Məhkəmə qərarları › İş №2(062)-2727/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2727/2024

07.11.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2727/2024 07.11.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi ölümün qeydə alınması faktının müəyyən olunması barədə ərizəsi üzrə mülki işə Tovuz şəhərində 07 noyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək mərhum oğlu X2 11 aprel 1977-ci ildə Tovuz rayonu Aşağı Quşçu kəndində ölməsinin qeydə alınması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək verdiyi ifadəsində göstərdi ki, oğlu X6 11 mart 1977-ci ildə Tovuz rayonu Aşağı Quşçu kəndində anadan olmuşdur. Bu barədə Maraqlı şəxsndə doğum akt qeydi aparılmışdır. Oğlu 1 ay yaşamışdır. X6 11 aprel 1977-ci ildə vəfat etmişdir. Oğlu Vidadi vəfat etdikdən sonra onun adına ölüm akt qeydi aparılmamışdır. Hazırda onun ölüm haqqında şəhadətnaməsinin alınması ilə bağlı Tovuz regional Asan Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsinə müraciət etsə də, şəhadətnamə verməkdən imtina edilmişdir. Odur ki, X2 11 aprel 1977-ci ildə ölməsinin qeydə alınması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mülki iş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 verdiyi ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. Ölən şəxs Vidadi 1 aylıq olanda vəfat etmişdir. Dəfndə o da iştirak etmişdir. Tovuz rayonu Aşağı Quşçu kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 verdiyi ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. Ölən şəxs Vidadi 1 aylıq olanda vəfat etmişdir. Dəfndə o da iştirak etmişdir. Tovuz rayonu Aşağı Quşçu kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 verdiyi ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. Ölən şəxs Vidadi 1 aylıq olanda vəfat etmişdir. Dəfndə o da iştirak etməmişdir. Tovuz rayonu Aşağı Quşçu kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, işə əlavə olunmuş Maraqlı şəxs tərəfindən verilmiş imtina məktubundan görünür ki, X2 barəsində Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, ərizəçinin oğlu X6 11 mart 1977-ci ildə Tovuz rayonu Aşağı Quşçu kəndində anadan olmuşdur. Bu barədə Maraqlı şəxsndə doğum akt qeydi aparılmışdır. X6 1 aylıq olmuşdur. X6 11 aprel 1977-ci ildə vəfat etmişdir. Vidadi Məmmədov vəfat etdikdən sonra onun adına ölüm akt qeydi aparılmamışdır. Hazırda ərizəçi oğlunun ölüm haqqında şəhadətnaməsinin alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də, şəhadətnamə verməkdən imtina edilmişdir. Belə ki, X3 ölümünün qeydə alınması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Göründüyü kimi, ərizəçinin oğlunun ölümü qeydə alınmadığından ona ölüm haqqında şəhadətnamə verilməsi mümkün deyil və onun göstərilən tarixdə ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 11 mart 1977-ci ildə Tovuz rayonu Aşağı Quşçu kəndində anadan olmuş X2 11 aprel 1977-ci ildə Tovuz rayonu Aşağı Quşçu kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar