Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-270/2025 21.01.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) qarşı “doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 19 may 1999-cu ildə vəfat etmiş X3nun 1951-ci ildə Tovuz rayonu Qovlar qəsəbəsində doğulmağı barədə hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1992-ci ildə Tovuz rayonu Qovlar qəsəbəsində anadan olmuşdur. X3, anası X2r. O, atasından miras qalmış mülkiyyətə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat orqanına müraciət etdikdə atasının doğum haqqında qeydiyyatının olmaması müəyyən edilmişdir. Atası 19 may 1990-cı ildə ürək çatmamazlığından vəfat etmişdir. Doğum haqqında qeydiyyatın olub-olmaması ilə bağlı o, Maraqlı şəxsnə müracət etmiş, bundan sonra ona bildirilmişdir ki, atasının daxil edilmiş doğum haqqında akt qeydi aşkar olunmamışdır. Bununla bağlı bütün bərpa akt qeydləri yoxlanılsa da, aşkar olmamışdır. O, rəsmi qaydada Maraqlı şəxsnə müraciət etsə də, doğum tibbi şəhadətnaməsi olmadığı üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Ona görə də o, məcbur olub hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.Əlavə olaraq izahatında göstərdi ki, onun babası Paşanın atası Baba olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 1951-ci ildə Tovuz rayonu Qovlar şəhərində anadan olmuş X9 barəsində doğum haqqında akt qeydi “Vətəndaşlıq vəziyyəti aktları” qeydiyyat informasiya sistemində, Maraqlı şəxs arxivində, Qovlar şəhər icra nümayəndəliyinin akt qeyd kitablarında aşkar olunmamışdır. Bu səbəblə aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 2199 nömrəli arayışından görünür ki, X6 barəsində doğum haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmişbütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları Tovuz rayon Qovlar şəhəri İN-yi üzrə 1951-1970-ci illər ilkin, Maraqlı şəxs üzrə 1948-1954-cü illər ilkin, Maraqlı şəxs üzrə 1959-1970-ci illərə dair bərpa akt qeydləri üzrə yoxlanılmışdır. Maraqlı şəxs üzrə 1935-1947-ci illər ilkin, 1936-1949-cu illər üzrə bərpa akt qeydləri saxlanılmadığı qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx.xx.1992-ci ildə Tovuz rayonu Qovlar şəhərində doğulmuşdur. X1 ilə X2r. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Afət 10 ildir onun gəlinidir. Onlar qonşu olublar. X9 gəlininin atasıdır. O 1956-cı ildə doğulmuşdur.Qüdrətin atası Paşa, anası isə Telli olub. O, Qovlar şəhər qəbiristanlığında dəfn olunub. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, onların atası ayrı, anaları bir olub. Qüdrətin atası Paşa, anası isə Telli olub. 1956-cı ildə doğulmuş Qüdrət 1999-cu ildə vəfat edib. Ərizəçinin izahatı, şahid ifadələri və işin materialları ilə X6 ərizədə qeyd edildiyi kimi 1951-ci ildə deyil, 1956-cı ildə Tovuz rayonu Qovlar qəsəbəsində doğulması sübuta yetirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla ərizə qalan hissədə sübuta yetirilməmişdir. Mülki işin materiallarından da görünür ki, ərizəçi, X6 doğum haqqında şəhadətnaməsinin bərpası üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin imtina olunmuşdur. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi, X6 doğumunun qeydi faktının müəyyən etməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin X6 doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, vətəndaşlıq vəziyyəti aktları qeydini bərpa etməli olan yeganə orqan qeydiyyat şöbəsi X6 doğum akt qeydinin bərpa etməkdən və yeni doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X6 doğumunun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin X6 doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə X6 1951-ci ildə Tovuz rayonu Qovlar qəsəbəsində doğulması məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, verilmiş ərizə həmin hissədə təmin edilməlidir. Ərizə qalan hissədə sübuta yetirilmədiyi üçün təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. X6 1951-cı ildə Tovuz rayonu Qovlar qəsəbəsində doğumunun vətəndaşlıq vəziyyəti aktları qeydiyyatında qeyd edilməsi faktı müəyyən edilsin. Doğum akt qeydi bərpa edilərkən X6 doğum günü XX, doğulduğu ay XX, doğulduğu il 1951-ci il göstərilsin. Ata qrafasında Babayev Paşa baba oğlu, ana qrafasında isə X8 qeydi aparılsın. ətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-270/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-270/2025
21.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver