Məhkəmə qərarları › İş №2(062)-247/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-247/2025

01.04.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-247/2025 01.04.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi ilə, iddiaçılar X15 və İddiaçı2 qızının cavabdeh X6 qarşı «evə köçürülmə» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi İddiaçı X15 və İddiaçı2 Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehin sahibliyində olan Tovuz rayonu, Düz Qırıqlı kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 ərizəsinə əsasən iş üzrə Cavabdeh əsl cavabdeh X11 ilə əvəz edilmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Məmmədova X8 Yaşar Müsənnə oğlu ilə 03 yanvar 1993-cü ildə evlənib ailə qurmuş, nikahları 02 yanvar 1993-cü ildə qeydə alınmışdır. Birgə nikahdan 21 noyabr 1993-cü ildə Mətanət, xx xxxx 1996-cı ildə Səxavət, 12 may 2000-ci il tarixdə Lətafət adlı uşaqları olmuşdur. İddiaçı evlənən gündən qaynatası X9 məxsus Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən fərdi yaşayış evinə köçmüş və uşaqları da həmin evdə doğulub boya-başa çatmışdır. Mübahisə olunan evə gəlin köçən gündən qaynatası, qaynanası onu bir ailə üzvü kimi qəbul etmiş, onlarla ümumi təsərrüfatı birgə idarə etmişlər. Həmin evdə yaşadığı müddətdə mübahisə olunan evdə dəyişililik etmiş, otaqların sayını artırıb şüşübənd tikdirmiş, həmin həyətdə əlavə otaqlar - əl damı tikdirmişlər. Evin damını sökdürüb yenidən dam örtüyü quraşdırılmışdır. Çardağı söküb yenidən tikmişlər. Həyətə daş döşənmiş, çardağın altında otaqlar tikmişlər. Əri usta olub, əksər işləri şəxsən özü görüb. Əkin-biçin işləri görməklə əldə etdiyi pulları evin tikintisinə xərcləmişdir. X12 25 mart 2011-ci il tarixdə vəfat edmişdir. Onun ölümündən sonra uşaqları ilə birgə həmin evdə yaşamışlar. Evin digər sakinləri ilə aralarında mübahisə olduğundan əvvəlcə ona ayrı otaq verilmişdir. Həmin otağın da şəraiti yox idi. İki ildir ki, uşaqlarla birgə anasının yanında yaşayır. Qızı Lətafət və Mətanət evlənib ailə qurmuşlar. Oğlu Səxavət ilə birgə ata evində yaşayır. Başqa yerdə evi yoxdur. Hesab edir ki, mübahisə olunan fərdi yaşayış evində onların istifadə hüquqları vardır. Tərəflərin izahatları Məhkəmənin baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçı X15 və İddiaçı2 məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin hazırlıq iclasında iddiaçılar X15 və İddiaçı2 iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Məhkəmənin baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehlər X11 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir Məhkəmənin hazırlıq iclasında Cavabdeh bildirmişdir ki, iddia edilən evi 1967-ci ildə həyat yoldaşı ilə birlikdə tikilmişdir. X24 27 yanvar 1994-cü il tarixində Tərtər rayonunda şəhid olmuşdur. Digər oğlu X1 Məmmədova ilə ailə həyatı qurduqdan sonra onlarla birlikdə həmin evdə yaşamışdır. Yaşar 2013-cü ildə vəfat etmişdir. Onun vəfatından təxminən bir il sonra həyat yoldaşı Tükəzban evi tərk etmişdir. Daha sonra İddiaçı1 ona qarşı hörmətsizlik etmiş, nalayiq ifadələr işlətmiş və fiziki zorakılıq göstərərək qolunu sındırmışdır. O, həmçinin iddiaçının şəhid övladına yas saxlamasına mane olmuşdur. Bir müddətdən sonra Tükəzban övladı Səxavəti də özü ilə götürərək anasının evinə köçmüş, digər qız övladları onun yanında qalmışdır. O, həmin qız nəvələrini şəhid övladına görə ödənilən maddi vəsaitlə böyütmüş və ailə qurduqları zaman onlara kömək etmişdir. İddiaçı1 onun mərhum övladları İlqar və Yaşarın ünvanına nalayiq ifadələr işlətmiş və iddiaçını fiziki zorakılığa məruz qoymuşdur. İddiaçı1 həmçinin öz pay torpağını satmış, başqa torpaq sahəsini kiçik qızı Lətafətə vermiş, Lətafət də həmin torpaq satmışdır. Halhazırda onun öz adına heç bir daşınmaz əmlak yoxdur, yaşadığı evi qızı Səbahətin adına keçirmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Tovuz rayon qeydiyyat şöbəsindən xx.xx.2024-cü il tarixdə verilmiş 2126 nömrəli arayışa əsasən X13 və İddiaçı1 nikahı haqqında xx.xx.1993-cü il tarixdə 37 nömrəli akt qeydi tərtib edilmişdir. Tovuz Rayon İcra Hakimiyyəti Başçısının Düz Qırıqlı kəndi icra nümayəndəliyindən verilmiş xx.xx.2021-ci il tarixli 156146 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X13 xx.xx.2011-ci il tarixdə ölmüşdür. Tovuz Rayon İcra Hakimiyyəti Başçısının Düz Qırıqlı kəndi icra nümayəndəliyindən verilmiş xx.xx.2009-cu il tarixli 257433 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı2 xx.xx.1996-cı il tarixdə Tovuz rayonu Düz Qırıqlı kəndində doğulmuşdur. X2, anası İddiaçı1 qeyd edilmişdir. Tovuz Rayon İcra Hakimiyyəti Başçısının Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsindən verilmiş 3-21-3-37/2- 15/2025 nömrəli 06 yanvar 2025 -ci il tarixli məktuba əsasən, Daşınmaz Əmlakın Dövlət Reyestrində olan arxiv məlumatlarına əsasən Cavabdeh adına Tovuz rayonu, Düz Qırıqlı kəndində yerləşən 0.6548 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Tovuz Rayon İcra Hakimiyyəti Başçısının Düz Qırıqlı kəndi icra nümayəndəliyindən verilmiş 5-79-21/2-2/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktuba əsasən, X14 adına olan yaşayış evi və torpaq sahəsi onun qızı X4 adına rəsmiləşdirilmişdir. xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən, Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən 107 m2 sahəsi olan fərdi yaşayış evinə dair hüquqlar X4 adına rəsmiləşdirilmişdir. xx.xx.2022-ci il tarixli 503-148/598 nömrəli Texniki pasporta əsasən X4 mülkiyyətində olan Tovuz rayonu Düz Qırıqlı kəndində yeləşən yaşayış evi iki yaşayış otağı və iki bağlı eyvandan, o cümlədən həyətyanı tikililərdən ibarətdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 7.1.-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Həmin Məcəllənin 53-cü maddəsində göstərilir ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirdər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının mübahisəli yaşayış sahəsinə 1993-cü ildə köçdüyünü nəzərə alaraq hesab edir ki, bu halda iddia tələbi 08 iyul 1982-ci il tarixli Qanunla təsdiq edilmiş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına əsasən həll olunmalıdır. İddiaçı X15 xx.xx.1993-cü il tarixdə X13 (Cavabdeh övladı və X4 qardaşı) ilə nikaha daxil olaraq mübahisəli fərdi yaşayış sahəsinə gəlin köçmüş, həmin yaşayış sahəsindən fasiləsiz istifadə etmiş, rəsmi nikahdan olan uşaqları həmin evdə doğulmuş, ümumi təsərrüfat aparmış və evdən çıxarılana kimi orada yaşamışdır. Bununla da, iddiaçının həmin evdən istifadə hüququ yaranmışdır. Həmçinin, İddiaçı2 X15 və X5 birgə nikahından mübahisəli yaşayış sahəsində doğulmuş və orada yaşamışdır. Buna görə də X7 övladı İddiaçı2 ilə birlikdə mübahisəli fərdi yaşayış evinə köçürülməsi qanunamüvafiqdir. O da qeyd edilməlidir ki, yaşayış sahəsinin sonradan Cavabdeh digər övladı (qızı) X4 mülkiyyətinə keçməsi iddiaçıların həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə səbəb ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. X15 və İddiaçı2 daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışa əsasən cavabdeh X4 mülkiyyətində olan Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən fərdi yaşayış evinə köçürülsün. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdeh X3 tutularaq iddiaçı X10 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar