Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-2703/2025 29.08.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məsimov Fərid Eldar oğlunun katibliyi, Cavabdeh1 İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “həyətyanı torpaq sahəsinin ölçülməsinə manelərin aradan qaldırılması, torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin sərhədlərinin müəyyən olunması” tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “həyətyanı torpaq sahəsinin ölçülməsinə manelərin aradan qaldırılması, torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin sərhədlərinin müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdur. İddia belə əsaslandırılmışdır ki, cavabdehlər tərəfindən onun torpaq sahəsi zəbt edilmişdir. O torpaq sahəsinə hüquq müəyyənedici sənədlərin alınması üçün aidiyyət orqana müraciət etsə də, torpaq sahəsində ölçü işlərinin aparılmasına cavabdehlər mane olmuşlar. Odur ki, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında göstərdi ki, onun tərəfindən hər hansı maneələr yaradılmışdır. Əksinə ona da maraqlıdır ki, iddiaçının torpağı tapılaraq ona verilsin. Məhkəmə iddia ərizəsinin dəlillərini ona əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə araşdıraraq, cavabdehin izahatını dinləyərək bu qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdən mübahisənin olması, Azərbaycan Respublikası DƏDRX-nin 15 saylı Ərazi İdarəsinin mütəxəssislərinə maneələrin yaradılması müəyyən edilmir. Əksinə cavabdeh izahatında göstərir ki, o iddiaçıya köməklik etməyə hazırdır və o iddiaçının torpağının müəyyən edilməsində maraqlıdır. Əgər belə bir maneə olsa idi o zaman Azərbaycan Respublikası DƏDRX-nin 15 saylı Ərazi İdarəsi tərəfindən iddiaçının müraciəti yazılı qaydada cavablandırılmalı idi. MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Beləliklə qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən məhkəmə belə qərara gəlir ki, iş üzrə icraata xitam verilməli, iddiaçıya Azərbaycan Respublikası DƏDRX-nin 15 saylı Ərazi İdarəsinə müraciət etmək, həmin mütəxəssislərə çöl ölçmə işlərinin aparılmasına hər hansı şəxslər tərəfindən maneə yarandığı halda, yazılı qaydada həmin orqanın ölçmə işlərinin aparılmasından imtinasını iddia ərizəsinə əlavə edərək hazırki iiddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152,263-264-cü, 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İş üzrə icraata xitam verilsin. İddiaçıya Azərbaycan Respublikası DƏDRX-nin 15 saylı Ərazi İdarəsinə müraciət etmək, həmin mütəxəssislərə çöl ölçmə işlərinin aparılmasına hər hansı şəxslər tərəfindən maneə yarandığı halda, yazılı qaydada həmin orqanın ölçmə işlərinin aparılmasından imtinasını iddia ərizəsinə əlavə edərək hazırki iiddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-2703/2025
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-2703/2025
29.08.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver