Məhkəmə qərarları › İş №2(062)-257/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-257/2024

22.01.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-257/2024 22.01.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «torpaq sahəsinin plan və ölçüsünün hazırlanması ilə bağlı maneələrin aradan qaldırılması» tələbinə dair mülki işə Tovuz şəhərində 22 yanvar 2024cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq mülkiyyətində olan Tovuz rayon Bozalqanlı kəndində yerləşən 0,19 ha torpaq sahəsində yerləşən torpaq sahəsinin plan və ölçüsünün hazırlanması ilə bağlı maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh qardaşıdır. DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsindən verilmiş reyestr nömrəsi **********65 olan Çıxarışa əsasən, Tovuz rayonu Bozalqanlı kəndində yerləşən 0,19 ha torpaq sahəsi onun, Əmiraslanova Hicran Xəlil qızı və X1 adına paylı mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Həmin torpaq sahəsində mütəxəssislər tərəfindən ölçmə işləri aparmaq istəyir. Lakin qardaşı, Cavabdeh buna mane olur. Odur ki, mülkiyyətində olan Tovuz rayon Bozalqanlı kəndində yerləşən 0,19 ha torpaq sahəsinin plan və ölçüsünün hazırlanması ilə bağlı cavabdehin yaratdığı maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək izahatında göstərdi ki, iddiaçı ilə qardaşdırlar. O heç bir müdaxilə etmir. Kimi istəyir gətirib ölçmə işləri apara bilər. Lakin vərəsəlik qaydasında onun da payı vardır. Ona aid ayrıca iddia ilə məhkəməyə müraciət edəcəkdir. Ona görə də iddianın təmin olunmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara əsasən təmin edilməlidir. İşə əlavə olunmuş DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsindən verilmiş reyestr nömrəsi **********65 olan Çıxarışa əsasən, Tovuz rayonu Bozalqanlı kəndində 0,19 ha torpaq sahəsi İddiaçı, Əmiraslanova Hicran Xəlil qızı və X1 adına paylı mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, tərəflər qardaşdırlar. Tovuz rayonu Bozalqanlı kəndində 0,19 ha torpaq sahəsi İddiaçı, Əmiraslanova Hicran Xəlil qızı və X1 adına paylı mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Cavabdeh heç bir maneə yaratmayacağını bildirmişdir. Cavabdeh heç bir maneə yaratmayacağına söz verir. İddianı qəbul edir. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işdə olan sənədlərin məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan Tovuz rayon Bozalqanlı kəndində yerləşən 0,19 ha torpaq sahəsinin plan və ölçüsünün hazırlanması ilə bağlı maneələr aradan qaldırılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 234 –cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh tərəfindən reyestr nömrəsi **********65 olan Çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan Tovuz rayon Bozalqanlı kəndində yerləşən 0,19 ha torpaq torpaq sahəsinin plan və ölçüsünün hazırlanması ilə bağlı maneələr aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar