Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2475/2024 20.11.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı Həsən qızının və Cavabdeh iştirakı ilə, İddiaçı Həsən qızının Cavabdeh qarşı «evdən çıxarılma» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Həsən qızı Cavabdeh qarşı «evdən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin iddia ərizəsində qeyd etdiyi cehiz əşyalarnın onun mülkiyyətində olan mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə oğlu X5 ilə X3 arasında xx.xx.2002-ci il tarixdə, 134 nömrə ilə qeydə alınan nikah pozulmuş, onların birgə nikahından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü Kamran adlı uşaq nikah pozulduqdan sonra anası X1 yanında saxlanılmış və həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay oğlundan aylıq qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin alınaraq X2 verilməsi qət edilmişdir. Bundan sonra Cavabdeh evdən istifadə hüququnun tanınması barədə məhkəmədə iddia qaldırmışdır. Onun iddiası Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Qətnamədən cavabeh Cavabdeh verdiyi apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanmışdır. Eyni zamanda Cavabdeh verdiyi kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilməmişdir. Lakin cavabdeh ona məxsus mənzildən əşyalarını çıxarmır. Bu hal onun mülkiyyət hüququnu məhdudlaşdırır. Onun mülkiyyətində olan mənzildə cavabdehə məxsus əşyalar palıdı rəngdə yataq dəsti (üç hissəli iki qapılı paltar dolabı, 1 ədəd iki nəfərlik spalni, 2 ədəd dolabça, 1 ədəd güzgülü termo və 2 ədəd oturacaq), 1 ədəd iki nəfərlik döşək, 4 ədəd bir nəfərlik döşək, 13 ədəd balış, 11 ədəd döşəkçə, 5 ədəd yorğan, 2 ədəd bir nəfərlik buxovu adyal, 2 ədəd iki nəfərlik buxovu adyal, 4 ədəd yay adyalı, 2 ədəd spalni üçün iki nəfərlik örtük, 1 ədəd üç lampalı çilçıraq, 2 cüt dörd hissəli pərdə, 2 ədəd dörd gözlü kauçuk dolab, 1 ədəd ütü masası, 1 ədəd paltar üçün ütü, 1 ədəd qab üçün beş gözlü iki şüşə qapılı dolab, 2 ədəd 3.50x2.50 ölçüdə xalça, 2 ədəd 3.0x2.0 ölçüdə xalça, 1 ədəd 2.30x1.50 ölçüdə xalça, 1 ədəd 1.40x2.30 ölçüdə xalça, 1 ədəd 1.50x0.80 ölçüdə xalça, 1 ədəd 1.50x1.0 ölçüdə xalça, 1 ədəd künc divanı, 1 ədəd jurnal masası, 1 ədəd altı nəfərlik qabaq stolu, 6 ədəd oturacaq stolu, 1 ədəd LG markalı televizor, 1 ədəd səkkiz lampalı çilçıraq, 1 ədəd qara şüşəli televizor altlığı, 2 ədəd paltar üçün iki qapılı dolab, 1 dəst mətbəx mebeli, 1 ədəd Susler dörd gözlü qaz piltəsi, 1 ədəd paltaryuyan (6 kq-lıq), 1 ədəd Qalaksi ətçəkən, 1 ədəd Cepas şirəçəkən, 1 ədəd Hofman mikser, 1 ədəd qapaqsız saxsı dəm çayniki, 1 ədəd üç litrlik paslanmayan çaynik, 1 ədəd şirəli krujka, 8 ədəd qənd qabı, 6 ədəd armudu stəkan və nəlbəki, 2 ədəd göy rəngli şirniyyat qabı, 1 dəst qırmızı şirəli üç ədədli qazan, 1 dəst paslanmayan beş ədədli qazan, 1 ədəd şirəli göy cəm, 1 ədəd şirəli sarı qazan, 2 ədəd şirəli sarı padnus, 3 ədəd çuqun tava, 2 ədəd paslanmayan tava, 1 ədəd şirəli qırmızı tava, 1 ədəd alminium aşsüzən, 1 ədəd alminium qulplu aşsüzən, 2 ədəd paslanmayan padnus, 2 ədəd kauçuk qırmızı cəm, 1 ədəd çuqun qazan, 1 ədəd yaşıl güllü tefal qazan, 1 ədəd qırmızı güllü tefal qazan, 1 ədəd güllü tefal dəm çayniki, 1 ədəd şirəli cəm, 1 ədəd şüşə qazan, 2 ədəd 0,5 litrlik pivə bakalı, 2 ədəd qrafinka, 14 ədəd kabab şişi, 62 ədəd böyük salat boşqabı, 20 ədəd orta salat boşqabı, 29 ədəd kiçik salat boşqabı, 1 dəst tort boşqabı (1 ədəd böyük 6 ədəd kiçik), 36 ədəd nəlbəki, 64 ədəd bir adamlıq boşqab, 36 ədəd balaca nəlbəki, 18 ədəd buludlu aş qabı, 5 ədəd uzunsov aş qabı, 3 ədəd xəngəl buludu, 1 ədəd 3 mərtəbəli ləpə qabı, 6 ədəd lotka salat qabı, 8 ədəd böyük kasa, 6 ədəd kiçik kasa, 1 ədəd şirəli sarı üç litrlik çaynik, 1 ədəd şirəli mavi üç litrlik çaynik, 1ədəd çuqun əl ət çəkəni, 1 ədəd salatdoğrayan, 1 ədəd qızılı sarı rəngli kofe dəsti (6 ədəd çaşka, 2 ədəd dəm çayniki, 6 ədəd nəlbəki, 1 ədəd gül qabı və 1 ədəd şamdam), 3 ədəd ləpə qabı, 1 ədəd göy kauçuk çörək qabı, 1 ədəd qırmızı kauçuk çörək qabı, 12 ədəd meyvə qabı, 3 ədəd ləpə qabı, 1 ədəd şirniyyat qabı, 1 ədəd kauçuk əl blenderi, 1 ədəd ləpəçəkən, 6 ədəd çaşka, 18 ədəd sadə stəkan, 13 ədəd araq stəkanı, 6 ədəd sarı ayaqlı sok stəkanı, 5 ədəd yaşıl ayaqlı sok stəkanı, 5 ədəd göy ayaqlı sok stəkanı, 4 ədəd qızılı ayaqlı sok stəkanı, 5 ədəd qara güllü ayaqlı sok stəkanı, 4 ədəd şüşə ayaqlı sok stəkanı, 3 ədəd yaşıl güllü ayaqlı sok stəkanı, 6 ədəd sadə sok stəkanı, 2 ədəd saxsı saxlama qabı, 1 ədəd üç mərtəbəli ləpə qabı, 2 ədəd lepkalı meyvə qabı, 3 ədəd kauçuk ədviyyat qabı, 3 ədəd göy rəngli meyvə qabı, 2 ədəd ləpə qabı, 2 ədəd konfet qabı, meduza dəsti (1 ədəd güldan, 2 ədəd meyvə qabı və 2 ədəd qənd qabı), 6 ədəd sok stəkanı, 5 ədəd konfet qabı, 3 ədəd ayaqlı ləpə qabı, 2 ədəd göy lepkalı qənd qabı, 2 ədəd yaşıl lepkalı qənd qabı, sarı lepkalı dəst (1 ədəd meyvə qabı və 5 ədəd konfet qabı), lepkalı kompot dəsti (1 ədəd qrafinka və 6 ədəd stəkan), 5 ədəd yaşıl sadə kompot stəkanı, 6 ədəd lepkalı çəhrayı kompot stəkanı, 12 ədəd mavi rəngli lepkalı kompot stəkanı, 18 ədəd qara ayaqlı kompot stəkanı, 5 ədəd şüşə kompot stəkanı və 1 ədəd şüşə güldandan ibarətdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı Həsən qızı iddia tələbini müdafiə etdi və iddianın məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, ona məxsus cehiz əşyaları iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindədir. Əşyaları hazırda deyil də, gələcəkdə çıxarmaq fikri vardır. Çünki keçmiş əri ilə aralarında Sumqayıt şəhərində yerləşən evin bölgüsü üzrə məhkəmə mübahisəsi vardır. Həmin iş yekunlasıb payı müəyyən edildikdən sonra əşyalarını məhz elə o evə yığacaqdır. Hətta düşünür ki, hazırki işin icraatı əmlak bölgüsü üzrə qeyd etdiyi işə baxılıb yekunlaşana kimi dayandırılmalıdır. Çünki əşyaları çıxarmağa başqa yeri yoxdur. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat tarixi xx.xx.2008-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışdan görünür ki, Tovuz rayonu, Düz Cırdaxan kəndi, SSİ-qəsəbəsində istifadədə olan 0.0145 hektar torpaq sahəsindəki 18 nömrəli, 2 mərtəbəli binanın 1-ci girişində, 1-ci və 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 77.3 kv.m. olan üç otaqlı mənzil mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-279 saylı qətnaməsindən görünür ki, iddiaçı X1 cavabdehlər İddiaçı və X4 qarşı Tovuz rayonu, Düz Cırdaxan kəndi, SSİ-qəsəbəsində yerləşən 18 saylı mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)- 1384 saylı qətnaməsindən görünür ki, iddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-279 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3774 saylı qərarından görünür ki, X3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-1384 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatlarını, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə mülkiyyətin müdafiəsi ilə bağlı yaranmış mübahisədir və mübahisəyə mülkiyyətin müdafiəsi üzrə tətbiq edilməli olan normalar əsasında hüquqi qiymət verilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, mübahisəli əmlak üzrə iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi və s.) da əsas və ayrılmaz hüquqlardan biri kimi önəmli yer tutur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı» iş üzrə 13 iyun 1979-cu il tarixli Qərarında mülkiyyət hüququ ilə bağlı qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri). Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Nəzərə alınmalıdır ki, mülkiyyətçinin Konstitusiyada təsbit olunmuş mülkiyyət hüquqları öz təbiəti etibarilə nəinki onun təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Məhkəmə diqqətə çatdırır ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi kimi Mülki Məcəllənin 152-ci maddəsində qeyd olunan sərəncam hüququna malikdir və sərəncam hüququndan çıxış etməklə cavabdehə məxsus əşyaların mənzilindən çıxarılmasını tələb etmək hüququna malikdir. Onun iddiası hüquqdan sui-istifadə ilə əlaqədar deyildir. Eyni zamanda cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə etməsinə əsas verən hər hansı etibarlı hüquqi əsas yoxdur. Belə ki, yaşayış sahəsindən əşyaların çıxarılması barədə iddialara baxılarkən araşdırılmalı məsələlərdən biri, mübahisəli yaşayış sahəsinin hüquqi statusu məsələsidir. Yəni mübahisəli yaşayış yerinin kimə məxsus olması mütləq müəyyən olunmalıdır. Çünki, mənzil fondu Məcəllədə özəl mənzil fondu, dövlət mənzil fondu və bələdiyyə mənzil fondu kimi təsnifatlaşdırılmışdır və onların hüquqi rejiminin tənzimlənməsində fərqli cəhətlər vardır. Mənzilin hüquqi statusunun müəyyən olunması bir tərəfdən mübahisə tərəflərinin düzgün müəyyənləşdirilməsi, bununla da prosessual hüquq normalarına əməl olunması baxımından əhəmiyyətlidirsə, digər tərəfdən mübahisənin həlli üçün maddi hüquq normasının düzgün seçilməsi nöqteyi-nəzərindən zəruridir. Yaşayış sahəsinin hüquqi statusunun müəyyən olunmaması və ya düzgün müəyyən olunmaması son nəticədə səhv məhkəmə qərarının çıxarılması (maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi) ilə nəticələnə bilər. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, Cavabdeh iddiaçının mülkiyyətindəki Tovuz rayonu, Düz Cırdaxan kəndi, SSİ-qəsəbəsində istifadədə olan 0.0145 hektar torpaq sahəsində olan 18 nömrəli, 2 mərtəbəli binanın 1-ci girişində, 1ci və 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 77.3 kv.m. olan üç otaqlı mənzildən istifadə hüququ yoxdur. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Müki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cavabdehin mübahisəli mənzildən istifadə hüququnun olmaması qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə təsdiqin tapdığından, onun həmin evdə özünə məxsus əşyaların saxlanılmasını tələb etmək hüququ yoxdur. Əşyaların mənzildə olması isə iddiaçının mülkiyyət hüquqlarını pozur. Ona görə də iddia tələbi təmin edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Сavabdeh Cavabdeh məxsus palıdı rəngdə yataq dəsti (üç hissəli iki qapılı paltar dolabı, 1 ədəd iki nəfərlik spalni, 2 ədəd dolabça, 1 ədəd güzgülü termo və 2 ədəd oturacaq), 1 ədəd iki nəfərlik döşək, 4 ədəd bir nəfərlik döşək, 13 ədəd balış, 11 ədəd döşəkçə, 5 ədəd yorğan, 2 ədəd bir nəfərlik buxovu adyal, 2 ədəd iki nəfərlik buxovu adyal, 4 ədəd yay adyalı, 2 ədəd spalni üçün iki nəfərlik örtük, 1 ədəd üç lampalı çilçıraq, 2 cüt dörd hissəli pərdə, 2 ədəd dörd gözlü kauçuk dolab, 1 ədəd ütü masası, 1 ədəd paltar üçün ütü, 1 ədəd qab üçün beş gözlü iki şüşə qapılı dolab, 2 ədəd 3.50x2.50 ölçüdə xalça, 2 ədəd 3.0x2.0 ölçüdə xalça, 1 ədəd 2.30x1.50 ölçüdə xalça, 1 ədəd 1.40x2.30 ölçüdə xalça, 1 ədəd 1.50x0.80 ölçüdə xalça, 1 ədəd 1.50x1.0 ölçüdə xalça, 1 ədəd künc divanı, 1 ədəd jurnal masası, 1 ədəd altı nəfərlik qabaq stolu, 6 ədəd oturacaq stolu, 1 ədəd LG markalı televizor, 1 ədəd səkkiz lampalı çilçıraq, 1 ədəd qara şüşəli televizor altlığı, 2 ədəd paltar üçün iki qapılı dolab, 1 dəst mətbəx mebeli, 1 ədəd Susler dörd gözlü qaz piltəsi, 1 ədəd paltaryuyan (6 kq-lıq), 1 ədəd Qalaksi ətçəkən, 1 ədəd Cepas şirəçəkən, 1 ədəd Hofman mikser, 1 ədəd qapaqsız saxsı dəm çayniki, 1 ədəd üç litrlik paslanmayan çaynik, 1 ədəd şirəli krujka, 8 ədəd qənd qabı, 6 ədəd armudu stəkan və nəlbəki, 2 ədəd göy rəngli şirniyyat qabı, 1 dəst qırmızı şirəli üç ədədli qazan, 1 dəst paslanmayan beş ədədli qazan, 1 ədəd şirəli göy cəm, 1 ədəd şirəli sarı qazan, 2 ədəd şirəli sarı padnus, 3 ədəd çuqun tava, 2 ədəd paslanmayan tava, 1 ədəd şirəli qırmızı tava, 1 ədəd alminium aşsüzən, 1 ədəd alminium qulplu aşsüzən, 2 ədəd paslanmayan padnus, 2 ədəd kauçuk qırmızı cəm, 1 ədəd çuqun qazan, 1 ədəd yaşıl güllü tefal qazan, 1 ədəd qırmızı güllü tefal qazan, 1 ədəd güllü tefal dəm çayniki, 1 ədəd şirəli cəm, 1 ədəd şüşə qazan, 2 ədəd 0,5 litrlik pivə bakalı, 2 ədəd qrafinka, 14 ədəd kabab şişi, 62 ədəd böyük salat boşqabı, 20 ədəd orta salat boşqabı, 29 ədəd kiçik salat boşqabı, 1 dəst tort boşqabı (1 ədəd böyük 6 ədəd kiçik), 36 ədəd nəlbəki, 64 ədəd bir adamlıq boşqab, 36 ədəd balaca nəlbəki, 18 ədəd buludlu aş qabı, 5 ədəd uzunsov aş qabı, 3 ədəd xəngəl buludu, 1 ədəd 3 mərtəbəli ləpə qabı, 6 ədəd lotka salat qabı, 8 ədəd böyük kasa, 6 ədəd kiçik kasa, 1 ədəd şirəli sarı üç litrlik çaynik, 1 ədəd şirəli mavi üç litrlik çaynik, 1ədəd çuqun əl ət çəkəni, 1 ədəd salatdoğrayan, 1 ədəd qızılı sarı rəngli kofe dəsti (6 ədəd çaşka, 2 ədəd dəm çayniki, 6 ədəd nəlbəki, 1 ədəd gül qabı və 1 ədəd şamdam), 3 ədəd ləpə qabı, 1 ədəd göy kauçuk çörək qabı, 1 ədəd qırmızı kauçuk çörək qabı, 12 ədəd meyvə qabı, 3 ədəd ləpə qabı, 1 ədəd şirniyyat qabı, 1 ədəd kauçuk əl blenderi, 1 ədəd ləpəçəkən, 6 ədəd çaşka, 18 ədəd sadə stəkan, 13 ədəd araq stəkanı, 6 ədəd sarı ayaqlı sok stəkanı, 5 ədəd yaşıl ayaqlı sok stəkanı, 5 ədəd göy ayaqlı sok stəkanı, 4 ədəd qızılı ayaqlı sok stəkanı, 5 ədəd qara güllü ayaqlı sok stəkanı, 4 ədəd şüşə ayaqlı sok stəkanı, 3 ədəd yaşıl güllü ayaqlı sok stəkanı, 6 ədəd sadə sok stəkanı, 2 ədəd saxsı saxlama qabı, 1 ədəd üç mərtəbəli ləpə qabı, 2 ədəd lepkalı meyvə qabı, 3 ədəd kauçuk ədviyyat qabı, 3 ədəd göy rəngli meyvə qabı, 2 ədəd ləpə qabı, 2 ədəd konfet qabı, meduza dəsti (1 ədəd güldan, 2 ədəd meyvə qabı və 2 ədəd qənd qabı), 6 ədəd sok stəkanı, 5 ədəd konfet qabı, 3 ədəd ayaqlı ləpə qabı, 2 ədəd göy lepkalı qənd qabı, 2 ədəd yaşıl lepkalı qənd qabı, sarı lepkalı dəst (1 ədəd meyvə qabı və 5 ədəd konfet qabı), lepkalı kompot dəsti (1 ədəd qrafinka və 6 ədəd stəkan), 5 ədəd yaşıl sadə kompot stəkanı, 6 ədəd lepkalı çəhrayı kompot stəkanı, 12 ədəd mavi rəngli lepkalı kompot stəkanı, 18 ədəd qara ayaqlı kompot stəkanı, 5 ədəd şüşə kompot stəkanı və 1 ədəd şüşə güldandan ibarət əşyalar İddiaçı Həsən qızının mülkiyyətində olan Tovuz rayonu, Düz Cırdaxan kəndi, SSİ-qəsəbəsində istifadədə olan 0.0145 hektar torpaq sahəsindəki 18 nömrəli, 2 mərtəbəli binanın 1-ci girişində, 1-ci və 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 77.3 kv.m. olan üç otaqlı mənzildən çıxarılsın. Ödənilmiş dövlət rüsumu İddiaçı Həsən qızına aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Əliyev
Məhkəmə qərarları › İş №2(062)-2475/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2475/2024
20.11.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver