Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2223/2024 25.09.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı, cavabdeh X8 Kompleksi MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh X8 Kompleks MMC-yə qarşı “əmrin ləğv edilməsi” tələbinə iddia ərizəsinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X8 Kompleksi MMC-yə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək X9 MMC-nin direktoru X2 tərəfindən verilmiş xx.xx.2024- cü il tarixli 39 saylı əmrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X8 Kompleks MMC-nin direktoru X3 ilə 13.01. 2023- cü il tarixdə xxxxxxx000300 nömrəli əmək müqaviləsi bağlanmışdır. xx.xx.2024- cü il tarixli 39 saylı əmrlə onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmiş və AR ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən işdən azad edilmişdir. Barəsində verilmiş əmrdə işdən azad edilməsinin səbəbi kimi işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozulması qeyd edilmişdir. xx.xx.2024- cü il tarixli 39 saylı əmrdə bildirilir ki, Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç”( 72-ci maddənin a bəndinə- özünün xəstəliyi ,yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi 32 gün) bəndinə uyğun olaraq xx.xx.2024- cü il tarixdən xitam verilmiş və işçi ilə son haqq-hesab aparılsın, İddiaçı son haqq-hesabı, əmək kitabçası və əmrin surəti ƏM-nin 83-cü maddəsinin 2-ci bəndinə əsasən son iş günü verilsin. xx.xx.2023- cü il tarixdən xx.xx.2024- cü il tarixə qədər olan son haqq-hesab qanunvericiliyə uyğun şəkildə hesablanaraq mühasibatlığa əlavə edilsin. Azərbaycan Rerspublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən işçi bir təqvim ayı qabaqcadan işə götürənin yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Cavabdeh onu qərəzli olaraq AR ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən işdən azad etmişdir. Belə ki, X9 MMC-nin direktoru 3 aydır ki, ona bildirir ki, öz ərizəsi ilə işdən çıxsın. O isə demişdir ki, üzərinə düşən öhdəlikləri yerinə yetirir. İşdən çıxmağına səbəb yoxdur. Prokurorluğa şıkayət edəcəyini, aidiyyati qurumlara şikayət edəcəyini bildirdiyinə görə cavadeh onu qərəzli olaraq işdən azad etmişdir. İşlədiyi müddətdə heç bir əmək intizamını pozmamış, həmişə yaxşı işçilər sırasında olmuş, öhdəsinə düşən işi vaxtında və layiqincə yerinə yetirmişdir. Onu işdən çıxardan müdiriyyətə bildirmişdir ki, ailə vəziyyəti son dərəcə ağırdır. Ona görə də qərəzli olaraq barəsində belə bir əmrin verilməsini AR ƏM-nin maddələrinin və normalarının pozulması kimi qiymətləndirilir. Odur ki, X9 MMC-nin direktoru X2 tərəfindən onun barəsində xx.xx.2024- cü il tarixli 39 saylı əmrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında göstərdi ki, hər ay mənim əmək haqqımdan tutulmalar olurdu. Bütün bunlarla bağlı şikayət etməsin deyə onu işdən çıxardıblar. 03 iyun 2024-cü ildə Gənclər və İdman Nazirliyində olduğundan saat 4 radələrindən işdən çıxmışdır. O telefon zəngini saxlamadığından nazirlikdən ona zəng edib, onu nazirliyə dəvət edən şəxsin kimliyini xatırlamır. 04 iyun 2024-cü ildə tərtib edilmiş aktla bağlı isə onu deyə bilər ki, o İlahə adlı, ata uzaq bir qohumunun hüzr yerinə getmişdir. 06 iyun 2024-cü ildə tərtib edilmiş aktla bağlı isə onu deyə bilər ki, o 4-5 iyun tarixlərində nazirlikdə olmuş və bu barədə işə götürəni məlumatlandırmışdır.01 iyun 2024cü ildə tərtib edilmiş akta bağlı onu qeyd edir ki, o səhər işə getsə də, görmüşdür ki, onun adını davamiyyət jurnalından çıxarıblar. Ona dedilər ki, sən artıq buranın işçisi deyilsən. Məhkəmə iclasında iştirak edən cavabdeh X8 Kompleks MMC-nin nümayəndəsi X4 iddianı qəbul etmədi və izahatında göstərdi ki, İddiaçı barəsində 02 may 2024- cü il tarixdə icazəsiz olaraq iş yerini tərk etdiyinə görə ona sonuncu xəbərdarlıq və töhmət elan olunmuş və bu barədə 34 saylı 02 may 2024- cü il tarixli əmr də verlmişdir. Yenidən iddiaçı 22 may və 29 may 2024- cü il tarixlərin də icazəsiz olaraq işə gəlməmişdir. Bu səbəbdən də iddiaçı barədə sonuncu xəbərdarlıq və töhmət elan olunmuşdur. İddiaşı əmək funksiyalarını kobud surətdə pozmuş, onun barəsində intizam tənbehi tətbiq edilmişdir.Hər dəfə intizam tənbehi tətbiq edildikdə qanuna müvafiq qaydada sənədləşmə işləri də aparılmışdır. X8 Kompleksi elə bir obyektdir ki, işçinin işinə səhlənkar yanaşması gələn qonaqların kütləvi narazılığına səbəb ola bilər. Nəyinki Respublikanın ayrı-ayrı yerlərindən, hətta elə tədbirlər olurki,xarici ölkələrdən də qonaqlar gəlir. Günel isə məsuli bir bir vəzifə sahibidir. Suyun kimyəvi təmizlənməsinə məsuldur. Ondan başqa həmin işi görə biləcək işçi yoxdur. O da işinə dəfələrlə səhlənkar münasibət göstərmişdir. Ona görə də iddianın təmin olunmamasını xahş edir. Məhkəmə tərəfləri dinləyib işdə olan sənədləri tam və hərtərəfli araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia təmin olunmamalıdır. Belə ki, işə əlavə olunmuş M.N.Süleymanov, A.B.Yolçuyeva, M.H.Qurbanova və FG.F.Əliyev tərəfindən imzalanmış 03 iyun 2024 cü il tarixli aktan görünür ki, iddiaçı 03 iyun 2024-cü ildə saat 16 radələrində heç kimsəyə demədən iş yerini tərk etmişdir. İşə əlavə edilmiş 04 iyun 2024- cü il tarixli aktdan görünür ki, İddiaçı həmin tarixdə saat 9:30 radələrində heç kimsəyə demədən işə gəlməmişdir. 06 iyun 2024- cü il tarixli aktdan görünür ki, İddiaçı 04-05 iyun 2024-cü il tarixlərində heç kimsəyə demədən işə gəlməmişdir. Z.S.Quliyev, N.Muradova, M.Abdiyeva, N.Əhmədova, Y.Həsənova, Ü.Mahmudova, K.Mehdiyev və digərləri tərəfindən imzalanaraq tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, görüləcək işlər və keçirilməsi nəzərdə tutulan velosiped yarışı ilə əlaqədar təyin edilmiş iclasda İddiaçı iştirak etməmişdir. İşə əlavə olunmuş 20 iyun 2024- cü il tarixli 39 saylı əmrin surətindən görünür ki, Azərbaycan Respublikası ƏM-nin 70- ci maddəsinin “ç”- işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək müqviləsini kobud şəkildə pozulduqda” maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. İşə əlavə olunmuş xx.xx.2024-cü il tarixli, 37 nömrəli əmrdən görünür ki, İddiaçı 22 may 2024-cü il və 29 may 2024-cü illlərdə icazə verilmədən işə gəlməmiş və izahat vermək təklif edilərkən səs-küy salmışdır. Buna görə də ona sopnuncu xəbərdarlıqla töhmət verilmişdir. İşə əlavə olunmuş 22 may 2024-cü il tarixli, 34 saylı saylı əmrdən görünür ki, İddiaçı 02 may 2024-cü ildə, saat 14:15-dən, 15:12-yə dək işdə olmadığından ona töhmət elan edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işdən azad edilmişdir. Belə ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işçi özünün əmək funksiyası və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə və bu Məcəllənin 72-ci maddəsində sadalalanan hallarda əmək vəzifəsini kobud şəkildə pozduğuna görə əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə qeyd edir ki, əmək müqaviləsi bildirişində Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallara görə ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilmişdir. Yəni, işçinin bir əsasa görə işdən azad edilməsi ilə bağlı Əmək Məcəlləsinin tələbləri gözlənilmişdir. İddiaçı əmri aşağıda qeyd edilənlərə görə əsassız hesab edir:
1. Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işə götürəni xəbərdar etməlidir. 2.Cavabdeh qərəzli olduğundan onu işdən azad etmişdir. 3.İşlədiyi müddətdə heç bir əmək intizamını pozmamışdır. Məhkəmə iddiaçının 1-ci dəlilini əsassız hesab edir. Belə ki, iddiaçı qeyd edir ki, Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işə götürəni xəbərdar etməlidir. Məhkəmə həmin dəlillə bağlı onu qeyd edir ki, həqiqətən də Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işə götürəni xəbərdar etməlidir.Ancaq burada söhbət işə götürəndən deyil, işçidən gedir. Yəni, Əmək Məcəlləsinin 69-cu maddəsi əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydasını müəyyən edir. Məhkəmə iddiaçının 2-ci dəlilini də əsassız hesab edir. Yəni, cavabdeh ona qarşı qərəzli münasibət sərgiləmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh qərəzli münasibətin nədən ibarət olmasına dair sübutlar təqdim etməmişdir. O izahatında hər ay onun əmək haqqından tutulmalar olmasını qeyd etməsi ilə bağlı dəlillərə münasibətdə məhkəmə onu qeyd edir ki, əmək haqqını tam almayan bir işçinin belə hallar olduğu təqdirdə həmin iş yerində işini davam etdirməsi və yaxud bununla bağlı əmək mübahsiələrini həll edən orqanlara müraciət etməməsi inandırıcı deyildir. Məhkəmə iddianın 3-cü dəlilini də əsassız hesab edir. Belə ki, iddiaçı iddia edir ki, işlədiyi müddətdə heç bir əmək intizamını pozmamışdır. İşdə olan sənədlərlə və aktlarla müəyyən edilir ki, iddiaçı dəfələrlə əmək intizamını pozmuş və bununla bağlı intizam tədbirləri də tətbiq edilmişdir. Beləliklıə iddiaçının irəli sürdüyü dəlillər işə götürənin əmrinin ləğv edilməsi üçün əsas deyildir. İddiaçının dəlillər ilə yanaşı məhkəmə əmrin qanuni olub-olmamasına hüquqi qiymət verilməsini zəruri hesab edir.Belə ki, dəlillərdən asılı olmayaraq iddiaçı əmrin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə araşdırılması zamanı mübahisələndirilən əmrin ləğv edilməsi üçün hüquqi əsaslar müəyyən edilməmişdir. İşdə olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı X8 Kompleksi MMC-də suyun kimyəvi təmizlənməsi üzrə aparatçı vəzifəsində işləmişdir. Üzgüçülük hovuzu, beşmərtəbəli mehmanxanası, idman zalı, məşq zalları, mini futbol, voleybol, basketbol, həndbol meydançaları, kiçik idman zalı, trenajor zalı və köməkçi otaqları, ərazisində açıq futbol stadionu, açıq voleybol və basketbol meydançaları, həmçinin açıq tennis kortu olan böyük idman kompleksinə əmək funksiyalarını layiqincə yerinə yetirən suyun kimyəvi təmizlənməsi üzrə mütəxəssisin olması zəruridir. Belə ki, həmin kompleks nəyinki, yerləşdiyi rayonun qonaqlarına, hətta ölkə daxili və ölkə hüdudlarından kənardan gələn qonaqlara xidmət göstərməklə dövlətin idman sahəsində qarşıya qoyduğu məqsədlərə böyük töhfələr verir. Belə bir yerdə suyun kimyəvi təmizlənməsi üzrə mütəxəssisin müxtəlif vaxtlarda işdə olmaması və görüləcək işlərlə bağlı rəhbərlik tərəfindən təşkil edilmiş tədbirlərdə iştirak etməməsi işçinin əmək funksiyaların kobu şəkildə pozulması işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi deməkdir. Bundan başqa da iş materiallarından göründüyü kimi işçi bir neçə dəfə işə götürəni xəbərdar etmədən, heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməklə də əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Məhkəmə qeyd edir ki, işçinin Əmək Məcəlləsi ilə mühafizə edilən hüquqları olduğu kimi həmin Məcəllədən irəli gələn vəzifələrə də vardır. Həmin Məcəllənin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Məhkəmə qeyd edir ki, uzaq bir tanışının yas mərasiminə uyğun olmayan vaxtda, icazəsiz getməsi, iki gün ardıcıl olaraq işə götürənin icasəzi olmadan nazirliyə getməsi kimi hallar əmək vəzifələrinin kobud şəkildə pozulması olmaqla əmək intizamına laqeyd münasibətin göstəricisidir. Bundan başqa məhkəmə onu da qeyd edir ki, Günelin nazirliyə getmək adı ilə iş yerini tərk etməsi ciddi bir zərurətdən irəli gəlməmişdir. Belə ki, onun günorta saat 4-də Tovuz şəhərindən çıxaraq Bakıya çatması və qəbulda olması, həmin gün iş vaxtının bitməsi baxımından inandırıcı deyildir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Beləliklə məhkəmə hesab edir ki, işə götürən Əmək Məcəlləsinin 186-cı maddəsində nəzərdə tutulmuş hüquqlarından istifsadə etməkdə haqlı olmuşdur. Mübahisələndirilən qərarın ləğvi üçün hüquqi əsalar mövcud deyildir. Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Həmin Məcəllənin 71-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşə götürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 72- ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı cavabdeh X8 Kompleksi MMC-yə qarşı xx.xx.2024-cü il tarixli 39 saylı əmrin qanunsuz hesab edilməsi və ləğv edilməsi barədə iddiası təmin olunmasın. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov