Məhkəmə qərarları › İş №2(062)-2912/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2912/2024

09.12.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2912/2024 09.12.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyaların çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 109,7 kv.m olan fərdi yaşayış evindən Cavabdeh və onun Səltənəd adlı uşağının istifadə hüquqlarına xitam verilməsinə, Cavabdeh, onun Səltənəd adlı uşağının; 1 ədəd Soyuducu (SWİ ZER markalı), 1 ədəd Paltaryuyan (EVROLUX markalı), 1 ədəd Televizor (EVROLUX markalı), 1 ədəd iki nəfərlik yataq, 2 ədəd ağ rəngli tül, 2 ədəd sarı rəngli pərdə, 1 ədəd palaz, 1 ədəd balaca xalça, 1ədəd uzun xalça, 1 ədəd jalüz balaca, 1 ədəd döşək, 1 ədəd yorğan, 2 ədəd ədyal, 2 ədəd paduşka, 2 ədəd pakrıval, 1 ədəd ütü, 1 ədəd ütü stolu, 1 ədəd saat, 2 ədəd yorğan üzü, 2 ədəd döşək üzü, 1 ədəd qətifə, 1 ədəd əl-üz dəsmalı, 2 ədəd uşaq şalvarı, 4 ədəd uşaq koftası, 4 ədəd xalat (gəlinin), 1 ədəd namaz paltarı, 6 ədəd kofta (gəlinin), 3 ədəd şalvar (gəlinin), 2 ədəd ayaqqabı (gəlinin), 1 ədəd mikser, 12 ədəd böyük boşqab, 2 ədəd aş boşqabı, 10 ədəd bir adamlıq dərin boşqab, 12 ədəd nəlbəki, 3 ədəd stəkan, 1 ədəd çaşka, 1 ədəd plasmas kruşka, 1 ədəd ələk, 2 ədəd qazan, 1 ədəd tava boz rəngli, 2 ədəd qazan qızrmızı rəngli, 1 ədəd balaca ləyən sarı rəngli, 2 ədəd balaca plasmas ləyən, 1 ədəd aşsüzən, 1 ədəd vedrə, 1 ədəd dəm çayniki, 1 ədəd çaynik, 1 ədəd balaca aliminium qazan, 6 ədəd xörək qaşığı, 6 ədəd çəngəl, 1 ədəd tyorka, 2 ədəd plasmas vanna olan cehiz əşyalarının çıxarılması barədə qətnamə çıxaırlmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 109,7 kv.m olan mənzil tam mülkiyyət hüququ üzrə Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun adına qeydə alınıb. Cavabdeh onun qardaşının arvadı olub. Ailə quran zaman onun evində yaşayıb və 21 aprel 2013-cü il təvəllüdlü uşağı ilə evinə qeydiyyata düşüb. Cavabdeh ilə qardaşı arasında rəsmi nikah olmayıb. Cavabdehlə hazırda heç bir qohumluq münasibəti yoxdur. Buna baxmayaraq cavabdeh Qafarova X1 adlı uşağı ilə birlikdə onun evində yaşayır və ona məxsus olan aşağıdakı cehiz əşyaları onun evindədir. Mən hazırda öz evimə rahat gedib-gələ bilmirəm. Bundan başqa evində əsaslı təmir işləri aparmaq istəyir. Cavabdeh evində yaşamaqla özünə məxsus cehiz əşyalarını onun evindən çıxarmır. O, Cavabdeh evindən çıxmasını və cehiz əşyalarını da çıxarmasını tələb etsə də, cavabdeh buna məhəl qoymur. Məhkəmə iclasında iddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək göstərdi ki, cavabdeh onun evindən qeydiyyatdan çıxmışdır. Odur ki, cavabdehə məxsus əmlakların onun evindən cıxarılması hissəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçınının izahatını dinləyərək, mülki işin materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: Azərbaycan Respublikası əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin ********** nömrəli, xx.xx.2024-cü il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 109,7 kv.m olan fərdi yaşayış evi İddiaçı adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh mübahisəli evdə yaşamasa da, ona məxsus olan əşyalar həmin evdədir. İddiaçının həmin yaşayış sahəsi üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan mənzildə cavabdehə məxsus əşyaların iddiaçının iradəsinə zidd olaraq saxlanılması üçün əsas yoxdur, bu səbəbdən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qətetdi: İddia təmin edilsin. Cavabdeh məxsus 1 ədəd Soyuducu (SWİ ZER markalı), 1 ədəd Paltaryuyan (EVROLUX markalı), 1 ədəd Televizor (EVROLUX markalı), 1 ədəd iki nəfərlik yataq, 2 ədəd ağ rəngli tül, 2 ədəd sarı rəngli pərdə, 1 ədəd palaz, 1 ədəd balaca xalça, 1ədəd uzun xalça, 1 ədəd jalüz balaca, 1 ədəd döşək, 1 ədəd yorğan, 2 ədəd ədyal, 2 ədəd paduşka, 2 ədəd pakrıval, 1 ədəd ütü, 1 ədəd ütü stolu, 1 ədəd saat, 2 ədəd yorğan üzü, 2 ədəd döşək üzü, 1 ədəd qətifə, 1 ədəd əl-üz dəsmalı, 2 ədəd uşaq şalvarı, 4 ədəd uşaq koftası, 4 ədəd xalat (gəlinin), 1 ədəd namaz paltarı, 6 ədəd kofta (gəlinin), 3 ədəd şalvar (gəlinin), 2 ədəd ayaqqabı (gəlinin), 1 ədəd mikser, 12 ədəd böyük boşqab, 2 ədəd aş boşqabı, 10 ədəd bir adamlıq dərin boşqab, 12 ədəd nəlbəki, 3 ədəd stəkan, 1 ədəd çaşka, 1 ədəd plasmas kruşka, 1 ədəd ələk, 2 ədəd qazan, 1 ədəd tava boz rəngli, 2 ədəd qazan qızrmızı rəngli, 1 ədəd balaca ləyən sarı rəngli, 2 ədəd balaca plasmas ləyən, 1 ədəd aşsüzən, 1 ədəd vedrə, 1 ədəd dəm çayniki, 1 ədəd çaynik, 1 ədəd balaca aliminium qazan, 6 ədəd xörək qaşığı, 6 ədəd çəngəl, 1 ədəd tyorka, 2 ədəd plasmas vanna İddiaçı məxsus ünvan 1 ünvanından çıxarılsın. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar