Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2427/2024 07.11.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, bacısı X1 iştirakı ilə Ərizəçi doğumun qeydə alınması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Tovuz şəhərində 07 noyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək onun 1947-ci ildə Tovuz rayonu Böyük Qışlaq kəndində, mərhum əri X2 xx.xx.1935-ci ildə Tovuz rayonu Çatax kəndində anadan olmasının qeydə alınması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında iştirak etməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, bacısı X3 təmsil etmişdir. Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, bacısı X3 məhkəmə iclasında ərizəni müdafiə edərək verdiyi ifadəsində göstərdi ki, bacısı 1947-ci ildə Tovuz rayonu Böyük Qışlaq kəndində anadan olmuşdur. Bacısının əri X4 xx.xx.1935-ci ildə Tovuz rayonu Çatax kəndində anadan olmuşdur. Hazırda onların doğum akt qeydi barədə şəhadətnamə lazım olduğu üçün bilmişlər ki, doğum akt qeydi barədə şəhadətnamə yoxdur. Bacısının əri X4 xx.xx.2023-cü ildə vəfat etmişdir. Bacısının və onun mərhum ərinin vəsiqələri vardır. Ərizəçi Qeydiyyat Şöbəsinə və Arxiv idarəsinə müraciət etsə də, Tovuz rayonu Qeydiyyat Şöbəsində doğum akt qeydi kitabında qeydiyyat aparılmaması bildirilmişdir. Odur ki, bacısının mərhum əri X2 xx.xx.1935-ci ildə Tovuz rayonu Çatax kəndində, bacısının isə 1947-ci ildə Tovuz rayonu Böyük Qışlaq kəndində anadan olmasının qeydə alınması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Mülki iş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin nümayəndəsini dinləyib, işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir. İşə əlavə olunmuş Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 121 və 122 saylı imtina rəylərindən görünür ki, Ərizəçi və X4 barədə Tovuz rayonu Çatax və Böyük Qışlaq kənd icra nümayəndəliklərində akt qeydi aşkar olunmamışdır. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2023-cü ildə vəfat etmişdir. İşə əlavə olunmuş orta təhsil haqqında attestatın surətindən görünür ki, 1947-ci ildə anadan olmuş Ərizəçi 1979-cu ildə Tovuz şəhər qiyabi orta məktəbi bitirmişdir. İşə əlavə olunmuş 078369 nömrəli diplomun surətindən görünür ki, X4 1954cü ildə Azərbaycan Dövlət Xarici X5 daxil olmuş, 1959-cu ildə fransız və Azərbaycan dilləri ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət İmtahan Komissiyasının 1959-cu il 24 iyun tarixli qərarı ilə ona Ali və orta məktəbin fransız dili müəllimi və natamam orta məktəbin Azərbaycan dili və ədəbi qiraət müəllimi ixtisası verilmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialının 01 oktyabr 2024-cü il tarixli, 3-48-DA-4F/2-1761//6/2024 saylı məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Ərizəçi və Məmməd Yolçuyevin doğum aktlarının qeydləri barədə sorğu Tovuz rayonunun arxiv sənədləri filiala təhvil verilmədiyindən cavablandırılması üçün aidiyyatı üzrə X8 filialına ünvanlanmışdır. İşə əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Arxivinin 11 oktyabr 2024-cü il tarixli 3-48-DA/2-686/2024 saylı məktubundan görünür ki, X4 və Ərizəçi doğum akt qeydi aşkar edilməmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, ərizəçi 1947-ci ildə Tovuz rayonu Böyük Qışlaq kəndində anadan olmuşdur. Ərizəçinin əri X2 xx.xx.1935-ci ildə Tovuz rayonu Çatax kəndində anadan olmuşdur. Ərizəçinin və ərinin şəxsiyyət vəsiqəsi vardır. Doğum haqqında şəhadətnamə lazım olduqda ona məlum olmuşdur ki, barəsində doğum akt qeydi kitabında heç bir qeydiyyat aparılmamışdır. Zərurət olduğundan doğumunun qeydə alınması müəyyən edilməlidir. Hazırda ərizəçinin və ərinin doğulmasının qeydə alınmasını başqa qaydada müəyyən olunması mümkün olmadığından X4 və Ərizəçi doğumunun qeydə alınma faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, ərizəçinin və mərhum ərinin doğulması Maraqlı şəxsndə qeydə alınmadığından onlara doğum haqqında şəhadətnamə verilməsi mümkün deyil və onların göstərilən tarixdə doğulması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220 və 234 maddələrini rəhbər tutaraq məhkəmə , Q Ə T E T D İ: Ərizə təmin edilsin. X2 xx.xx.1935-ci ildə Tovuz rayonu Çatax kəndində, Ərizəçi 1947-ci ildə Tovuz rayonu Böyük Qışlaq kəndində doğulmasının qeydə alınması faktı müəyyən edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-2427/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2427/2024
07.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver