Məhkəmə qərarları › İş №2(062)-2206/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2206/2023

25.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2206/2023 25.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı «evdən istifadə hüququna xitam verilməsi və cehiz əşyalarının evdən çıxarılması» tələbinə dair iddiası üzrə mülki işə Tovuz rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı « evdən istifadə hüququna xitam verilməsi və cehiz əşyalarının evdən çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Tovuz şəhəri X12 küçəsi ev 33 ünvanında yerləşən ümumi sahəsi 55,1 kv.m olan mənzildən cavabdeh X2 və onun azyaşlı uşaqları Ayan və Məhəmməd adlı uşaqlarının istifadə hüquqlarına xitam verilməsinə, cavabdeh X3 məxsus cehiz əşyalarının həmin evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Tovuz şəhəri X11 küçəsi ev 33 ünvanında yerləşən ümumi sahəsi 55,1 kv. m. olan mənzil tam mülkiyyət hüququ üzrə Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********* qeydiyyat nömrəli çıxarışa əsasən onun adına qedə alınmışdır. Cavabdeh X4 onun gəlini olmuşdur. Ailə qura zaman onun evində yaşamış və onun evinə qeydiyyata düşmüşdür. Cavabdeh X4 ilə oğlu X5 arasında olan nikah Tovuz Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Cavabdehlə hazırda heç bir qohumluq münasibəti yoxdur. Buna baxmayaraq cavabdeh X4 azyaşlı uşaqları ilə onun evində qeydiyyatda olmaqla yanaşı ona məxsus stol 1 ədəd, stul 1 ədəd, divan 1 ədəd, çay stolu 1 ədəd, 2 nəfərlik çarpay 1 ədəd, paltar asmaq üçün şkaf 1 ədəd, güzgü mebel 1 ədəd, rokos markalı paltaryuyan 1 ədəd, iki qapılı Shivaki markalı soyuducu 1 ədəd- cehiz əşyalarını onun evindədir. O, hazırda öz evində əsaslı təmir işləri aparmaq istəyir. Cavabdehin cehiz əşyalarının onun evində olması ona maneə olur. O, cavabdeh X1 onun evindən cehiz əşyalarını da çıxarılmasını tələb etsə də, atası ilə özünə məxsus televizoru aparsa da digər əşyalarını könüllü çıxarmır. İş üzrə iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edib evdən çıxarılma barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qanunvericiliyə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır (Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsi). İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X3 rəsmi məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-cı maddəsini rəhbər tutaraq mülki işə cavabdehin iştirakı olmadan baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2006-ci il tarixli ********* reyestr nömrəli çıxarışdan görünür ki, Tovuz şəhəri X11 küçəsində istifadədə olan 0.0628 ha torpaq sahəsində yerləşən 33 nömrəli, 1 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 55.1 kv.m. ümumi, 41.2 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 2 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində qeydiyyata alınmışdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, X4 ilə X5 arasında bağlanılmış nikah pozulmuşdur. İşdə olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Tovuz şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 33, mənzil 2-də X4, X7, İddiaçı Həyati oğlu və X6 qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. İnsan hüquqları haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi mülkiyyət hüququnu təmin edir: “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Həmçinin İnsan Hüquqları haqqında Ümumi Bəyannamədə təsbit edilir ki, “Hər kəs istər təkbaşına, istərsə də başqaları ilə birlikdə mülkiyyətə sahib olmaq hüququna malikdir”. Göründüyü kimi iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğu üçün onun öz mülkiyyəti üzərində sahiblik, istifadə və ona dair sərəncam vermək hüquqları mövcuddur və həmin mənzildə istifadə hüququna malik olan şəxslərin istifadə hüquqlarının itirilmiş hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququna malikdir. Lakin məhkəmə onu qeyd edir ki, məhkəmə araşdırması zamanı cavabdehin mübahisəli evlə bağlı hər hansı istifadə hüquqlarının olması müəyyən edilməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi cavabdeh iddiaçının gəlini olmuş, o əsasla onun evinə yaşayış yeri üzrə qeydiyyata düşmüşdür. Yaşayış yeri üzrə qeydiyyat isə bir mənalı olaraq cavabdehin həmin yaşayış sahəsindən istifadə hüququnun yaranması kimi çıxış edə bilməz. Cavabdeh mübahisə predmeti olan evdə heç bir hüquqa, yaşayış hüququna və istifadə hüququna malik deyildirlər. Belə ki, yaşayış sahəsinə istifadə hüququ iki əsasla yarana bilər. 1. Yaşayış sahəsinin mülkiyyətçisi ilə notarial qaydada bağlanmış müqavilə əsasında(istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla) 2. Yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvü olması əsası ilə. Bununla bağlı məhkəmə onu qeyd edir ki, məhkəmə araşdırması zamanı cavabdehlə iddiaçı arasında notarial qaydada bağlanmış hər hansı müqavilənin olması müəyyən edilməməklə, cavabdehin iddiaçının ailə üzvü olmaması da işin mübahisəsiz halını təşkil etmişdir. Belə ki, iddiaçının oğlu ilə cavabdeh arasında bağlanılmış nikah pozulmuşdur. Yaşayış sahəsinə istifadə hüququ verən sonuncu əsasla bağlı məhkəmə Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenum Qərarına istinad edir. Belə ki, Mənzil Məcəlləsinin sözügedən maddəsinə əsasən, həmçinin Konstitusiya Məhkəməsinin Plenum Qərarından göründüyü kimi, yaşayış sahəsinə istifadə hüququna yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri: əri (arvadı); valideynləri və övladları; bundan başqa, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəsilinin müvafiq müddəalarına uyğun olaraq, yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər (nənə(baba)nəvə; bacı-qardaş və s.) malikdirlər. Göründüyü kimi cavabdehlər mülkiyyətçiyə münasibətdə yuxarıda təsbit edilmiş ailə üzvləri sırasına daxil deyildirlər və qarşılıqlı olaraq onların saxlanılmasını tələb etmək hüquqları da yoxdur. Konstitusiya Məhkəməsinin Plenumu özünün N.S.Cəbrayılovanın şikayəti üzrə çıxardığı 02 dekabr 2010-cu il tarixli qərarında da göstərmişdir ki, “mülkiyyətçinin razılığı” müddəasına verilmiş şərh MM-in 228.5-ci maddəsinə bütövlükdə deyil, həmin maddənin yalnız “digər ailə üzvlərinin (ərinin, arvadının) köçürülməsinə mülkiyyətçinin razılığı ilə yol verilir” müddəasına aiddir və mülkiyyətçinin özünün ailə üzvlərinə şamil olunmur. Məhkəmə hesab edir ki, cavabdehin mübahisəli evdə qeydiyyatda olması, onların həmin evə yaşayış və istifadə hüququna malik olması anlamına gələ bilməz. Belə ki, pasport qeydiyyatında olmaq həmin yaşayış evinə yaşayış və istifadə hüququnun yaranmasına əsas vermir. Beləliklə cavabdehin mübahisə predmeti olan evdə istifadə hüquqlarının olması ümumiyyətlə öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə hesab edir ki, X4 iddiaçıya məxsus evdən çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X4 İddiaçı mülkiyyətində olan Tovuz şəhəri X11 küçəsi, ev 33 ünvanında yerləşən ümumi sahəsi 55.1 kv.m, yaşayış sahəsi 41,2 kv.metr olan 2 nömrəli mənzildən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar