Məhkəmə qərarları › İş №2(062)-271/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-271/2025

07.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-271/2025 07.02.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi Ərizəçi “doğum faktının müəyyən edilməsi”nə dair ərizə ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən X3 18 oktyabr 1961-ci ildə tovuz rayonu Qovlar şəhərində anadan olması faktının müəyyən olunmasına, ona doğum akt qeydi kitabında qeydiyyat aparılarkən ata adının X13, ana adının X10 qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X11 ilə 5 aprel 1984-cü il tarixdə rəsmi qaydada evlənib ailə qurmuşuq və nikahımız qeydə alınıb. Birgə nikahdan Afiq və Günay adlı uşağı olmuşdur. X2 18 oktyabr 1961-ci ildə Tovuz rayonu Qovlar şəhərində X13 ilə X5 birgə yaşayışlarından anadan olmuşdur. O, xx.xx.2017-ci il tarixdə vəfat etmiş və Qovlar şəhər qəbirstanlığında dəfn olmuşdur. Hafiz Mirzəyev barəsində maraqlı şəxs tərəfindən ölüm haqqında şəhadətnamə tərtib olunmuş və onun barəsində ölüm akt qetdi kitabında qeydiyyat aparılmışdır. Tovuz Rayonu Qovlar şəhərində ərinin adına miras torpaq sahəsi var. Həmin torpaq sahəsini vərəsəlik qaydasında adına sənədləşdirmək istədikdə Hafizin doğum haqqında şəhadətnaməsi lazım oldu. Bu məqsədlə Maraqlı şəxsnə müraciət etmişdir. Ona rəsmi olaraq bildirilmişdir ki, Hafiz Mirzəyev barəsində doğum akt qeydi kitabında qeydiyyat aparılmayıb və onun barəsində doğum haqqında şəhadətnamə tərtib olunmayıb. Hafiz Mirzəyevin 18 oktyabr 1961-ci ildə anadan olması nikah haqqında şəhadətnamədə və hərbi biletdə təsdiq edilir. Ərinin adına yenidən doğum akt qeydi kitabında akt qeydiyyatı aparılması mümkün deyil. Beləki, ona doğum haqqında şəhadətnamənin verilməsi üçün müvafiq sənədlərin toplanması qeyri mümkündür. Ona görə də bu fakt məhkəmə qaydasında təsdiq olunmalıdır. Tərəflərin izahatları Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Şahid ifadələri Məhkəmə iclasında şahid qismində dindirilən X7 izahatında bildirmişdir ki, X11 onun doğma qardaşıdır. X3 atası həqiqətən X13, anası isə X8r. Həmin şəxslərin nikahından xx.xx.1961-ci il tarixdə Tovuz rayonu Qovlar şəhərində anadan olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X14 izahatında bildirmişdir ki, X11 onun doğma qardaşıdır. X3 atası həqiqətən X13, anası isə X8r. Həmin şəxslərin nikahından xx.xx.1961-ci il tarixdə Tovuz rayonu Qovlar şəhərində anadan olmuşdur. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq olunan faktlar Tovuz rayonu qeydiyyat şöbəsindən verilmiş xx.xx.2024-cü il tarixli 199 nömrəli imtina rəyində göstərilmişdir ki, xx.xx.1961-ci ildə Tovuz rayonu Qovlar şəhərində anadan olmuş X3 doğumu haqqında akt qeydi Maraqlı şəxsndə aşkar edilməmişdir. Tovuz RİB-nin Qovlar şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ 890788 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X11 xx.xx.2017-ci il tarixdə Tovuz rayonu Qovlar şəhərində ölmüşdür. Tovuz RİB-nin Qovlar şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ 250327 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X12 xx.xx.2022-ci il tarixdə Tovuz rayonu Qovlar şəhərində ölmüşdür. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2688 nömrəli arayışa əsasən X13 xx.xx.1980-ci il tarixdə ölmüşdür. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2689 nömrəli arayışa əsasən X13 və X5 nikahı haqqında xx.xx.1967-ci il tarixdə 3 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Mirzəyev, arvada Mirzəyeva soyadı verilmişdir. Nikahın bağlanması haqqında xx.xx.1984-cü il tarixli 373113 nömrəli şəhadətnaməyə əsasən xx.xx.1961-ci il tarixdə doğulmuş X11 və xx.xx.1963-cü il tarixdə doğulmuş Ərizəçi Museyib qızı arasında xx.xx.1984-cü il tarixdə 37 nömrəli akt qeydi edilmişdir. Tovuz RİB-nin Qovlar şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli 2794, 2842 və 2845 nömrəli arayışlara əsasən Tovuz rayonu Qovlar şəhər sakinləri X13 və X4 birgə nikahlarından xx.xx.2017-ci tarixdə ölmüş X11 və qeyriləri övladlarıdır. X9 məxsus ******* nömrəli hərbi biletdə onun doğum tarixi 1961-ci il qeyd edilmişdir xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi Maddə 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Maddə 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 311.Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarı

4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

Məhkəmənin mövqeyi Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etməsini X3 doğum haqqında şəhadətnaməsinin olmaması və həmin sənədi başqa qaydada əldə edə bilməməsi ilə əsaslandırmışdır. Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edilmişdir ki, X11 xx.xx.1961-ci ildə Tovuz rayonu Qovlar şəhərində X13 və X6 nikahından doğulmuşdur. Məhkəmə hesab edir ki, iş materiallarında X3 həqiqətən göstərilən tarixdə və göstərilən yerdə doğulması barədə qeyd aparılmasına dair kifayət qədər sübut vardır. Belə ki, qeyd edilən bu xüsusatlar məhkəmə iclasında dindirilmiş şahid ifadələri, ərizəyə əlavə edilmiş sənədlərlə də öz təsdiqini tapır. Məhkəmə vurğulayır ki, Ərizəçi bir sıra hüquq və azadlıqlarının həyata keçirilməsi üçün mühüm əhəmiyyəti olan hazırki ərizənin təmin edilməməsi onun məhkəmə müdafiəsndən yararlanmaq hüququnun pozulmasına səbəb olardı. Çünki ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyil ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqlarını pozmamaq şərtilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəm müdafiəsinin səmərəsizliyi digər konstitusion hüquqların effektivliyinə də mənfi təsir göstərə bilər. Bundan başqa, iş materiallarından görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda X3 doğum faktını təsdiq edən müvafiq qeyd yoxdur. Nəzərə alınmalıdır ki, qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”, bənd 1.4). Bu baxımdan müvafiq qeydiyyat orqanlarından birinin ərizəçinin doğumu barədə akt qeydinin aşkar edilmədiyini müəyyən etməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində bu barədə məlumat aşkar edilmədiyi deməkdir. Bu vəziyyətdə ərizəçinin məhkəməyə müraciət etməkdən başqa yolu qalmamışdır.

Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd olunanları, ərizəçinin doğumunun qeydə alınmasını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X3 xx.xx.1961-ci il tarixdə Azərbaycan Respublikası, Tovuz rayonu, Qovlar şəhərində doğumu faktı müəyyən edilməli, doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Mirzəyev”, adı “Hafiz”, ata adı “Məcid”, doğum tarixi “xx.xx.1961-ci il”, doğum yeri “Tovuz rayonu, Qovlar şəhəri”, ata qrafasında “X13”, ana qrafasında “X12” kimi qeydiyyat aparılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. X3 xx.xx.1961-ci il tarixdə Azərbaycan Respublikası, Tovuz rayonu, Qovlar şəhərində doğumu faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Mirzəyev”, adı “Hafiz”, ata adı “Məcid”, doğum tarixi “xx.xx.1961-ci il”, doğum yeri “Tovuz rayonu, Qovlar şəhəri”, ata qrafasında “X13”, ana qrafasında “X12” kimi qeydiyyat aparılsın. Ərizəçi tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar