Məhkəmə qərarları › İş №2(062)-2433/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2433/2023

13.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2433/2023 13.11.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxslər Tovuz rayon Notariat Ofisinə və Maraqlı şəxs1nə qarşı «qohumluq münasibətlərində olma faktının müəyyən olunması» tələbinə dair ərizəsi üzrə mülki işə Tovuz şəhərində 13 noyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi onun xx.xx.1997-ci il tarixdə vəfat etmiş X7 nəvəsi olması faktının, yəni X4nın onun mərhum atası X12 anası olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi iddianı müdafiə edərək izahatında göstərdi ki, o, xx.xx.1979-cu il tarixdə nənəsi X8 məxsus Tovuz rayonu Düz Cırdaxan kəndində yerləşən evdə anadan olmuşdur.Mərhum nənəsi X10 xx.xx.1997-ci il tarixdə, atası X16 isə xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. X2 qalmış Tovuz rayonu Düz Cırdaxan kəndində yerləşən torpaq sahəsi hazırda onun istifadəsindədir və X4 ilə qohumluğunu təsdiq edən sənəd olmadığından o həmin miras əmlaka münasibətdə vərəsəlik hüququndan istifadə edə bilmir. Atası ilə nənəsi vəfat etdiyindən və atasının doğum akt qeydi tapılmadığından X10 ilə qohumluq münasibətində olması ilə bağlı məhkəməyə müraciət etməl olmuşdur. Odur ki, onun xx.xx.1997-ci il tarixdə vəfat etmiş X7 nəvəsi olması faktının, yəni X4nın onun mərhum atası X12 anası olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxslər şəxslər Tovuz rayon Notariat Ofisinə və Maraqlı şəxs1nə rəsmi məhkəmə bildirişi göndərilsə də, maraqlı şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Ərizəçi ilə qonşudurlar.Həqiqətən də Ərizəçi X4nın nəvəsidir. Belə ki, Ərizəçi atası X3 Starə Abbasqulu qızının oğludur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Musayev Vəkil Paşa oğllu məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Ərizəçi ilə qonşudurlar.Həqiqətən də Ərizəçi X4nın nəvəsidir. Belə ki, Ərizəçi atası X3 Starə Abbasqulu qızının oğludur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, ərizə qanuni və əsaslıdır və aşağıdakı əsaslara əsasən təmin edilməlidir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamədən görünür ki, X10 28 may 1997-ci ildə vəfat etmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamədən görünür ki, X16 31 may 2001-ci ildə vəfat etmişdir. İşə əlavə olunmuş X9 Reyestri Xidmətinin 01 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X12 doğumu haqqında məlumat aşkar edilməmişdir. İşə əlavə olunmuş 18 avqust 2023-cü il tarixli Tovuz rayon Dövlət Arxivinin arayışından görünür ki, Düz Cırdaxan kənd İcra nümayəndəliyinin Tovuz rayon arxivində saxlanılan 1969-1971-ci il tarixli 01 saylı təsərrüfatına kitabın 26-cı şəxsi hesabına təsərrüfatı X12 adındadır və 1941-ci ildə anadan doğulmuşdur. X1 Telman Abbas oğlunun anası olmaqla ailə üzvü kimi göstərilmiş, 1918-ci ildə doğulması qeyd edilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Ərizəçi xx.xx.1979-cu il tarixdə Tovuz rayonu Düz Cırdaxan kəndində anadan olmuşdur. Ərizəçinin nənəsi X10 xx.xx.1997-ci il tarixdə, atası X16 isə xx.xx.2016-cı il tarixdə vəfat etmişlər. X2 qalmış Tovuz rayonu Düz Cırdaxan kəndində yerləşən torpaq sahəsi hazırda onun istifadəsindədir və X4 ilə qohumluğunu təsdiq edən sənədləri əldə edə o həmin miras əmlaka münasibətdə vərəsəlik hüququnundan istifadə edə bilmir. X4 Ərizəçi nənəsidir. Belə ki, Ərizəçi mərhum X6 oğlu X12 oğludur. Ona görə də Ərizəçi X4nın qohumluq münasibətində olması, yəni nəvəsi olması faktı müəyyən edilməlidir. İşdə olan Çıxarışdan da göründüyü kimi 0,4221 ha torpaq sahəsi Ərizəçi və X7 ümumi birgə mülkiyyətindədir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı qərarının 2-ci bəndində qeyd olunub ki, məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində qanun üzrə vərəsələr qeyd edilmiş və həmin maddəyə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. Göründüyü kimi X10 ərizəçinin nənəsi olmuşdur. Hazırki vəziyyətdə ərizəçi onun qanun üzrə vərəsəsi sayılır. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2 maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üçün toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 28 may 1997-ci il tarixdə ölmüş X4nın Ərizəçi nənəsi olması faktı müəyyən olunsun. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar