Məhkəmə qərarları › İş №2(062)-2290/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2290/2025

16.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2290/2025 16.09.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi X9 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Tovuz rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində göstərilməklə “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi Ərizəçi “doğumun qeyd edilmə faktının müəyyən edilməsi”nə dair ərizə ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən X1 xx.xx.1936-cı il tarixdə Tovuz rayonu Aşağı Quşçu kəndində, bibisi X2 xx.xx.1930-cu il tarixdə Tovuz rayonu Aşağı Quşçu kəndində doğulması barədə doğumun qeyd edilməsi faktının müəyyən olunması, onların barəsində tərtib üsilmiş doğum akt qeydind atasının Tağıyev ƏmiraslanTağı oğlu, anasının isə X8 göstərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o xx.xx.1980-ci il tarixdə X7 ilə X10 birgə nikahlarından doğulmuşdur. Atasının bacısı olan X5 rəsmi nikahda olmamış, atasi ilə, yəni onarla bir təsərrüfatda yaşamış və onlardan başqa ailə üzvləri olmamışdır. Tovuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 26 saylı qərarına əsasən, mərhum X6na və mərhum bibisi X4 Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisindən 0,37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair torpağa mülkiyyət hüququna dair JN1485 saylı (kod ********) dövlət aktı tərtib olunmuşdur. X6 xx.xx.1999-cu il tarixdə, bibisi X5 xx.xx.2015-ci il tarixdə, atası X7 isə xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. O, nənə və bibisindən miras qalmış torpaq sahəsini faktiki olaraq qəbul etmiş, bir neçə ildir ki, həmin torpaq sahəsini təyinatı üzrə istifadə etmişdir. Hazırda həmin əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Tovuz Regional "ASAN xidmət mərkəzi" Notariat Ofisinə müraciət etmişdir. X1 və bibisi X2 doğum akt qeydinin qeydiyyat şöbəsində tapılmaması səbəbindən həmin miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Bu fakt ona nənə və bibisindən qalmış miras əmlaka dair vərəsəlik hüququndan istifadə etməyi üçün gərəklidir. Tərəflərin izahatları Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş maraqlı şəxs Tovuz rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq olunan faktlar Tovuz rayon Aşağı Quşçu kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli AZ № 007216 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X15 xx.xx.1999-cu il tarixdə Tovuz rayonu Aşağı Quşçu kəndində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1999-cu il tarixdə 32 nömrəli akt qeydi tərtib edilmişdir. Tovuz regional “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan (imtina rəyi) müəyyən olunur ki, mərhumla qohumluq əlaqəsini təsdiq edən sənədləri (X1 doğum haqqında şəhadətnaməsi) təqdi edilməmişdir. Bu səbəbdən müraciəti rəsmiləşdirmək mümkün deyildir. Ona görə də vətəndaşa məhkəməyə müraciət etməsi izah edilmişdir. Tovuz rayon Aşağı Quşçu kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli AZ-İ № 648041 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 xx.xx.2013-cü il tarixdə Tovuz rayonu Aşağı Quşçu kəndində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 01 nömrəli akt qeydi tərtib edilmişdir. Tovuz rayon Aşağı Quşçu kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1668 nömrəli arayışa əsasən müəyyən olunur ki, Tovuz rayon Aşağı Quşçu kənd sakini mərhum X5 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Mərhum vəfat etdiyi günə qədər Tovuz rayon Aşağı Quşçu kəndində qeydiyyatda olmuşdur və yaşamışdır. Tovuz regional “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan (imtina rəyi) müəyyən olunur ki, X5 ilə qohumluğu təsdiq edən sənədlərin olmadığı müəyyən edilməmiş, eyni zamanda mərhumdan qalmış mirasın tərəfindən qəbul edilməsi faktı müəyyən edilməmişdir. Bu səbəbdən müraciəti rəsmiləşdirmək mümkün deyildir. Ona görədə vətəndaşa məhkəməyə müraciət etməsi izah edilmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi Maddə 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Maddə 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 311.Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarı

4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

Məhkəmənin mövqeyi Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etməsini atası və bibisindən qalmış miras əmlaka dair vərəsəlik hüququndan istifadə etməyi ilə əsaslandırmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçinin atası X7 xx.xx.1936cı il tarixdə və bibisi X5 xx.xx.1930-cu il tarixdə Tovuz rayonu Aşağı Quşçu kəndində doğulmuşlar. Məhkəmə hesab edir ki, iş materiallarında ərizəçinin X1 və X2 həqiqətən göstərilən tarixdə və göstərilən yerdə doğulması barədə qeyd aparılmasına dair kifayət qədər sübut vardır. Belə ki, qeyd edilən bu xüsusatlar məhkəmə iclasında dindirilmiş şahid ifadələri, ərizəyə əlavə edilmiş sənədlərlə də öz təsdiqini tapır. Məhkəmə vurğulayır ki, Ərizəçi bir sıra hüquq və azadlıqlarının həyata keçirilməsi üçün mühüm əhəmiyyəti olan hazırki ərizənin təmin edilməməsi onun məhkəmə müdafiəsndən yararlanmaq hüququnun pozulmasına səbəb olardı. Çünki ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyil ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqlarını pozmamaq şərtilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəm müdafiəsinin səmərəsizliyi digər konstitusion hüquqların effektivliyinə də mənfi təsir göstərə bilər. Bundan başqa, iş materiallarından görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda X3 və X2 doğum faktını təsdiq edən müvafiq qeyd yoxdur. Nəzərə alınmalıdır ki, qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”, bənd 1.4). Bu vəziyyətdə ərizəçinin məhkəməyə müraciət etməkdən başqa yolu qalmamışdır. Ailə Məcəlləsinin 53-cü maddəsinə əsasən uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. Atalıq müəyyən olunmadıqda uşağa ad ananın göstərişi ilə, ata adı bu Məcəllənin 46.3-cü maddəsinə uyğun olaraq uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir. Göründüyü kimi doğum haqqında şəhadətnamədə uşağın ad, soyad və ata adının hansı isimlərlə göstərilməsi məsələsi məhkəmə tərəfindən deyil, göstərilən qaydalara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı, yəni qeydiyyat şöbəsi tərəfindən həll edilir.

Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd olunanları, ərizəçinin doğumu təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X7 xx.xx.1936-cı il tarixdə və X5 xx.xx.1930-cu il tarixdə Tovuz rayonu Aşağı Quşçu kəndində doğumu faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. X3 xx.xx.1936-cı il tarixdə və X2 xx.xx.1930-cu il tarixdə Tovuz rayonunda Aşağı Quşçu kəndində doğulması faktı müəyyən edilsin, onların doğum haqqında akt qeydində ata adı X11, ana adı X15 göstərilsin. Ərizəçi tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar