Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2239/2023 04.10.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1994-cü il tarixdə Tovuz rayonu Xatınlı kəndində anadan olmuş qardaşı X1 xx.xx.2014-cü il tarixdə Tovuz Rayon Xatınlı kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qardaşı X2 xx.xx.1994-cü il tarixdə Tovuz Rayon Xatınlı kəndində anadan olmuş və xx.xx.2014-cü il tarixdə Tovuz rayonu Xatınlı kəndində bədbəxt hadisə nəticəsində vəfat etmiş, həmin kənd qəbiristanlığında da dəfn olunmuşdur. Hazırda qardaşı Ramil İsmayılovun ölüm akt qeydiyatının tapılmaması səbəbindən o, qardaşına münasibətdə mülkiyyət hüququndan istifadə edə bilmir. Belə ki, Tovuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 13 saylı qərarı ilə ailə üzvlərinə Tovuz Rayon Xatınlı kəndi ərazisindən həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. Mərhum qardaşı X2 həmin torpaq sahələrinin mülkiyyətçilərindən biridir və onun ölüm haqqında şəhadətnaməsinin tərtib edilməməsi səbəbindən onlar torpaq sahələri üzərində mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Ona görə də, xx.xx.1994-cü il tarixdə Tovuz rayonu Xatınlı kəndində anadan olmuş qardaşı X1 xx.xx.2014-cü il tarixdə Tovuz Rayon Xatınlı kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştrak edən Ərizəçi ərizəsini müdafiə edib təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb və qeyd olunan hüquq normasını nəzərdən keçirib hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli Tovuz rayon Mərkəzi xəstəxanasının PHŞ-nin Xatınlı ASM bölməsinin arayışından görünür ki, X2 xx.xx.2014-cü il tarixdə Tovuz rayonu Xatınlı qəbiristanliğında dəfn olunmuş,lakin ölüm haqqında sənəd onlara təqdim edilmədiyinə görə mərhumun adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. iş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 64 nömrəli arayışından görünür ki, X1 ölümünü təsdiq edən müvafiq sənədlər təqdim edilmədiyindən ölüm haqqında məlumatın müəyyən edilməsi məqsdədilə “Vətəndaşların vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminəxx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olmamışdır. iş materiallarında olan xx.xx.2023-cü il tarixli Xatınlı kənd İƏD üzrə nümayəndəsinin arayışdan görünür ki, X2 xx.xx.1994-cü il tarixdə anadan olmuşdur. Bacısı Ərizəçi deməsinə görə xx.xx.2014-cü il tarixdə Tovuz rayonu Xatınlı kənd qəbirsitnlığında dəfn olmuşdur. İş materiallarında olan JN-681 Kod 50300188 saylı dövlət aktından görünür ki, Tovuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 13 saylı qərarı ilə mərhum X1 adına həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.1994-cü il tarixdə Tovuz rayonu Xatınlı kəndində anadan olmuşdur. İş materiallarında olan Tovuz Rayon Prokurorunun köməkçisinin xx.xx.2014-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarından görünür ki, X1 elektrik cərəyanının təsirinə məruz qalaraq ölməsi faktı üzrə hər hansı bir şəxsin əməlində cinayət tərkibi müəyyən edilmədiyindən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.8-ci maddəsinə görə, məhkəmə müvafiq icra hakimiyyəti orqanının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə müvafiq olaraq məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşin araşdırılan hallarından müəyyən olunur ki, ölüm faktını təsdiq edən tibb şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 309.1-ci maddəsində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə ərizəçinin izahatındakı məlumatlara və mülki işdə olan sənədlərdəki məlumatlara əsaslanaraq hesab edir ki, Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən xx.xx.1994-cü ildə doğulmuş X1 xx.xx.2014-cü ildə Tovuz rayon Xatınlı kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir.Ərizəçi isə 20 iyul 2014-cü ildə qardaşının ölməsini bildirsə də, məhkəmə araşdırılması zamanı onun 18 iyul 2014-cü ildə ölməsi müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. xx.xx.1994-cü ildə doğulmuş X1 xx.xx.2014-cü ildə Tovuz rayon Xatınlı kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-2239/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2239/2023
04.10.2023 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver