Məhkəmə qərarları › İş №2(062)-2286/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2286/2024

28.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2286/2024 28.10.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Tovuz regional “Asan Xidmət” mərkəzinin Notariat Ofisinə qarşı «qohumluq faktının müəyyən olunması» tələbinə dair ərizəsi üzrə mülki işə Tovuz şəhərində 28 0ktyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəmədə maraqlı şəxs Tovuz rayon Notariat Ofisinə qarşı ərizə ilə müraciət edərək mərhum X6 ilə qohumluq münasibətində olması, yəni onun babası olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, mərhum X6 babasıdır. Babası 23 oktyabr 1960-cı ildə, atası10 yanvar 2006-cı ildə vəfat etmişdir. X11 Tovuz şəhəri E. Quliyev Küçəsi döngə 4, ev6 ünvanda fərdi yaşayış evi var. X11 ölümündən sonra ondan miras qalmış mülkü atası Saleh Süleymanov qəbul etmişdir. Atası mirası birinci növbəli vərəsə kimi qəbul etmşdir. Hal-hazırda babasından miras qalmış mülkü özü idarə edir.Həmin mirasa vərəsəlik hüquna dair şəhadətnamə almaq məqsədi ilə müraciət etdikdə babası ilə onun qohumluq münasibəti müəyyən olunmadığından ona vərəsəlik hüququna dair şəhadətnamə verilməsindən imtina edilmişdir. Odur ki, mərhum X3 babası olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxs Tovuz rayon Notariat Ofisinə rəsmi məhkəmə bildirişi göndərilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, ərizə qanuni və əsaslıdır və aşağıdakı əsaslara əsasən, təmin edilməlidir. İşə əlavə olunmuş Tovuz regional Asan Xidmət mərkəzi Notariat ofisinin 28 .02. 2024cü il tarixli, 848 saylı məktubundan görünür ki, Ərizəçi ilə mərhum X3 qohumluğunu təsdiq edən sənədlər təqdim edilmədiyi üçün mərhumdan qalmış mirasa dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək mümkün olmamışdır. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamədən görünür ki, X6 23 oktyabr 1960-cı ildə vəfat etmişdir. İşə əlavə olunmuş arayışdan görünür ki,ərizəçinin atası X4 və X4 adına doğum akt qeydi aşkar olunmamışdır. İşə əlavə olunmuş arayışdan görünür ki, ərizəçı Ərizəçi xx.xx.1962-cı ildə anadan olmuşdur və ərizəçinin atası X7, anası X8r. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, o Ərizəçi qonşusudur.Mübarizin babasını görməsə də onun atasını tanıyırdı. Onların yaxın qohumları arasında ögey qohumluq əlaqələri olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, mərhum X6 ərizəçinin babasıdır. X6 20 iyul 1960-cı ildə vəfat etmişdir. Hazırda mərhum adına olan evi və torpağı ərizəçi idarə edir. Ərizəçi Tovuz Rayon Notariat Ofisinə mirasın qəbulu ilə bağlı müraciət etsə də, mərhum X6 ilə qohumluq münasibətlərinə dair heç bir hüquqi sənəd aşkarlanmamışdır. X1 qalan mirasın qəbul edilməsi üçün qohumluq münasibətində olması faktı müəyyən edilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli Qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, Azərbaycan RespublikasıMPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Mülki Məcəllənin 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. İşdə olan sənədlərdən görünür ki, X2 miras qalmış əmlak ünvan 2 ünvanında yerləşir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. 02 iyun 2022-ci ildə notariat orqanı tərəfindən təsdiqlənmiş ərizədən görünür ki, X3 Ərizəçi başqa vərəsəsi yoxdur. görünür ki, X9 digər vərəsələrinin olub-olmaması barədə notariat ofisində heç bir məlumat yoxdur. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında müəyyən olundu ki, ərizəçinin babası X5r. Bu fakt məhkəmə qaydasında müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2 maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üçün toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi 23 oktyabr 1960-cı il tarixdə ölmüş mərhum X6 ilə qohumluq münasibətində olması, yəni X3 Ərizəçi babası olması faktı müəyyən olunsun. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar