Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-2432/2023 25.10.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi ilə, Ərizəçi maraqlı şəxs Tovuz rayonu Qeydiyyat Şöbəsinə qarşı “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi xx.xx.2023-cü il tarixində ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx xxxxxx 1983-cü ildə X2 ilə X1 birgə yaşayışlarından doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə məhkəmə hazırlıq iclası 26 sentyabr 2023-cü ilə təyin edilmiş, ərizəçi hazırlıq iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası ərizəçinin iştirakı olmadan keçirilərək, ərizə məhkəmə baxışına, xx.xx.2023-cü il tarixə təyin edilmiş, ərizəçi və maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Lakin ərizçəçi məhkəməyə teleqram göndərərək göstərmişdir ki, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcək, ona görə də işə onun iştirak olmadan baxıb şahidlərin dindirilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 104.6cı maddəsinə əsasən şahidin çağırılması barədə vəsatət qaldıran şəxs şahidin soyadını, adını, atasının adını və yaşadığı yeri göstərməyə borcludur. Ərizəçi isə məhkəməyə ünvanladığı teleqramda göstərilən məlumatlardan heç birini qeyd etməmişdir. Bundan başqa məhkəmə onu da qeyd edir ki, MPM-nin 150.3-cü maddəsinə əsasən iddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir. İddiaçı isə hansı şahidlərin dindirilməli olmasını ərizəsində göstərməmişdir. Məhkəmə hesab edir ki, ərizəçi heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Odur ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Ona görə də məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-cü maddəsini rəhbər turaraq, məhkəmə qərara aldı: Ərizəçi maraqlı şəxs Tovuz rayonu Qeydiyyat Şöbəsinə qarşı “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-2432/2023
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-2432/2023
25.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver