Məhkəmə qərarları › İş №2(062)-233/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-233/2025

10.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-233/2025 10.02.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, Ərizəçi X2 iştirakı ilə, Ərizəçi X2 qarşı (Maraqlı şəxs) “doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi X5 ərizə ilə məhkəməyə müraciət edərək, atası X15, anası X4 olmaqla 1957ci il tarixdə Gədəbəy rayonu, Tikdaş kəndində doğumunun vətəndaşlıq vəziyyəti aktları qeydiyyatında qeyd edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 1957-ci ildə X15 ilə X1 birgə yaşayışlarından, Gədəbəy rayonu Tikdaş kəndində anadan olmuşdur. 1981-ci ildə X13 ilə rəsmi qaydada evlənmiş və birgə nikahlarından doqquz uşaqları olmuşdur. Doğum haqqında şəhadətnamə olmadığından onun əmək pensiyası dayandırılmışdır. O, doğum haqqında şəhadətnamənin verilməsi məqsədi ilə maraqlı şəxsə müraciət etsə də, onun doğum haqqında şəhadətnaməsi olmadığı və barəsində doğum akt qeydləri kitabında qeydiyyat aparılmadığı müəyyən olunmuşdur. Doğum haqqında şəhadətnamə verilməsi üçün müvafiq sənədləri toplayıb maraqlı şəxsə vermək qeyri mümkundür. Bu səbəbdən də, məcbur olub ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi tələbini müdafiə edərək, doğum akt qeydinin bərpa edilməsini və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə ərizə ünvanlayaraq nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 XX.XX.1957-ci il tarixdə Tovuz rayonu, Çeşməli kəndində anadan olmuşdur. İş materiallarında olan Tovuz rayon Çeşməli kənd sovetliyi tərəfindən verilmiş xx.xx.1981-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 və X6 xx.xx.1981-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, nikah bağlandıqdan sonra ərə “Vəliyev”, arvada “Vəliyeva” soyadı verilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli imtina rəyindən görünür ki, müraciətə cavab olaraq bildirilmişdir ki, xx.xx.1957-ci ildə anadan olmuş X5 barəsində doğum haqqında akt qeydi “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində, Maraqlı şəxs arxivində, Çeşməli kənd icra nümayəndəliklərinin akt qeyd kitablarında yoxlama aparılmış doğum haqqında akt qeydi aşkar olunmamışdır. Bu səbəblə aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İş materiallarına əlavə edilən Gədəbəy Rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, 1957-ci ildə Gədəbəy rayonu Tikdaş kəndində anadan olmuş X3 doğumu haqqında Gədəbəy rayon qeydiyyat şöbəsi və Böyük Qaramurad kənd İƏD-si üzrə 1954-1960-cı illər üzrə yoxlama aparılmış və ilkin doğum haqqında akt qeydi aşkar olunmamışdır. Doğum haqqında akt bərpa qeydləri xx.xx.1958-ci ildən xx.xx.1975-ci ilədək yoxlanılmışdır. "Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, X5 onun qonşusu olub. Münasibətləri yaxşıdır, ədavətləri yoxdur. Diləfürüzün atasının adı Qara, anasının adı Səkinədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, X5 onun əmisinin qızıdır. Münasibətləri yaxşıdır, ədavətləri yoxdur. Diləfürüzün atası Qara, anası Səkinə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, X5 onun əmisinin qızıdır. Münasibətləri yaxşıdır, ədavətləri yoxdur. Diləfürüzün atası Qara, anası isə Səkinə olmuşdur. Səkinə 2018-ci ildə vəfat etmişdir. Məhkəmə qeyd edir ki, ərizəçinin izahatı, şahidlərin ifadəsi və işin materialları ilə X2 1957-ci ildə Tovuz rayonu, Çeşməli kəndində doğulması, atasının X15, anasının X4 olması tam sübuta yetirilir. Mülki işin materiallarından da görünür ki, ərizəçi X2 doğum haqqında şəhadətnamənin bərpası üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin doğum akt qeydinin bərpası üçün lazım olan sənədlər təqdim olunmadığına görə onun doğum akt qeydinin bərpasından imtina olunmuşdur. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi X2 doğumunun qeydi faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, vətəndaşlıq vəziyyəti aktları qeydini bərpa etməli olan yeganə orqan qeydiyyat şöbəsi X2 doğum akt qeydinin bərpa etməkdən və yeni doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki X2 doğumunun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi öz adına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə X2 atası X15, anası X4 olmaqla XX.XX.1957-ci il tarixdə Tovuz rayonu, Çeşməli kəndində doğumunun vətəndaşlıq vəziyyəti aktları qeydiyyatında qeyd edilməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, verilmiş ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X2 atası X15, anası X4 olmaqla XX.XX.1957-ci il tarixdə Tovuz rayonu, Çeşməli kəndində doğumunun vətəndaşlıq vəziyyəti aktları qeydiyyatında qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar