Məhkəmə qərarları › İş №2(062)-2578/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2578/2024

18.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2578/2024 18.11.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi doğumun qeydə alınması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Tovuz şəhərində 18 noyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək onun 1947-ci ildə Tovuz rayonu Aşağı Quşçu kəndində anadan olmasının qeydə alınması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək verdiyi ifadəsində göstərdi ki, 1947-ci ildə Tovuz rayonu Aşağı Quşçu kəndində anadan olmuşdur. Hazırda onun doğum akt qeydi barədə şəhadətnamə lazım olduğu üçün bilmişdir ki, doğum akt qeydi barədə şəhadətnamə yoxdur. Atası və anası vəfat etmişdir. Onun vəsiqəsi vardır. Qeydiyyat Şöbəsinə və Arxiv idarəsinə müraciət etsə də, Tovuz rayonu Qeydiyyat Şöbəsində doğum akt qeydi kitabında qeydiyyat aparılmaması bildirilmişdir. Odur ki, onun 1947-ci ildə Tovuz rayonu Aşağı Quşçu kəndində anadan olmasının qeydə alınması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Mülki iş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində bildirdi ki, ərizəçi ilə qonşudurlar. Eyni məktəbə getmişlər. Atasının adı Vahab, anasının adı Gülbanı idi. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində bildirdi ki, ərizəçi ilə qonşudurlar. Eyni məktəbə getmişlər. Atasının adı Vahab, anasının adı Gülbanı idi. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir. İşə əlavə olunmuş Maraqlı şəxs 146 saylı xx.xx.2024-cü il tarixli imtina rəyindən görünür ki, Ərizəçi barədə Tovuz rayonu Aşağı Quşçu kənd icra nümayəndəliyində akt qeydi aşkar olunmamışdır. İşə əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialının 01 oktyabr 2024-cü il tarixli, 3-48-DA-4F/2-1760//6/2024 saylı məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Ərizəçi doğumu haqqında hər hansı məlumat aşkar olunmamışdır. İşə əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Arxivinin 11 oktyabr 2024-cü il tarixli 3-48-DA/2-689/2024 saylı məktubundan görünür ki, Ərizəçi doğum akt qeydi aşkar edilməmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, ərizəçi 1947-ci ildə Tovuz rayonu Aşağı Quşçu kəndində anadan olmuşdur. Ərizəçinin şəxsiyyət vəsiqəsi vardır. Doğum haqqında şəhadətnamə lazım olduqda ona məlum olmuşdur ki, barəsində doğum akt qeydi kitabında heç bir qeydiyyat aparılmamışdır. Zərurət olduğundan doğumunun qeydə alınması müəyyən edilməlidir. Hazırda ərizəçinin doğulmasının qeydə alınmasını başqa qaydada müəyyən olunması mümkün olmadığından Ərizəçi doğumunun qeydə alınma faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, ərizəçinin doğulması Maraqlı şəxsndə qeydə alınmadığından ona doğum haqqında şəhadətnamə verilməsi mümkün deyil və onun göstərilən tarixdə doğulmasının qeydə alınması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220 və 234 maddələrini rəhbər tutaraq məhkəmə , Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi 1947-ci ildə Tovuz rayonu Aşağı Quşçu kəndində doğulmasının qeydə alınması faktı müəyyən edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar