Məhkəmə qərarları › İş №2(062)-2212/2023

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-2212/2023

20.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-2212/2023 20.12.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, Ərizəçinin vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqı şəxs X3 Xidmət mərkəzinin notariat ofisinə oğluna qarşı "mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə" dair iddiası üzrə mülki işə məhkəmə hazırlıq iclasında baxaraq , məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə muraciət edərək mərhum X1 qalmış mirasın, yəni Ərizəçi tərəfindən qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin vəkili və nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək ərizənin baxılmamış saxlanılmasını və ərizəyə əlavə olunmuş sənədlərin geri gaytarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxsə rəsmi məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 170.1-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının vəsatəti əsasında ərizə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 170, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi maraqı şəxs X3 Xidmət mərkəzinin notariat ofisinə oğluna qarşı "mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə"dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar