Məhkəmə qərarları › İş №2(062)-2281/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2281/2024

14.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2281/2024 14.10.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi doğumun qeydə alınması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Tovuz şəhərində 14 oktyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 08 mart 2000- ci ildə vəfat etmiş atası X3 1939- cu ildə Tovuz rayonunda anadan olmasının qeydə alınması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında göstərdi ki, o 15 mart 1963-cü ildə X5 ilə X6 birgə nkahlarından anadan olmuş və X1na məxsusu evdə doğulub boya-başa çatmış və həmin evdə yaşamaqla bu gunədək həmin evdə yaşayır. X1 16 iyun 1996-cı il tarixdə, atası X5 isə 08 mart 2000-ci il tarixdə vəfat etmişdir. Atası barədə maraqlı şəxsdə doğum akt qeydi kitabında qeydiyyat aparılmadığından atası barədə doğum haqqında şəhadətnamə verilməmişdir. Tovuz rayonu Qeydiyyat Şöbəsində doğum akt qeydi kitabında qeydiyyat aparılmamışdır. Bu səbəbdən də vərəsəlik hüquqna dair şəhadətnamə ala bilmir. Odur ki, 08 mart 2000- ci ildə vəfat etmiş atası X3 1939-cu ildə Tovuz rayonunda anadan olmasının qeydə alınması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, işə əlavə olunmuş pasportun surətindən görünür ki, X5 1939-cu ildə Tovuz rayonunda anadan olmuşdur. İşə əlavə olunmuş Tovuz Rayon Qeydiyyat şəbəsinin məhkəməyə təqdim etdiyi arayışdan görünür ki, X5 08 mart 2000-ci ildə vəfat etmişdir. İşə əlavə olunmuş arayışdan görünür ki, X3 doğumu haqqında akt qeydi aşkar olunmamışdır. İşə əlavə olunmuş arxiv arayışından görünür ki, X3 1939-cu ildə anadan olması qeyd edilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, ərizəçinin atası X5 1939-cu ildə Tovuz rayonunda anadan olmuşdur. Onun 1939-cu ildə anadan olması mülki işə əlavə olunmuş arxiv arayışı, köhnə sovet pasportunun surəti ilə müəyyən olunur. X5 08 mart 2000- ci il tarixdə vəfat etmişdir. Onun barəsində doğum akt qeydi kitabında heç bir qeydiyyat aparılmamış və bu səbəbdən də onun haqqında doğum şəhadətnaməsi verilməmişdir. Bu səbəbdən də ərizəçi mirasa dair vərəsəlik hqüuna dair şəhadətnamə ala bilmir. Yenidən doğum haqqında şəhadətnamənin verilməsi üçün müvafiq sənədlərin toplanması qeyri mümkündür. Ona görə də bu fakt məhkəmə qaydasında müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, ərizəçinin doğulması Maraqlı şəxsndə qeydə alınmadığından ona doğum haqqında şəhadətnamə verilməsi mümkün deyil və onun göstərilən tarixdə doğulması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220 və 234 maddələrini rəhbər tutaraq məhkəmə , Q Ə T E T D İ: Ərizə təmin edilsin. 08 mart 2000-ci ildə vəfat etmiş X3 1939-cu ildə Tovuz rayonunda doğulmasının qeydə alınması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar