Məhkəmə qərarları › İş №2(062)-2779/2024

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-2779/2024

21.10.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-2779/2024 21.10.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun oğlunun sədrliyi Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Tovuz Regional Xidmət Mərkəzinin Notariat ofisinə qarşı «fərdi yaşayış evinin hüquqi müqəddəratının müəyyən edilməsi, yəni daşınmaz əmlak üzərində sərancam hüququnun öhdəlik kimi cavabdeh təşkilatın üzərinə qoyulması » tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Tovuz Regional xidmət Mərkəzinin Notariat ofisinə qarşı «fərdi yaşayış evinin hüquqi müqəddəratının müəyyən edilməsi, yəni daşınmaz əmlak üzərində sərancam hüququnun öhdəlik kimi cavabdeh təşkilatın üzərinə qoyulması» tələbinə dair ərizə ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək,mülkiyyətində olan Tovuz rayonu Bozalqanlı kəndində yerləşən fərdi yaşayış evinin hüquqi müqəddəratının müəyyən edilməsi yəni daşınmaq əmlak üzərində sərəncam hüququnun öhdəlik kimi cavabdeh təşkilatın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası 21 oktyabr 2024-cü il tarixə təyin olunmuş və bu barədə tərəflərə rəsmi məhkəmə bildirişi göndərilmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə verərək iddia üzrə işin baxılmamış saxlanılmasını və sənədlərinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddiaçının vəsatəti əsasında iddia ərizəsi iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçının vəsatət əsasında iddia ərizəsi geri qaytarılsın. İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2024-cü il tarixdə "xxxx" ASC vasitəsilə ********** saylı qəbz nömrəsi və büdcə təsnifat kodu 142213 olan 100 manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Dövlət rüsumunun qaytarılması hissəsində qərardadın icrası Tovuz rayonu üzrə Maliyyə şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi təqdim edildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar