Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2532/2023 11.12.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaç İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evdən istifadə hüququnun bərpa olunub evə köçürülmə tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, onun və ailə üzvlərinin cavabdehlərlə ümumi birgə mülkiyyətində olan Tovuz rayonu Xatınlı kəndində yerləşən 0,25 həyətyanı torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 80,60 kv. metr olan fərdi yaşayış evinə istifadə hüquqlarının bərpa olunub həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Tovuz rayonu Xatınlı kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 80,60 kv.metr olan fərdi yaşayış evi onun və cavabdehlərin ümumi birgə mülkiyyətindədir. O, mülkiyyətçi olmağına baxmayaraq onu və ailə üzvlərini cavabdehlər evə buraxmılar. Bu da onun həmin torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarını pozur. Ona görə də, onun və ailə üzvlərinin cavabdehlərlə ümumi birgə mülkiyyətində olan Tovuz rayonu Xatınlı kəndində yerləşən 0,25 həyətyanı torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 80,60 kv. metr olan fərdi yaşayış evində istifadə hüquqlarının bərpa olunub həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq mülki işə cavabdehlərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Qeyd olunur ki, qanunvericiliyə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsi). İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin **********51-10301 reyestr nömrəli texniki pasportdan görünür ki, İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Tovuz rayonu Xatınlı kəndində yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinin hüquqi subyektləridirlər. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli çıxarışından görünür ki, İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 vuz rayonu Xatınlı kəndində yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinin xüsusi mülkuiyyətçiləridirlər. İddiaçı fərdi yaşayış evi1/4 hissə, torpaq sahəsi 3/8 hissə payı vardır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixdən yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə uyğun olaraq, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yenə həmin Məcəllənin 228.2-ci maddəsinə müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə uyğun olaraq, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli Qərarına görə Mülki Məcəlləniin 228.5-ci maddəsində əks olunmuş “mülkiyyətçinin razılığı” müddəası Məcəllənin 228-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq, mülkiyyətçinin razılığı yazılı şəkildə bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Məhkəmə araşdırması gedişində müəyyən olundu ki, Tovuz rayonu Xatınlı kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 80,60 kv.metr olan fərdi yaşayış evinə iddiaçının və cavabdehlərin ümumi birgə mülkiyyətindədir. İddiaçı mülkiyyətçisi olmağına baxmayaraq onu və ailə üzvlərini cavabdehlər evə buraxmılar. Bu da onun həmin torpaq sahəsi və fərdi yaşayış ev üzərində mülkiyyət hüquqlarını pozur. Məhkəmə iddiaçının istifadə hüququnun bərpa edilməsinə dair dəlillərinəı münasibətdə onu qeyd edir ki, həmin hüquq itirilmədiyindən onun bərpa edilməsinə zərurət yoxdur. Ona görə də həmin hissədə iddia təmin edilməməlidir. Məhkəmə iddiaçının ailə üzvləri birlikdə evə köçürülməsinə dair dəlilinə münasibətdə onu qeyd edir ki, iddiaçının ailə üzvlərinin bununla bağlı tələbləri yoxdur. Eyni zamanda yuxarıda da qeyd edildiyi kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə uyğun olaraq, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Ailə üzvlərinin köçürülməsi məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra mümkün olmadıqda bu hissəyə məhkəmə qaydasında baxılaraq hüquqi qiymətin verilməsi istisna edilmir. Ona görə də həmin hissədə iddia təmin edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə uyğun olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Tovuz rayonunun Xatınlı kəndində yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinin mülkiyyətçisi olduğundan, iddia tələbi qismən İddiaçı Tovuz rayonunun Xatınlı kəndində yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi : İddia təmin edilsin. İddiaçı Cavabdeh1, Cavabdeh2a və Cavabdeh3 və İddiaçı birgə mülkiyyətində olan Tovuz rayonunun Xatınlı kəndində 0,25 ha torpaq sahəsi və 80,60 kv.metr yerləşən fərdi yaşayış evinə köçürülsün. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hümətov
Məhkəmə qərarları › İş №2(062)-2532/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2532/2023
11.12.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver