Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-2711/2023 13.11.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Tovuz rayonu Çatax kəndində yerləşən Cavabdeh yaşadığı cavabdehlə birgə nikah dövründə əldə etdiyi fərdi yaşayış evinə onun köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ildə 1990-cı ildə rəsmi qaydada evlənib ailə qurmuşdur. O, onunla evlənən gündən Tovuz rayonu Çatax kəndində yerləşən cavabdehin nənəsinə məxsus evə köçmüşdür. Onunla birgə nikahlarından 4 uşağı olmuşdur. Birgə yaşadığı dövürdə gəlin köçdüyü evin yerində yəni yaşayış binası inşa etdirmişdir. Köhnə bina faktiki olaraq sökülmüşdür. Onun yerində inşa etdirdiyi fərdi yaşayış binasını birgə nikah dövründə əldə etetmişlər və həmin bina iki mərtəbəli olmaqla beş otaqdan ibarətdir. O, və uşaqları 20 ildən artıqdır dı ki, fasiləsiz olaraq orada yaşamışlıar. Həmin ev evin həyətyanı torpaq sahəsi onun və uşaqlarının ümumi mülkiyyətində olmaqla həm də cavabdehin adına qeyd edilmişdir. Cavabdeh ilə aralarında yaranan narazılığa görə cavabdeh onu evdən çıxartmış və 0 3 aydan artıqdırdı ki, müvəqqəti olaraq qardaşının evində yaşayır. Onun başqa yaşayış evi yoxdur. O, 2000-ci ildən qabaq mübahisə olunan evə köçürüldüyünə və həmin evin yerində birgə nikah dövründə fərdi yaşayış evi tikdirdiyindən həmin evdə onun istifadə hüququ vardır. Maddi hüquq münasibətləri 2000-ci ildən qabaq yarandığından onunla cavabdeh arasında hüququ münasibətləri həmin vaxt qüvvədə olan mənzil məcəlləsi ilə müəyyən olunmalıdır. Mübahisə olunan fərdi yaşayış binası dövlət reyestrində qeydiyyatda alınmayıb və kənd icra nümayəndəliyində təsərrüfat bina kitabında ümumi sahəsi 60 kv.m kimi göstərilmişdir. Ona görə də, Tovuz rayonu Çatax kəndində yerləşən Cavabdeh yaşadığı cavabdehlə birgə nikah dövründə əldə etdiyi fərdi yaşayış evinə onun köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək iddianın əsassız olduğundan iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyin və iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göründüyü kimi, iş üzrə İddiaçı iddia tələbində Tovuz rayonu rayonu Çatax kəndində yerləşən evə köçürülməsi xahiş etsə də, iddia ərizəsinə də həmin daşınmaz əmlakın sənədlərini əlavə etməmiş və iddia ərizəsində hansı ünvanda, hansı nömrəli evə küçürlməsini tam qeyd etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işin tam və düzgün araşdırılması üçün bütün məlumatlar düzgün təqdim olumalıdır. Lakin iddiaçı iddia ərizəsini düzgün tərtib etməmiş və lazımı sənədləri təqdim etməmişdir. Qeyd edilən nöqsanları aradan qaldırılması üçün iddiaçıya vaxt verilmiş, lakin iddiaçı Rəna İsmayılova həmin noqsanları aradan qaldırmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 259.0.12-ci maddəsində göstərilir ki, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə əsasən iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, həmin nöqsanın aradan qaldırılması üçün iddiaçıya şərait yaradılmasına baxmayaraq, qeyd edilən nöqsan aradan qaldırılmamışdır. Ona görə də hazırki iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Eyni zamanda, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qanunvericiliyə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş əsaslarla ərizə ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Göründüyü kimi hazırki ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir, mülki iş üzrə ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş əsaslarla geri qaytarıldığından İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün 50 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 149.2.3, 259.0.12, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçının ödədiyi dövlət rüsumu özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-2711/2023
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-2711/2023
13.11.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver