Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-2815/2024 09.12.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Tovuz Rayon Qeydiyyat şöbəsinə qarşı «qohumluq münasibətində olma faktının müəyyən edilməsi» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Ərizəçi maraqlı şəxs Tovuz Rayon Qeydiyyat şöbəsinə qarşı «qohumluq münasibətində olma faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək onun xx.xx.2009-cu ildə vəfat etmiş X1 qardaşı oğlu olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclası zamanı Ərizəçi məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, ərizəsinin baxılmamış saxlanılmasını və sənədlərinin özünə qaytarılmasını istəyir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırlmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərin bildirməmişdir. Məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılamış saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 260.6-cı maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Ərizəçi maraqlı şəxs Tovuz Rayon Qeydiyyat şöbəsinə qarşı «qohumluq münasibətində olma faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fərid Əliyev
Məhkəmə qərarları › İş №2(062)-2815/2024
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-2815/2024
09.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver