Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-2550/2023 09.10.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs X1 Xidmət mərkəzinin Notariat ofisinə və Tovuz rayon Qeydiyyat şöbəsnə qarşı “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işin məhkəmədə baxılmağa hazırlanması üzrə keçirilən məhkəmə iclasında, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs X1 Xidmət mərkəzinin Notariat ofisinə və Tovuz rayon Qeydiyyat şöbəsnə qarşı “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəməyə ərizə təqdim edərək bildirdi ki, zərurətlə əlaqədar iddia ərizəsinin və ona əlavə olumnmuş sənədlərin geri gaytarımasını xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 170.1-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının vəsatəti əsasında ərizə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 170, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Ərizəçi maraqlı şəxs X1 Xidmət mərkəzinin Notariat ofisinə və Tovuz rayon Qeydiyyat şöbəsnə qarşı “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-2550/2023
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-2550/2023
09.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver