yetkinlik yaşına çatmış, X8 anasının, X11 isə faktiki olaraq atasının himayəsində yaşayırlar. Uşaqların yaşayış yeri ilə bağlı, yəni X5 atasının yanında qalması ilə bağlı tərəflər arasında hər hansı mübahisə olmamaqla, uşaqların biri-birindən ayrı qalmalarının onların mənafeyinə zidd olmasına dair hallar da mövcud deyildir. Ona görə də məhkəmə hesab edir ki, X11 anasının himayəsindən alınaraq atasının himayəsinə verilməlidir. Məhkəmədə pedoqoqun iştirakı ilə rəyi dinlənilmiş X11 göstərdi ki, o 2016-cı ildə Tovuz şəhərində doğulmuşdur.17 yaşı var.Kollecdə meşə, meşəpark təsərrüfatı ixtisası üzrə təhsil alır. İki bacısı vardır. Bacısının biri yaşca ondan bir yaş kiçikdir.O biri bacısının isə 21 yaşı vardır.Onlar anasının yanında yaşayırlar.O isə atası ilə qalır və atası ilə də qalmaq arzusundadır. Məhkəmə iddia tələbinin alimentə dair hissəsini əsaslı hesab etmir. Belə ki, Tovuz Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli 2(062)-792/2022 saylı qətnaməsi ilə həmin hallara hüquqi qiymət verilsə də, yeni əsaslarla həmin tələbə yenidən qiymət verilməsini məhkəmə zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Məhkəmə hesab edir ki, ana ataya münasibətdə az təminatlı şəxs kimi qəbul edilməlidir. Belə ki, məhkəmə bu halda 2010-cu ildəndir uşaqlara ananın baxmasını, iddiaçının cavabdehə münasibətdə daha əmək qabiliyyətli olmasını, müxtəlif iş yerlərində işləmək imkanlarının olmasını nəzərə alır. Ona görə də məhkəmə hesab edir ki, alimentə dair hissədə iddia tələbi təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2006-cı ildə anadan olmuş X11 anası Cavabdeh himayəsindən alınaraq atası İddiaçı himayəsinə verilsin. İddianın qalan hissəsi təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-219/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-219/2023
06.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver