Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-2556/2025 19.08.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Hacıyev Süleyman Aslan oğlunun sədrliyi məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı Azərişıq ASC-yə qarşı işə bərpa tələbi ilə bağlı iddia ərizəsinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Həsənov X1 ASC-nin X2 Təchizatı və Satışı İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək işə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin ilk hazırlıq iclasında iddiaçı ərizə ilə müraciət edərək cavabdeh Azərişıq ASC-nin X2 Təchizatı və Satışı İdarəsini əsl cavabdehlə, yəni Azərişıq ASC ilə əvəz edilməsini, işin ərazi aidiyyəti üzrə göndərilməsini xahiş etmiş və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən cavabdehi Azərişıq ASC ilə əvəz etmişdir. Mülki Prosessual Məcəllənin 35-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən məhkəməyə aidiyyət ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Azərişıq ASC-nin ünvanının ünvan 1lki iş ərazi aidiyyəti üzrə hüquqi şəxsin ünvanının olduğu yer üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Azərişıq ASC-yə qarşı işə bərpa tələbi ilə bağlı 2(062)-2556/2025 nömrəli mülki iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №2(062)-2556/2025
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-2556/2025
19.08.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver