Məhkəmə qərarları › İş №2(062)-2989/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2989/2024

20.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2989/2024 20.12.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi doğumun qeydə alınması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Tovuz şəhərində 20 dekabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək onun mərhum X2nun 1936-cı ildə anadan olmasının qeydə alınması faktının müəyyən olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək verdiyi ifadəsində göstərdi ki, mərhum X2 1936-cı ildə X9 ilə X3 birgə nikahlarından anadan olmuşdur. X2 08 fevral 2014-cü ildə vəfat etmişdir. Doğum haqqında şəhadətnamə lazım olduqda ona məlum olmuşdur ki, atası barəsində doğum akt qeydi kitabında heç bir qeydiyyat aparılmamışdır. Odur ki, onun mərhum X2nun 1936-cı ildə anadan olmasının qeydə alınması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Mülki iş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İşə əlavə olunmuş evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, 1936-cı il təvəllüdlü X8 ilə X1 14 noyabr 1958-ci ildə evlənmişlər. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 08 fevral 2014-cü ildə beynə qansızma səbəbindən ölmüşdür. İşə əlavə olunmuş AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Tovuz rayon Şöbəsinin məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, 1936-cı il təvəllüdlü X8 xx.xx.1955-ci il tarixdən xx.xx.1958-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində xidmət etmişdir. İşə əlavə olunmuş Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 172 saylı imtina rəyindən görünür ki, X8 barəsində doğum haqqında akt qeydi elektron axtarış sistemində yoxlama aparılmış, lakin aşkar olunmadığından Maraqlı şəxsndə doğum haqqında şəhadətnamə vermək mümkün olmamışdır. İşə əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Arxivinin 23 noyabr 2024-cü il tarixli, 3-48-DA/2-797/2024 saylı məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Fərman Zeynalovun doğumu haqqında hər hansı məlumat aşkar olunmamışdır. Məhkəmə ərizəçini dinləyib, işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, ərizəçinin mərhum X2 1936-cı ildə X9 ilə X3 birgə nikahlarından anadan olmuşdur. X2 08 fevral 2014-cü ildə vəfat etmişdir. Doğum haqqında şəhadətnamə lazım olduqda ona məlum olmuşdur ki, barəsində doğum akt qeydi kitabında heç bir qeydiyyat aparılmamışdır. Babasından qalmış mirası qəbul etməsi üçün atasının doğumunun qeydə alınması müəyyən edilməlidir. Hazırda ərizəçinin atasının doğulmasının qeydə alınmasını başqa qaydada müəyyən olunması mümkün olmadığından X5 doğumunun qeydə alınma faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, ərizəçinin mərhum X2nun doğulması Maraqlı şəxsndə qeydə alınmadığından ona doğum haqqında şəhadətnamə verilməsi mümkün deyil və onun göstərilən tarixdə doğulması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220 və 234 maddələrini rəhbər tutaraq məhkəmə , Q Ə T E T D İ: Ərizə təmin edilsin. X5 1936-cı ildə X9 ilə X3 birgə nikahlarından Tovuz rayonu Aşağı Ayıblı kəndində doğulmasının qeydə alınması faktı müəyyən edilsin. X6 doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında X9, ana qrafasında X7 qeyd olunsun. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar