Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2341/2024 16.09.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «doğum faktının təsdiq olunması» barədə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizəsinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Ərizəçi Maraqlı şəxsnə qarşı «doğum faktının təsdiq olunması» barədə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək qızı Esmanın xx.xx.2018-ci il tarixdə, oğlu Arasın isə xx.xx.2023-cü il tarixdə Tovuz rayonu, Yanıqlı kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 2017-ci ilin sentyabr ayının 29-da X3 ilə evlənib ailə qurmuşdur. Onların birgə yaşayışlarından xx.xx.2018-ci ildə Esma adlı uşaqları doğulmuşdur. Bundan sonra aralarında olan narazılıq ucbatından faktiki ayrılmışlar. Lakin ailə münasibətlərini bərpa etmiş və xx.xx.2023-cü ildə Aras adlı uşaqları da doğulmuşdur. Hər iki uşaq onun valideynlərinə məxsus Yanıqlı kəndində yerləşən fərdi yaşayış evində doğulmuşdur. Aralarında olan narazılıqlara görə uşaqlara doğum haqqında şəhadətnamələr verilməsi üçün qeydiyyat şöbəsinə müraciət edə bilməmişlər. Hazırda onlar arasında hər hansı mübahisə yoxdur və nikahları rəsmi qeydə alınmışdır. Ailə kimi bir yerdə yaşayırlar. Qeydiyyat şöbəsi uşaqların doğumu ilə bağlı həkim arayışı olmadığı üçün doğum haqqında şəhadətnamə verməkdən imtina etmişlər. Çünki uşaqlar ev şəraitində doğulmuşdur. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verdi və ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən zaman X1 ifadəsində göstərdi ki, ərizəçi onun qardaşı Naiqin arvadıdır. X7 ilə Ərizəçi birgə yaşayışlarından xx.xx.2018-ci ildə Esma, xx.xx.2023-cü ildə isə Aras adlı uşaqları doğulmuşdur. Həmin zaman onlar arasında rəsmi nikah olmamış, Esma və Aras adlı uşaqlar isə ev şəraitində doğulmuşdur. Hazırda qardaşı ilə ərizəçi arasında olan nikah rəsmi qeydə alınmışdır və ailə kimi bir yerdə yaşayırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, ərizəçi onun qardaşı Naiqin arvadıdır. Qardaşı ilə Ərizəçi birgə yaşayışlarından xx.xx.2018-ci ildə Esma, xx.xx.2023-cü ildə isə Aras adlı uşaqları doğulmuşdur. Hazırda qardaşı ilə ərizəçi arasında olan nikah rəsmi qeydə alınmışdır və onlar ailə kimi bir yerdə yaşayırlar. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxsin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Nikah haqqında AZ İİ 487537 saylı şəhadətnamənin surətindən görünür ki, X3 ilə Ərizəçi nikahlarını xx.xx.2023-cü ildə rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Yanıqlı kənd İƏD üzrə Nümayəndəlik tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli aktlardan görünür ki, Tovuz rayonu, Yanıqlı kənd sakinləri X3 ilə Ərizəçi birgə yaşayışlarından xx.xx.2018-ci il tarixdə Esma və xx.xx.2023-cü il tarixdə Aras adlı uşaqları doğulmuşdur. Maraqlı şəxs verdiyi xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, xx.xx.2018-ci il tarixdə doğulmuş Esma və xx.xx.2023-cü il tarixdə doğulmuş Aras adlı uşaqlara doğum akt qeydi açılmamışdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatlarını, şahid ifadələrini dinləyib, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizənin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, hazırda ərizəçinin xahişi Mülki Prosessual Məcəllənin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsindən bəhs edən 31-ci fəslində əksin tapmış doğumun qeyd edilmə faktının təsdiq olunmasından ibarətdir. Ona görə də işin hallarına həmin Fəslin müddəaları əsasında, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 nömrəli Qərarında olan hüquqi mövqeyə uyğun qiymət verilməlidir. Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Nəzərə alınmalıdır ki, qanunvericilikdə hüquqi faktların müəyyən olunması üzrə icraatın bir sıra xüsusiyyətləri müəyyən olunmuşdur. Bununla bağlı Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 310.1-ci maddəsinin tələbinə görə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 nömrəli Qərarının 1.2-ci bəndində təsbit edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.3-cü bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. İş materialları ilə müəyyən edilir ki, Ərizəçi ilə Naiq Əhmədov 2017-ci ildə el adəti qaydasında evlənməklə ailə qurmuşlar. Lakin onların nikahları rəsmi qeyd olunmamışdır. Onların ər-arvad olduqları dövrdə birgə yaşayışlarından xx.xx.2018-ci ildə Esma və xx.xx.2023-cü il tarixdə Aras adlı uşaqları doğulmuşdur. Uşaqlar ev şəraitində doğulduğundan və qanunla müəyyən edilmiş zaman kəsiyində Qeydiyyat şöbəsinə müraciət edilmədiyindən uşaqların doğumu haqqında qeydiyyat aparılması mümkün olmamışdır. Məhz bu əsasa görə uşaqlara doğum haqqında şəhadətnamə ala bilmirlər. «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı Qərarının 2.3-cü bəndinə əsasən, doğumun qeydə alınması üçün uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində müraciət edilməlidir. Həmin Qərarın 2.5-ci bəndində qeyd olunur ki doğumun qeydə alınması üçün aşağıdakı sənədlər (bu Qaydanın 1.7-ci bəndinin ikinci və üçüncü cümlələrinin tələbləri nəzərə alınmaqla) təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ödü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; Həmin Qərarın 2.6-cı bəndinə görə bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğumu faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə göstərir ki, Ərizəçi uşaqlarının doğum faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir, habelə ona bu sənədin alınmaması uşaqlara doğum haqqında şəhadətnamənin verilməsinə imkan vermir. Məhkəmə hesab edir ki, bu kimi hallar ərizəçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizəsini təmin etməyə əsas verir. Çünki ərizəçinin nail olmaq istədiyi məqsədə çatmaq üçün məhkəmədən kənar başqa yolu yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 nömrəli Qərarının 4.3-cü bəndinə görə uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Eyni zamanda Əsma və Aras adlı uşaqların Fatma Mahmduova ilə Naiq Əhmədovun birgə yaşayışlarından doğulması mülki iş üzrə təqdim edilmiş icra nümayəndəliyinin aktları, şahidlərin ifadələri, habelə tərəflərin özlərinin izahatları ilə təsdiq edilir. Nəzərə almaq lazımdır ki, Аilə Məcəlləsinin 158.1-ci mаddəsinə əsаsən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci mаddəsinə əsаsən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Odur ki, ərizə təmin edilməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin olunsun. Ərizəçi ilə X2 birgə yaşayışlarından Tovuz rayonu Yanıqlı kəndində xx.xx.2018-ci ildə Esma və xx.xx.2023-cü ildə Aras adlı uşaqlarının doğulması faktı müəyyən edilsin. Ərizəçi ilə X2 birgə yaşayışlarından Tovuz rayonu Yanıqlı kəndində xx.xx.2018-ci ildə doğulmuş Esma və xx.xx.2023-cü ildə doğulmuş Aras adlı uşaqların doğum akt qeydi aparılarkən ata qrafasında atası X3, ana qrafasında anası Ərizəçi qeyd olunsun. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-2341/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2341/2024
16.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver