Məhkəmə qərarları › İş №2(062)-2687/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2687/2023

13.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2687/2023 13.11.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Tovuz regional Asan Xidmət mərkəzinin Notariat Ofisinə qarşı «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun X5nun doğma bacısı qızı olması, yəni onunla qohumluq münasibətində olma faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək bildirdi ki, doğma dayısı X5na Tovuz rayonu Aqrar İslahat Komissiyasının 25 mart 1999-cu il tarixli 31 nömrəli qərarı ilə Tovuz rayonu Qoşa kəndində 1086 kv. m. və 377 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. X4 mərhum X28 ilə qeyri-rəsmi evlənmiş və birgə nikahlarından uşaqları doğulmamışdır. Ona görə də, yaxın qohumu kimi onların istəyi ilə o, onların yanında yaşamaqla, onlara övladları kimi baxıb qulluq etmişdir. X4 29 avqust 2012-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra başqa vərəsəsi olmadığından o yeganə qohumu və vərəsəsi kimi ondan qalan mirası qəbul etmişdir. Hal-hazırda da dayısı X5ndan miras qalmış Tovuz rayonu Qoşa kəndində yetrləşən 1086 kv.m və 377 kv.m həyətyani torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Miras əmlalka dair vərəsəlik şəhadətnaməsi üçün Tovuz regional Asan xidmət mərkəzi Notariat ofisinə müraciət etmişdir. Lakin,Tovuz regional Asan xidmət mərkəzi Notariat ofisi mərhum X4 ilə qohumluğunu təsdiq edən sənəd təqdim edə bilmədiyinə görə vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmişdir. X5 onun anası X2nın doğma qardaşıdır. Lakin onların doğum haqqında şəhadətnaməsi olmadığına görə qardaş bacısı olmalarını təsdiq etmək mümkün olmamışdır. Ona görə də, onun X5nun doğma bacısı qızı olması, yəni onunla Kamilin onun dayısı olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X15 ifadə verərək bildirdi ki, o, X5nu və Ərizəçi tanıyır. Belə ki, onlar Tovuz rayonu Qoşa kəndində yaşayıblar və qonşu olublar. Həqiqətən də Ərizəçi X5nun doğma bacısı qızıdır. Məhkəmə iclasında şahid qismində dindirilən X20 ifadə verərək bildirdi ki, o, Ərizəçi tanıyır belə ki, onlar Tovuz rayonu Qoşa kəndində yaşayıblar və qonşu olublar. Həqiqətən də Ərizəçi X5nun bacısı qızıdır. Məhkəmə iclasında şahid qismində dindirilən X21 ifadə verərək bildirdi ki, o, X5nu və Ərizəçi tanıyır belə ki, onlar Tovuz rayonu Qoşa kəndində yaşayıblar və qohumdurlar. Həqiqətən də Ərizəçi X5nun bacısı qızıdır. Məhkəmə iclasının yeri və vaxtı haqqında maraqlı şəxs Tovuz regional Asan xidmət mərkəzi Notariat ofisinə lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.6-ci maddəsini rəhbər tutaraq, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Ərizəçi xx.xx.1967-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, X7 xx.xx.1931-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 3220 saylı Tovuz regional Asan xidmət mərkəzi Notariat ofisinin məktubundan görünür ki, 29 avqust 2012-ci il tarixdə vəfat etmiş X5ndan miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün qohumluq münasibətlərini təsdiq edən sənədlər təqdim edilə bilmədiyindən Ərizəçi mütraciətini rəsmiləşdirmək mümkün olmamışdır. İş materiallarında olan ölüm haqqında arayışdan görünür ki, X23 xx.xx.2012-ci ildə vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında arayışdan görünür ki, X28 xx.xx.2013-cü ildə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X23 xx.xx.2012-ci il tarixədək subay olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X28 xx.xx.2013-cü il tarixdək subay olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 1602 saylı arayışdan görünür ki, X17, X11 və X3 barəsində doğum haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrəı yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları Tovuz rayon Qeydiyyat şöbəsi üzrə 1951-1960-cı illər üzrə bərpa akt qeydləri yoxlanılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 625 saylı Tovuz rayonu Çatax kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, mərhum Tovuz rayonu Çatax kənd sakini X23 vəfat etdikdən sonra birinci dərəcəli vərəsəsi qalmamışdır. Doğma bacısı qızı Ərizəçi ondan qalan mirası qəbul etmişdir və hazırda istifadə edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Çatax kənd İƏD-nin Qoşa kənd sakinləri X18, X12 və X24 akt tərtib edərək göstərmişdilər ki, həqiqətən də mərhum Quliyeva (Alıyeva) Nənəqız Novruz qızı X5nun doğma bacısıdır. Mərhum Quliyeva (Alıyeva) Nənəqız Novruz qızı ilə mərhum X1 ərazisində doğulmuş, həmin kənd ərazisində yaşamışlar və həmin kənddə də vəfat etmişlər. X2 hazırda Qoşa kəndində yaşayan Qurbanova (Quliyeva) Qaraqız Qədir qızının doğma anasıdır, X5 isə Ərizəçi doğma dayısıdır. Həqiqətən də Ərizəçi mərhum X4na və onun mərhum qeyri-rəsmi nikahda olan arvadı X22 məxsus yaşayış evində ailəsi ilə birgə yaşamışdırlar. Ərizəçi həyat yoldaşı X13 mərhum X17 doğma bacısı oğludur. İş materiallarında olan nikah haqqənda şəhadətnamədən görünür ki, Ərizəçi ilə X13 xx.xx.1988-ci il tarxidə 11 sayl akt qeydi ilə nikahlarını rəsmiləşdirmişlər. İş materiallarında olan torpaq sahəsinin plan və ölçüsü məlumatından görünür ki, X11 adına Tovuz rayonu Aqrar İslahat Komissiyasının 25 mart 1999-cu il tarixli 31 saylı qərarı iıə Tovuz rayonu Qoşa kənddində 377 kv.m torpaq sahəsi işlənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı qərarının 2-ci bəndində qeyd olunub ki, məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində qanun üzrə vərəsələr qeyd edilmiş və 1159.2-ci maddəyə əsasən ikinci növbəli vərəsələr- ölənin bacıları və qardaşları sayılırlar. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Göründüyü kimi XX.XX.1927-ci il tarixdə anadan olmuş, xx.xx.2012-cİ ildə vəfat etmiş X23 ərizəçinin dayısı olmuşdur. Hazırki vəziyyətdə ərizəçi onun qanun üzrə vərəsəsi sayılır və əvvəlki növbənin vərəsələri mövcud deyildir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutları hərtərəfli araşdırıb hesab edir ki, ərizə təmin edilməli, XX.XX.1927-ci il tarixdə anadan olmuş, xx.xx.2012-cİ ildə vəfat etmiş X23 xx.xx.1967-ci il təvəllüdlü Ərizəçi dayısı olmasına dair qohumluq münasibətlərinin olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. XX.XX.1927-ci il tarixdə anadan olmuş, xx.xx.2012-cİ ildə vəfat etmiş X11 xx.xx.1967-ci il təvəllüdlü Ərizəçi dayısı olmasına dair qohumluq münasibətlərinin olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. l Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar